05/08/2020 18:04
728 x 90

Fransanın “L’Express” portalı Tovuz təxribatından yazdı, erməni lobbisinin hədəsinə tuş gəldi...

img

Fransanın “Le Monde”, “Figaro”, “L’Express” və digər mətbuat orqanlarında Ermənistan tərəfindən Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törədilmiş təxribat barədə məqalələr dərc olunub.

“Trend” xəbər verir ki, materiallarda artilleriyadan istifadə olunmaqla iki gün davam edən döyüşlərin iyulun 14-də daha da şiddətləndiyi, ümumilikdə 16 hərbiçinin həlak olduğu bildirilib. Tovuz istiqamətində son döyüşlərin 2016-cı il döyüşlərindən də şiddətli olduğu vurğulanıb.

Məqalələrdə 30 ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə görə Qafqaz regionunun qeyri-stabil olaraq qaldığı diqqətə çatdırılıb.

“L’Express” portalı “Ermənistan Azərbaycana hücum edib” başlıqlı xəbərə görə sosial şəbəkələrdə erməni lobbisi tərəfindən hədələnib.

Son xəbərlər