Cümə axşamı günü, 13 avqust 2026
     

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

Image


Dünya təcrübəsi bir daha təsdiqləyir ki, vətəndaş cəmiyyəti müasir dövlətin sosial, siyasi və ictimai inkişafında mühüm rol oynayan əsas institutlardan biridir. Qeyri-hökumət təşkilatları, ictimai birliklər, könüllü təşəbbüslər, media, peşə birlikləri və digər ictimai platformalar vətəndaşların cəmiyyətin idarə olunmasında iştirakını genişləndirir. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması müstəqillik dövrünün mühüm proseslərindən biri olub və son illərdə bu sahədə həm yeni imkanlar, həm də ciddi çağırışlar meydana çıxıb. Prosesdə mühüm rol oynayan məqamlardan biri isə bu sahədə də rəqəmsallaşma və innovasiyalardan geniş istifadə olunmasıdır.

Süni intellektin imkanlarından səmərəli istifadə edən QHT-lər daha çevik idarəetmə modelinə malikdir

Müasir dövrdə rəqəmsallaşma cəmiyyətin bütün sahələrinə, o cümlədən vətəndaş cəmiyyətinin fəaliyyətinə ciddi təsir göstərən əsas amillərdən birinə çevrilib. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı vətəndaşların ictimai proseslərdə iştirak imkanlarını genişləndirir, dövlət və cəmiyyət arasında əlaqələrin daha operativ qurulmasına şərait yaradır. Azərbaycanda da son illərdə rəqəmsal transformasiya, elektron hökumət, süni intellekt və innovasiyaların inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. 2026-cı ildə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiyalar üzrə dövlət siyasətinin əlaqələndirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurasının yaradılması və 2026–2028-ci illər üzrə fəaliyyət planının təsdiqlənməsi bu istiqamətin əhəmiyyətini göstərir.

Rəqəmsallaşmanın vətəndaş cəmiyyətinə ən mühüm təsirlərindən biri ictimai iştirakçılığın genişlənməsidir. Əvvəllər vətəndaşların ictimai təşəbbüslərdə iştirakı əsasən fiziki görüşlər, konfranslar və ənənəvi media vasitəsilə həyata keçirilirdisə, bu gün sosial şəbəkələr, onlayn platformalar, videokonfranslar və rəqəmsal müraciət sistemləri daha geniş imkanlar yaradır. Vətəndaşlar sosial problemləri daha sürətli gündəmə gətirə, ictimai kampaniyalar təşkil edə və müxtəlif təşəbbüslər ətrafında qısa müddətdə birləşə bilirlər. Bunlar fonunda Azərbaycan Milli QHT Forumunun (AMQF) təşkilatçılığı ilə "QHT sektorunda rəqəmsallaşma və innovasiyalar" mövzusunda keçirilən dəyirmi masa mühüm önəmə malikdir. Burada

QHT Forumunun İdarə Heyətinin üzvü, deputat Azər Allahverənov QHT-lərin necə daha çevik idarəetmə modelinə malik olduğundan bəhs edib: "Rəqəmsal texnologiyalardan və süni intellektin imkanlarından səmərəli istifadə edən QHT-lər daha çevik idarəetmə modelinə malik olur, cəmiyyətlə daha effektiv kommunikasiya qurur və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycanda, xüsusilə də QHT sektorunda rəqəmsallaşma və innovasiya mövzusu müasir dövrün aktual məsələlərindən biridir ki, bu zaman-zaman biz gündəlik fəaliyyətimizdə də bu məsələlərin ayrı-ayrı aspektlərinə nəzər salırıq. Çünki dünyada çox ciddi və sürətlə inkişaf edən bir rəqəmsal transformasiya dövrü müşahidə edilməkdədir. Ölkəmiz də bu prosesdən geri qalmamaq üçün çox vacib bir mütərəqqi addımlar atmaqdadır. Burada qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional səviyyədə, misal üçün, ayrı-ayrı strukturların yaradılması, xüsusilə də bu rəqəmsal siyasətin həyata keçirilməsi istiqamətində, elektron hökumət və bu platformalar üzərində kifayət qədər mühüm olan bir sıra vacib alətlərin yeni dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi və birbaşa olaraq həm də çox vacib olan qanun layihələrinin qəbul edilməsidir. Daha sonra burada rəqəmsal inkişaf strategiyası, o cümlədən də bu sahə ilə bağlı olan dövlət proqramının təsdiq olunması bundan xəbər verir ki, Azərbaycanda da bu istiqamətdə çox ciddi işlər həyata keçirilməkdədir". Qeyri-hökumət təşkilatları rəqəmsal platformalardan istifadə etməklə öz layihələri haqqında məlumatları daha geniş auditoriyaya çatdıra, könüllüləri cəlb edə, onlayn təlimlər keçirə və ictimai rəyin öyrənilməsini daha asan təşkil edə bilirlər. BMT-nin İnkişaf Proqramının Azərbaycanda həyata keçirdiyi “Developing Innovation-driven and Sustainable Civil Society in Azerbaijan” layihəsi də vətəndaş cəmiyyətinin innovasiya yönümlü və dayanıqlı inkişafını, sosial sahibkarlıq və innovativ həllərin təşviqini qarşıya məqsəd qoyur.

Dövlət-QHT əməkdaşlığı daha da güclənir

Elektron hökumətin inkişafı da vətəndaş cəmiyyəti üçün mühüm əhəmiyyət daşıyır. Dövlət xidmətlərinin rəqəmsal formada təqdim olunması vətəndaşların dövlət qurumları ilə münasibətlərini sadələşdirir və müəyyən hallarda ictimai nəzarət imkanlarını genişləndirir. Azərbaycan hökumətinin rəqəmsal ekosistemində vətəndaşlara çoxsaylı elektron xidmətlərin təqdim edilməsi, o cümlədən “mygov” platformasının inkişaf etdirilməsi bu istiqamətdə atılan addımlardandır. Rəqəmsal hökumət xidmətlərinin istifadəçi üçün daha rahat və əlçatan olması əsas prioritetlərdən biridir.bu fonda QHT-lərin innovativ idarəetmə alətlərindən istifadəsinin genişləndirilməsi, rəqəmsal bacarıqların inkişaf etdirilməsi və yeni texnologiyaların tətbiqi prioritet istiqamətlərdir. Ümumiyyətlə, ölkəmizdəki QHT-lərdə süni intellekt alətlərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, kibertəhlükəsizlik, məlumatların qorunması, sosial media strategiyaları, elektron iştirakçılıq mexanizmləri və innovativ layihə idarəetmə həlləri ilə bağlı fikir mübadiləsi aparılıb və bu istiqamətdə dövlət-QHT əməkdaşlığının daha da gücləndirilməsi xüsusi diqqət mərkəzindədir.

İnnovasiyaların tətbiqi vətəndaş cəmiyyətinin fəaliyyətini yalnız texniki baxımdan deyil, məzmun baxımından da dəyişir. Süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və digər müasir həllər sosial problemlərin daha dəqiq təhlilinə imkan verir. Məsələn, QHT-lər müxtəlif sosial qrupların ehtiyaclarını müəyyənləşdirmək üçün məlumat analitikasından istifadə edə, sosial layihələrin nəticələrini ölçə və resursları daha səmərəli istiqamətləndirə bilərlər. Azərbaycanda 2026-cı ildə keçirilən SOCGOV platformasının gündəliyində də süni intellekt, məlumat analitikası, rəqəmsal sosial xidmətlər və vətəndaş cəmiyyəti təşkilatlarının innovativ idarəetmədə iştirakı xüsusi yer tutur. Rəqəmsal texnologiyalar vətəndaş cəmiyyəti ilə dövlət arasında dialoqun inkişafına da xidmət edə bilər. Onlayn ictimai dinləmələr, elektron sorğular, rəqəmsal müraciətlər və açıq məlumat platformaları vətəndaşların qərarvermə proseslərinə münasibət bildirməsini asanlaşdırır. 2026-cı ilin iyulunda Azərbaycanda QHT-lərin ölkənin rəqəmsal inkişaf siyasətinə dəstəyi ilə bağlı ictimai müzakirənin keçirilməsi dövlət, QHT sektoru və digər maraqlı tərəflər arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi meylini göstərir. Bununla belə, mühüm məsələ informasiya təhlükəsizliyi və şəxsi məlumatların qorunmasıdır. Vətəndaş cəmiyyəti təşkilatları çox vaxt insanların şəxsi və sosial məlumatları ilə işləyirlər. Bu məlumatların qorunması üçün müasir kibertəhlükəsizlik standartlarının tətbiqi, məlumatların qanuni və şəffaf istifadəsi və vətəndaşların rəqəmsal hüquqları barədə maarifləndirilməsi vacibdir. Eyni zamanda, süni intellektdən istifadə zamanı etik prinsiplərə, şəffaflığa və insan hüquqlarına riayət edilməlidir. Rəqəmsal texnologiyaların inkişafı vətəndaş cəmiyyətinin təşkilati modelinə də təsir göstərir. Gələcəkdə ənənəvi QHT-lərlə yanaşı, rəqəmsal platformalar üzərində fəaliyyət göstərən ictimai təşəbbüslərin, sosial startapların və texnologiya əsaslı sosial müəssisələrin sayının artması mümkündür. Belə təşəbbüslər sosial problemlərin həllinə innovativ yanaşmalar gətirə və gənclərin ictimai fəaliyyətə marağını artıra bilər. Gələcəkdə dövlət qurumları, QHT-lər, özəl sektor, akademik dairələr və texnologiya mütəxəssisləri arasında əməkdaşlığın gücləndirilməsi rəqəmsal vətəndaş cəmiyyətinin daha sürətli inkişafına imkan verəcək. Amma texnologiyanın yalnız xidmətlərin elektronlaşdırılması vasitəsi deyil, həm də vətəndaşların ictimai qərarların qəbulunda fəal iştirakını təmin edən mexanizmə çevrilməsi əsas məqsədlərdən biri olmalıdır. Bu halda rəqəmsallaşma Azərbaycanda daha açıq, çevik, innovativ və vətəndaş yönümlü ictimai mühitin formalaşmasına mühüm töhfə verəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdi?..

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya və Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:38
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda göndərir...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

12.08.2026 / 10:35
Zəngəzur dəhlizinin Naxçıvan hissəsində işlər davam edir - MR dəmir yolu şəbəkəsi yenidən qurulur...

12.08.2026 / 10:18
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi

12.08.2026 / 10:14
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrıldı - SƏRƏNCAM

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ