Dünya tarixində ilk dəfə erməni qadınlarının öz bədənlərini satdığı, əldə etdikləri gəlirləri isə ermənilərin rifahını təmin etməyə, erməni kilsəsini maliyyələşdirməyə yönəltdiyi məlumdur. Qadın amili ermənilərin həyatının “xilaskar”ı kimi hər zaman aktualdır. Ermənilər qadının qadınlığından öz məqsədlərinə çatmaq üçün həmişə istifadə edib, bu gün də etməkdədirlər. Bu gün Azərbaycan torpaqlarında müharibə gedir, Ermənistan silahlı birləşmələrinin terror və təxribatlarının qarşısının alınması üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını davam etdirir. Düşmənin həddən çox canlı insan itkisinə və hərbi-texniki itkilərə məruz qaldığı məlumdur. Bir tərəfdən də erməni ordusunda baş verən fərarilik, ordudan yayınma halları da düşmən ordusunun gücünü tamamilə tükədib. Ölkədə müharibəyə göndərməyə bir başı papaqlı tapa bilməyən Paşinyan hökuməti orduya “axçilər”i göndərir. Düzgün bildiniz, Ermənistan orduya qadınları cəlb edir. “Əldə olunan məlumata əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir”. Bunu açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. “Buna səbəb çoxlu sayda itki ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrinin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə, ümumiyyətlə, döyüşdən imtina etməsidir. İtkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan Müdafiə Nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan Müdafiə Nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir”, - V.Dərgahlı vurğulayıb. Ekspertlər qeyd edirlər ki, qadın arxasında gizlənmək ermənilərin köhnə vərdişidir, bu millətin kişiləri həmişə qadınları qabağa veriblər. Onlar deyirlər ki, Paşinyandan əvvəlki hakimiyyətlərin dövründə də qadınların orduya cəlb edilməsi halları olub. Serj Sarkisyanın prezidentliyi dövründə erməni ordusunda “savaş ruhu”nu gücləndirmək üçün qadınlardan yararlanmaq barədə qərar qəbul edilib. Həmin dövrdə İrəvandakı rejimin yeni təşəbbüsü hakimiyyətin nəzarətindəki media tərəfindən “vətənpərvər qızların döyüş istəyi” kimi qələmə verilsə də, ermənilər bunu birmənalı qarşılamırdılar. Orduya “könüllü” qızlar hazırlayan kurslara əsasən 18-30 yaşlı qadınlar və qızlar cəlb edilirdi. Ekspertlər qeyd edirlər ki, Ermənistan artıq uzun illərdir qadınları, qızları müharibəyə hazırlayır, bu gün də xüsusi qadın batalyonunun yaradılması həmin işlərin davamıdır. Ekspertlərə görə, ermənilər qadın batalyonları yaratmaqla bir daha Ermənistan ordusunun gücsüzlüyünü, zəifliyini ortaya qoyurlar.
“Ermənistanın qadınları orduya cəlb etməsinin səbəbləri Azərbaycan Ordusunun gücü, həmlələri qarşısında...”
Tanınmış hərbi ekspert Tərlan Eyvazov baki-xeber.com-a bildirdi ki, Ermənistanın qadınları döyüşə cəlb etməsinin bir neçə məqsədi, səbəbi var. T.Eyvazov vurğuladı ki, tarixən uduzan tərəf müharibədə qadın amilindən istifadə edib və müsir dövrümüzdə isə bunun nümunəsini Ermənistan təqdim edir. Tarixən müharibədə uduzan dövlətlər, Ermənistan kimi, müharibədə qadınlardan istifadə ediblər. Belə görünə bilər ki, qadınlar qorxaqdır, amma müəyyən məqamlarda kişilərdən daha cəsarətlidirlər. Tarixdə kişilərin orduda olan qadınlardan cəsarət alması, qeyrətə gəlməsi və s. məsələlər olub. Amma məsələ burasındadır ki, qadın döyüşçü deyil, qadın anadır, o, təsərrüfata rəhbərlik edir, qadın sülh tərəfdarıdır, sülh rəmzidir. Bu gün Ermənistanın qadın batalyonu yaradıb qadınları müharibəyə göndərməsi bu toplumun mənfur xislətindən irəli gəlir. Bilirsiniz ki, Ermənistanda kişilərin ordudan yayınması problemi illərdir davam edir və orada ölənlər ölüb, vətəndaşların xeyli hissəsi isə bu ölkədəki ağır durumdan, perspektivsizlikdən bezib övladlarını da götürüb başqa ölkələrə köçüblər. Elə ailələr var ki, övladlarının müharibəyə getməsini istəmir və onu qorumaq üçün xarici ölkələrə üz tuturlar. Ermənistanın qadınları orduya cəlb etməsinin səbəbləri Azərbaycan Ordusunun gücü, həmlələri qarşısında onsuz da sayı az olan Ermənistan ordusunun davam gətirə bilməməsi və daha çox itki verməsidir. Bu gün Ermənistanın qadın batalyonu yaradıb qadınları döyüşə göndərməsi heç bir effekt verməyəcək, verə bilməz. Bioloji baxımdan qadınların aylarla səngərdə olması, müharibədə döyüşməsi mümkün olan şey deyil”. T.Eyvazov vurğuladı ki, Ermənistan Suriya, Livan və digər ölkələrdən terrorçu qrupları müharibəyə gətirmək barədə qərar qəbul edib. “Onlar terrorçuları cəlb ediblər və indi də qadınları müharibəyə aparırlar. Eyni zamanda da bizə qarşı əsassız ittihamlar irəli sürürlər ki, bizim orduda guya muzdlular var. Amma ortaya bir fakt qoya bilmirlər. Azərbaycan Ordusunda döyüşənlər nizami əsgərlərimizdir. Erməni ordusunda isə qarışıqlıqdır, orada hərbçidən çox mülki şəxslər, terrorçular döyüşürlər. Düşünürəm ki, Ermənistanın qadınları orduya cəlb etməsi effektsiz olacaq və bu da əvvəlki cəhdləri kimi alınmayacaq, iflasa uğrayacaq, bu ölkəni daha da gülünc vəziyyətə salacaq. Azərbaycan Ordusunun gücü qarşısında onlar çox aciz duruma düşüblər” - deyə T.Eyvazov vurğuladı.
İradə SARIYEVA