Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Twitter" səhifəsində paylaşım edilib.
Baki-xeber.com xəbər verir ki, paylaşımda qeyd edilib: "Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!"
Bundan qısa müddət sonra Prezident İlham Əliyevin rəsmi "Twitter" səhifəsində növbəti paylaşım edərək daha 7 kəndin işğaldan azad edildiyini açıqlayıb.
Paylaşımda qeyd edilib: "Bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir".