Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində "qaynar xətt" yaradılıb.
"Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən "Qaynar xətt" yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740" - deyə bu səfirliyin məlumatında qeyd olunub.
Gürcüstandakı Azərbaycan Səfirliyi koronavirus infeksiyasının yayılma risqi ilə əlaqədar operativ "Qaynar xətt" xidməti yaradıb. Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin facebook hesabında məlumat paylaşılıb.
Bildirilib ki, mümkün müraciətlərin səfirlik tərəfindən cavablandırılması məqsədi ilə vətəndaşlar +995 577 06 50 50 qaynar xətti vasitəsi ilə səfirliklə əlaqə saxlaya bilərlər.
Koronavirusla əlaqədar Belçikadakı Azərbaycan Səfirliyinin də "Qaynar xətt" nömrəsi fəaliyyətə başlayıb. Səfirlikdən verilən məlumata görə, Belçikada yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən həftənin 7 günü, 24 saat açıq olan "Qaynar xətt" yaradılıb.
"Qaynar xətt" nömrəsi: +32 484 41 26 61
Bu arada, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi vətəndaşlarımıza müraciət edib. Tövsiyə xarakterli müraciətdə bildirilir ki, yeni növ koronavirusun sürətlə yayılmasına görə, Səudiyyə Ərəbistanı dövlət orqanlarının yaydığı rəsmi məlumatlar diqqətlə izlənilməli və şəxsi gigiyena qaydalarına əməl olunmalıdır. Bundan başqa, aşağıdakı tövsiyələr verilib: "Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə edilməsin və insanların kütləvi halda toplaşdığı məkanla gedilməsin.
Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə olduqda təcili tibbi müayinədən keçirilsin, bu məqsədlə Səfirlikdə yaradılan "Qaynar xətt"lə (+9966 11 419 2382, +988 54 567 2583 ) əlaqə saxlanılsın".