Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Twitter" səhifəsində paylaşım edilib. Baki-xeber.com xəbər verir ki, paylaşımda qeyd edilib:
"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"
Bir neçə saatdan sonra Prezident İlham Əliyevin rəsmi "Twitter" səhifəsində növbəti paylaşım edilib.
Paylaşımda deyilir: "Bu gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"