“Rusiyanın çoxsaylı Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına, rəşadətli Azərbaycan Ordusuna səmimi minnətdarlığımı bildirirəm.
Öz Vətənimizin müdafiəsinə qalxmış igid övladlarımızın həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.
Vətənimizin müdafiəsinə və ərazi bütövlüyünün bərpasına bütün xalqımızın necə əlbir, həmrəy və mərdliklə qalxması qəlbimizdə Azərbaycana görə qürur hissi oyadır.
Biz azərbaycanlılar həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin yürütdüyünüz siyasəti tamamilə dəstəklədiyimizi bildiririk.
İşğal altında olan ərazilərin azad edilməsi Azərbaycan xalqının müqəddəs borcudur. İnanırıq ki, o gün tezliklə gələcək.
Sizin adınız böyük Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq. Biz bir qarış belə torpağımızı düşmənə verməyəcəyik.
Yaşasın Azərbaycan xalqı və Azərbaycan Respublikasının Ordusu!
Bizim işimiz haqq işidir. Qarabağ Azərbaycandır!”
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Rusiya Federasiyasının Moskva şəhərindən Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Səmimi və dərin Fazil Qurbanov qeyd edib.
Baki-xeber.com