çərşənbə günü, 21 oktyabr 2026
     

ABŞ və İran yenidən müharibə hazırlığına başladı – Vaşinqtonun İslam ölkəsinə 52 zərbə planı yenidən aktuallaşdı

Image


Son günlərdə beynəlxalq miqyasda xüsusi diqqət cəlb edən olaylardan biri də ABŞ və İran arasında gərginləşən münasibətlərdir. Hətta bəzi ekspertlər ABŞ-da yaxınlaşan prezident seçkiləri fonunda müəyyən hərbi qarşıdurmanın olmasını da istisna etmir. Məhz belə bir vaxtda ABŞ-ın “Politico” nəşrinin yaydığı məlumat da təsadüf sayılmır.

Xatırladaq ki, “Politico” nəşri İran rəhbərliyinin İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksa sui-qəsd təşkil edilməsi imkanlarını nəzərdən keçirdiyini iddia edib. Artıq Ağ Ev rəhbəri Donald Tramp mətbuatda İranın, guya ABŞ-a qarşı terror aktı hazırlaması ilə bağlı məlumatlara münasibət bildirib: “İranın ABŞ-a istənilən hücumu, hansı üsulla edilməsindən asılı olmayaraq, İrana hücumla qarşılanacaq və 1000 dəfə daha artıq olacaq”. Düzdür, İran Xarici İşlər Nazirliyi “Politico” qəzetinin ABŞ-ın Cənubi Afrikadakı səfirinə sui-qəsd təşəbbüsü ittihamları ilə bağlı açıqlama yayaraq bunu təkzib edib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə ittihamların əsassız və ABŞ hökumətinin qaralama kampaniyasının tərkib hissəsi olduğunu bildirib: “Gələcəkdə yenidən istifadə edilməsi ehtimalı olan bu cür üsullar, şübhəsiz ki, effektiv olmayacaq və rəsmi Vaşinqtonun İranla qarşıdurmasındakı uğursuzluqlar siyahısına əlavə ediləcək”. Amma buna rəğmən, ABŞ-ın İrana qarşı hərəkətə keçməsi üçün başqa bir bəhanə də yaranıb. Belə ki, İranın uranı zənginləşdirmə və saxlama qabiliyyəti artıb. İranın Atom Enerjisi Agentliyi məlumat yayıb ki, “Fordow” uranı zənginləşdirmə stansiyasındakı 1044 mərkəzdənqaçma laboratoriya aləti aktivləşdirilib.

Qeyd edək ki, ABŞ-ın 2018-ci ildə nüvə razılaşmasından birtərəfli qaydada çəkilməsinin açıqlanmasından sonra razılaşma çərçivəsində aktivliyini məhdudlaşdırığı müəssisələrin yenidən fəaliyyətini artıran İran “Fordow” uranın zənginləşdirilməsi proqramına 2019-cu ildə başlamışdı. Rəsmi Tehran 2019-cu ilin mayından bəri razılaşmadakı öhdəliklərini sıra ilə sonlandırır. Bu durumdan ABŞ, eləcə də İsrail olduqca narahatdır. Digər tərəfdən ekspertlər ona da diqqət çəkir ki, prezident seçkiləri fonunda Donald Tramp İranla münasibətləri gərginləşdirib, müəyyən hərbi əməlliyyatlar keçirməklə yenidən dövlət başçısı postunu asanlıqla tuta bilər. Bu taktikadan Bill Klinton, Ğorc Buş Kosovo, İraq, Əfqanıstan müharibələri zamanı istifadə edib. İndi yayılan məlumatlara görə isə, ABŞ hərbi gəmiləri yenidən Fars körfəzinə daxil olub. Bundan başqa məlumdur ki, Vaşinqtonun bölgədə bir neçə mühüm müttəfiqləri var. Bunlar uzun müddətdir İranla rəqabətdə olan Səudiyyə Ərəbistanı və İsraildir. İsrail əslində Vaşinqtonu bu savaşa təhrik etməyə çalışır. İrana ağır zərbə vurmaq, onun mövcud rejimini dəyişmək istəyən İsrail üçün Vaşinqtonu bu savaşa inandırmaq çox mühümdür. Səudiyyə Ərəbistanı isə ən böyük regional düşməninə qarşı hərbi hərəkata dəstək verəcək. Hətta Misirin də müəyyən qədər İrana qarşı əməliyyata qoşulması mümkündür. Qahirə ABŞ-dan daha çox yardım almaq üçün bu əməliyyata qoşula bilər. Bundan başqa, ABŞ-ın bombardmançı B-52 təyyarələri və digər qırıcıları Qətərdəki ABŞ hərbi bazasında start vəziyyətdə dayanıb. B-52 bombardmançı təyyarələri nüvə başlığı daşımaq imkanlarına sahibdir. Vaşinqton Yaxın Şərqdə, daha dəqiqini desək, İran ətrafında “Patriot“ raket əleyhinə müdafiə sistemi də qurmağı planlaşdırır. ABŞ hərbi bazaları hazırda, faktiki olaraq, İranı dörd tərəfdən mühasirəyə almış hesab olunur.

Digər tərəfdən, İranda bəzi obyektlərin konkret hədəf olduğunu Tramp hələ ötən ildən açıqlayıb. Belə ki, həmin vaxt  ABŞ prezidenti İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib: “Qoy bu xəbərdarlıq olsun, İran amerikalılara və ya Amerikanın əmlakına zərbə vursa, biz İranın (1979-cu ildə Amerikanın İran tərəfindən tutulmuş 52 girovuna uyğun olaraq) 52 obyektini hədəfə almışıq, bəzi yüksək səviyyəli və İran üçün əhəmiyyətli olan bu hədəflər İranın özü kimi sürətli və güclü zərbəyə məruz qalacaq. ABŞ daha hər hansı təhlükələr istəmir”. İndi ABŞ-ın istənilən an bu obyektlərdən birinə zərbə endirməsi tamamilə gözlənilən sayılır. Bu isə, faktiki, böyük savaşın başlanması deməkdir.

Samirə SƏFƏROVA


 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 16:52
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ