05/08/2020 17:49
728 x 90

"Ordu ilə izdihamlı dəstək aksiyasında təxribatçı videoçağırış paylaşan Rəşad Məmmədov qanunun ən sərt üzü ilə cəzalandırılmalıdır...” - Aydın Quliyev

img

Ermənistanın Tovuzda törətdikləri təxribata qarşı şərəfli ordumuzla birgə olduğunu göstərmək üçün xoş niyyətli yürüşə qalxan vətənpərvər insanlara qarşı heç bir təxribat, pozuculuq əməli bağışlanmamalı və lazımi hüquqi qiymətini almalıdır".

Bu fikirləri Bakı-Xəbər qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev iyulun 14-də Bakıda ordu ilə həmrəylik yürüşü keçirilən zaman sırf ermənipərəst mövqedən yanlış və qızışdırıcı təxribatçı videomüraciət paylaşan Rəşad Məmmədov adlı şəxsin düşmənçilik əməlini şərh edərkən deyib.

Aydın Quliyev deyib ki, sonradan Avropada adı mühacir müsavatçıların insan alverində keçən Rəşad Məmmədov olduğu bilinən bu şəxsin müraciəti Azərbaycanın milli mənafelərinə o qədər ziyanlı təsir bağışladı ki, insanlar ilk əvvəl hətta onun milliyyətcə erməni olduğu barədə informasiyalara belə inandı: “Bu cür təxribatçı çıxışlar insanları yanlış yola yönəldir, döyüş mövqeyindən bir addım da geri çəkilməyən, ölümə belə hazır olan şərəfli Azərbaycan əskərinə və şəhidlərin ruhuna xəyanətdir. Belə cinayətlərin hansı ovqatla törədilməsi  onun sahibinə haqq qazandıra bilməz. Belə təxribatlar xalqın həmrəyliyini pozmaq məqsədi daşıyır və qanunun ən sərt üzü ilə cəzalandırılmalıdır”.

Aydın Quliyev bildirib ki, belə ziyankar adamların saxta vətənpərvərlik pərdəsi altında gizlənmək səyləri baş tuta bilməz və hətta Avropada olsa da belə onun əməli hüquqi cavabsız qalmamalıdır. Rəşad Məmmədov təxribatçı videomüraciətə görə Azərbaycan xalqından və milli ordu əsgərlərimizdən üzr istəməlidir. Müvafiq dövlət orqanlarl isə belə təxribatçıların məsuliyyətə cəlb edilməsinin hüquqi prosedurları üzərində işləməlidir.

Son xəbərlər