“Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı baş verən hadisələri diqqətlə izləyirəm. Ermənistan tərəfindən işğal olunmuş ərazilərin hər vasitə ilə geri qaytarılmasına dair Azərbaycan hakimiyyətinin və xalqının iradəsi ilə həmrəyəm.
Bu gün bir çox dünya dövlətləri münaqişənin həlli ilə bağlı bu fikrə şərikdirlər ki, regionda sülhün bərqərar olması üçün Ermənistanın işğal etdiyi torpaqları geri qaytarması doğru addım olardı. Bu, heç kimin tanımadığı "Dağlıq Qarabağ respublikası"nın təcridinə, Azərbaycanın dövlət sərhədlərinin bərpasına, azərbaycanlı köçkünlərin öz doğma yurdlarına qayıtmasına və ən nəhayət, haqq-ədalətin bərpasına gətirib çıxarar”. Bu fikirləri İsraildən ictimai xadim Binyaminov Anatoliy Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirir.
Baki-xeber.com