Türkiyə Respublikasının Kahramanmaraş şəhərindən Bilal Erdem Prezident İlham Əliyevə müraciət edib.
B. Erdem qeyd edir ki, Azərbaycanın 30 ildən çox siyasi arenada apardığı ədalətli mübarizəsi bu gün Vətən müharibəsinə çevrilib. “Bir türk olaraq, doğma torpaqlarından didərgin salınan azərbaycanlıların dərdini bölüşdüyümüz kimi, bu gün qələbələrinizə sevinirik.
Qarabağın işğaldan azad edilməsi üçün əlimdən gələni etməyə, hətta canımdan belə keçməyə hazıram. İşğalçı qüvvələrə qarşı qardaşlarımla çiyin-çiyinə mübarizə aparmaq mənim borcumdur” - deyə Bilal Erdem məktubunda bildirir.
Baki-xeber.com