Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir. Baki-xeber.com vəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
PA rəsmisinin sözlərinə görə, yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb: "Bu, vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir. Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.
Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcəkdir".