Məşhur rus kinorejissoru Nikita Mixalkov yazışı-diplomat Aleksandr Qriboyedov haqqında film çəkilişlərini reallaşdıra bilmir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə kinorejissor gazeta.ru saytına açıqlamasında bildirib. O deyib ki, filmin əsas süjetləri İstanbul və Tehranda çəkilməlidir, lakin özəlliklə İranda yaşanan son hadisələrdən sonra 300 nəfərlik çəkiliş qrupu ilə regiona getməyə ehtiyat edir vı bunu təhlükəsizlik baxımından risqli sayır. Kinorejissor onu da deyib ki, çəkilişlər üçün Bakı və Naxçıvanda bəzi məkanlar tapılıb, lakin əsas səhnələr İstanbul və Tehranda çəkilməlidir. Mixalkov deyib ki, “bu sayda başqa din mənsublarının adıçəkilən ölkələrdə bir arada olması terrora əsl hədəf ola bilər”.
Azərbaycana gəldikdə isə, burada hər hansı terror hadisəsi istisna olunsa da, yəqin məşhur rejissor fərqində deyil ki, Qarabağa erməniləri köçürməklə bu ölkəyə ən böyük pisliyi elə onun filminin qəhrəmanı edib.