çərşənbə günü, 21 oktyabr 2026
     

Azərbaycanda yeni “Türk dünyası nazirliyi”... Ümumtürk inteqrasiyası inanılmaz yüksəlişdə...

Image


Son illər türk xalqlarının, dövlətlərinin birliyinin daha da möhkəmlənməsi, birgə gücümüzün daha qabarıq formada ifadə olunması üçün genişmiqyaslı işlər görülür. Şübhəsiz ki, bütün bu təşəbbüslərin irəli sürülməsində Azərbaycan və Türkiyənin rolu böyükdür. Türk birliyi naminə atılan bütün addımlar böyük türkün əzəmətinin göstəricisidir. 

Türkiyənin “Türkiyə” qəzetində müasir dövrdə türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinin önəmindən bəhs edilən məqalə dərc edilib.

“Türk dünyası nazirliyi” sərlövhəli məqalənin müəllifi Məryəm Aybikə Sinan bu birliyin tarixi zərurətdən irəli gəldiyini vurğulayır. Qeyd edir ki, müasir dövrdə ölkələr irq, din və qohumluq əlaqələrinə əsaslanaraq bir araya gəlir, birlikdə hərəkət edir, bütün sahələrdə həmrəylik nümayiş etdirərək ortaq maraqlarını genişləndirməyə çalışırlar. Bu, müasir dünyada yeni yanaşmalardan biridir. Xüsusilə maraqlıdır ki, mövzu biz türklər olduqda dərhal ortaq qərar qəbul edilir, bizə qarşı birgə hərəkət edirlər. Son günlər Türkiyə əleyhinə birlikdə hərəkət edən ölkələrin ortaq cəhətlərinin din və qohumluq bağları olduğunu görürük.

Müəllif vurğulayır ki, məhz bu səbəbdən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla, bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsi önəmlidir. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni təyin olunmuş səfirini qəbul edərkən hər sahədə Türkiyənin yanında olduqlarını bəyan etməsi böyük bir addım idi. Ümid edirik ki, bu addım digər qardaş ölkələrdə də dəyərləndiriləcək.

Azərbaycan-Türkiyə əlaqələrinin bu səviyyəyə çatmasına təsir edən amillərə toxunan müəllif bunun ölkələrimiz arasında hərbi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın, eləcə də bütün sahələrdə atılan nəhəng addımların bəhrəsi olduğunu vurğulayır.

Türk dünyası nazirliyinin qurulmasının, bu sahəyə daha həssas və ciddi diqqət yetirilməsinin, qardaş ölkələrlə bütün sahələrdə güclü və çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinin qeyd edildiyi yazıda bildirilir: “Heç vaxt daxil ola bilməyəcəyimiz Avropa İttifaqı üçün bir vaxtlar Aİ Nazirliyi yaradılmışdı. Nəticəsi göz qabağındadır: bu nazirlik sonradan ləğv edildi. Deməli, artıq bəzi həqiqətləri gündəmə gətirməyin vaxtı çatıb, hətta keçməkdədir. Vaxt itirmədən Türk dünyası nazirliyinin qurulması və Türk Şurasına üzv olan qardaş ölkələrdə də bu nazirliyin yaradılması istiqamətində iş aparılmalıdır. Düz 31 il əvvəl bugünkü Türk Şurası ölkələrinin müstəqilliklərini bərpa edəcəklərini heç kim düşünməz, xəyal belə edə bilməzdi. Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır və ölkələr bir-birilə münasibətlərini din və qohumluq əlaqələri əsasında inkişaf etdirməklə bağlı yanaşmadan əl çəkməyəcəklər. Biz də bir Türk dünyası nazirliyi quraraq əqrəba xalqlarla qardaşlıq hüququmuzu daha da inkişaf etdirə bilərik. Sizcə buna dəyməzmi?!”.

Türk dünyası nazirliyinin yaradılması təklifi Azərbaycanda da ciddi şəkildə dəstəklənir və təşəbbüsün böyük əhəmiyyətə malik olduğunu, təxirə salınmadan bu nazirliyin qurulmasının vacibliyini deyən ekspertlər hesab edirlər ki, belə bir təsisat Türk dünyasının birliyini ifadə edəcək.

  • Qiymət Məhərrəmli: “...bu, ümumtürk birliyinin daha da güclənməsinə, yüksəlməsinə səbəb olacaq”

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış şairə-jurnalist Qiymət Məhərrəmlinin fikrincə, bu təşəbbüs bütün Türk dünyası tərəfindən alqışlanmalı və onun reallaşması üçün addımlar atılmalıdır. “Türk dünyası nazirliyinin yaradılması ilə bağlı təklif özündə çox mühüm amilləri birləşdirir. Bu gün belə bir nazirliyin yaradılması ciddi zərurətə çevrilib. Türk dünyasının daha da sıx şəkildə birləşməsində bu qurumun xüsusi rolu olacaq. Bütün türk dövlətlərinin birləşməsi, dünyada potensial gücə çevrilməsi çox mühümdür. Bu nazirlik qurularsa, bu, ümumtürk birliyinin daha da güclənməsinə, yüksəlməsinə səbəb olacaq. Hesab edirəm ki, bu təklifə bütün türk respublikaları ciddi dəstək verməlidirlər ki, onun qurulması gerçəkləşsin. Bilirsiniz ki, Avropadakı beynəlxalq təşkilatlar, beynəlxalq birliklər çox zaman bizim səsimizi eşitmək istəmirlər. Bizə qarşı ikili standartlı yanaşmalar da hər kəsə məlumdur. Bu halda nə üçün də Türk dünyası nazirliyi yaradılmasın və milyonlarla türkü özündə birləşdirməsin?! Bu təklifi dəstəkləyirəm və çox mühüm bir məsələ hesab edirəm” - deyə Q.Məhərrəmli vurğuladı.

  • Məhərrəm Zülfüqarlı: “Türk dünyası nazirliyinin yaradılması təklifi Türk dünyasının birliyi naminə atılan addımdır”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı isə hesab edir ki, bu nazirliyin yaradılması müsbətdir, amma o, simvolik bir qurum kimi fəaliyyət göstərə bilər. “Türk parlamentlərarası əməkdaşlıq təşkilatı var. Naxçıvanda Türkdilli Xalqların Akademiyası yaradılıb. Bu akademiya Orxon-Yenisey abidələrinin tədqiqi ilə məşğul olur. Türk dünyası nazirliyinin yaradılması ilə bağlı təklifə gəlincə, deyim ki, bu təsisatın yaradılması simvolik ola bilər. Çünki bu ölkələrin hər biri müstəqil dövlətdir. Bu qurum bir qeyri-hökumət təşkilatı kimi yaradıla bilər. Amma rəsmi dövlət strukturu kimi onun yaradılması elə də asan olmaz. Çünki hər dövlətin öz qanunları, konstitusiyası var. Amma, istənilən halda, Türk dünyası nazirliyinin yaradılması təklifi Türk dünyasının birliyi naminə atılan addımdır və onu dəstəkləmək, ona müsbət yanaşmaq lazımdır” - deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 16:52
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ