Niderland Krallığının Rotterdam şəhərindən Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Prezident İlham Əliyevə məktub yazıb. “Sizin 30 ildən yuxarı erməni işğalçıları tərəfindən zəbt edilmiş Azərbaycan ərazilərini - Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad etmək və 1 milyon qaçqının öz yurd-yuvalarına qayıtmasını təmin etmək uğrunda apardığınız bu müqəddəs savaşı, haqq işi uğrunda apardığınız savaş kimi qiymətləndirir və dəstəkləyirik.
Biz Benilüks Azərbaycanlıları Konqresi olaraq Sizin və şanlı ordumuzun yanındayıq. Qazanılan hər bir qələbə, geri alınan hər qarış torpaq bütövlükdə xalqın arzusunu yerinə yetirmək bizi sevindirir. Siz bu savaşla həm öz adınızı, həm də Azərbaycan Ordusunun adını tarixə yazırsınız. …Biz Vətəndən uzaqda olsaq da, bilin ki, hər bir azərbaycanlının, o cümlədən Benilüks Azərbaycanlıları Konqresinin hər bir üzvünün qəlbi Azərbaycanla, igid əsgərlərimizlə döyünür. İnanırıq ki, Sizin sayənizdə qələbə qazanacağıq. Biz Benilüks Azərbaycanlıları Konqresi olaraq həmişə Sizi dəstəkləyirik. Əminik ki, çox yaxında Ali Baş Komandan kimi Sizdən tam qələbə müjdəsini eşidəcəyik”-deyə E.Məmmədov Prezident İlham Əliyevə yazdığı məktubda vurğulayır.
Baki-xeber.com