05/08/2020 17:34
728 x 90

Hamılıqla Zakir Həsənovun bu fikrini dəstəkləyirik....

img

İyul ayının 12-də xain düşmənin dövlət sərhədimizi pozmaq cəhdi xalqımızın bütün nümayəndələri kimi məni də bir daha hiddətləndirdi. Bu azmış kimi, olanları bizim üzərimizə atmaları isə həyasızlığın şiddətindən xəbər verir...

Siyasətçilərimiz bunu onların böhtanı, yalanı kimi təqdim etdilər. Bu, əlbəttə, doğrudur. Ancaq təəssüf ki, bu yalanların məntiqi əsaslarını göstərmədilər. Yəni daimi sülh tərəfdarı olan Azərbaycan dövləti hücum etmək istəsəydi, nəyə görə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin, Azərbaycanın konstitusiyasının müvafiq maddələrinə uyğun olaraq öz hüquqlarından tam istifadə etməklə işğal edilmiş torpaqların döyüş xəttindən yox, dünyanın qadağan etdiyi qanunların əksinə olaraq dövlət sərhədi xəttindən hücuma keçməli idi?!

Düşünürəm ki, bu, mövcud yalanın dünya qarşısında tam məntiqli əsasını təşkil edərdi...

Təklif !..

Millətim adından təklif edirəm ki, düşmən tərəfin dövlət sərhədimiz boyu həyata keçirdiyi hər təxribat zamanı bütün Qarabağ cəbhəsi boyunca ordumuz ağır artilleriya və uzaqvuran raketlərlə (Xankəndi şəhəri də daxil olmaqla) atəş həyata keçirsin!..

Şübhə etmirəm ki, onlar bu zərbələrin qarşısını almaq üçün olmayan qüvvələrini paylaşdıra bilməyəcək. Düşmən bu gün dövlət sərhədində xidmət keçən kiçik sərhəd qoruyucularımızın geniş döyüş imkanlarının qanunamüvafiq məhdudluğundan istifadə edib, bu təxribatlara məhz həmin yerlərdən başlayır ki, öz xalqı qarşısında dividend qazana bilsin. Əgər bizim ordumuz cəbhə boyu hücum görüntüsü yaratsa, düşmənin düşdüyü çətin vəziyyət heç kimə təəccüblü görünməyəcək...

Xalqımızın çoxdan arzuladığı və nəhayət bu gün həmin vəzifədə gördüyü qüdrətli nazir - sərkərdəmiz Zakir Həsənov bir dəfə düşmənin şəlpə nazirlərinin sərsəm bəyanatlarına münasibət bildirərkən demişdi: “Müharibə istəyirlər? Buyursunlar başlasınlar və məni İrəvanda gözləsinlər. Mən orada onlarla danışaram!..”

Düşünürəm ki, belə bir zamanın yetişməsi çox da uzaqda deyil. Tarixə nəzər salsaq, əksər müharibələri başlayan dövlətlərin məğlubiyyəti zamanı onların başçılarının başının ilan başı kimi öz yuvalarında əzildiyini görərik. (İkinci Dünya müharibəsində Hitlerin başının əzildiyi kimi. Axı bizim indiki düşmənlərimiz də faşistdirlər, özü də betərindən.) Təbii ki, belə olarsa, düşmən yüz illərlə özünə gələ bilməz.

Ali Baş Komandanımıza və onun qüdrətli sərkərdəsi olan cəsarətli Nazirimizə eşq olsun! Biz bir millət olaraq hamılıqla onun bu fikrini dəstəkləyir və bu anı gözləyirik!..

Binnət HÜMBƏTOĞLU

Son xəbərlər