şənbə günü, 15 avqust 2026
     

“Həyatımızın gözəl günlərini Bakıda yaşadıq”...

Image


Son illər Bakı qoynuna üz tutan qonaqların da, illərlə görəv başında olan diplomatların da gedərkən həsrətini də özü ilə apardığı məkanlardan birinə çevrilib və bu qürurvericidir. Azərbaycandan ötən il ayrılmış, burada özünə çoxsaylı dost qazanmış Türkiyə Səfirliyinin əski mədəniyyət və turizm müşaviri Seyid Əhməd Arslan da belələrindəndir. Amma burada görəvdə olduğu dövrdə təkcə o bizi qazanmadı, biz də onun simasında böyük dost, dəyərli vətəpərvər və həqiqət aşıqı ziyalı qazandıq...
Çox hörmətli Seyid Əhməd bəyin mədəniyyət.az saytına müsahibəsini təqdim edirik.

 

Seyid Əhməd Arslanın adı Azərbaycanda çoxlarına, xüsusilə mədəniyyət və turizm sahəsində çalışanlara, media mənsublarına tanışdır. Onu tanıyanların gözləri önünə hər şeydən öncə səmimi dost, Türkiyə ilə Azərbaycan arasında mədəni, turizm əlaqələrinin genişlənməsində xidmətləri olmuş insan gəlir. 2011-ci ildən 2015-ci ilə qədər Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri kimi çalışan Əhməd bəy təkcə Bakıda deyil, bölgələrimizdə də müxtəlif tədbirlərə qatılmaqla yanaşı, səfirliyin layihələrini həyata keçirərkən öz çevrəsindəki insanlarla xoş münasibətlər qurmağı bacarırdı. Bu onun media ilə sıx münasibətlərinə də sirayət edirdi. Bu səbəbdəndir ki, indi də Azərbaycanda onu tanıyanlar tərəfindən hörmətlə xatırlanır.

 Vəzifə missiyasını başa vurub Ankaraya qayıdan keçmiş müşavirlə bağlı bu günlərdə sevindirici xəbər aldıq. O, yeni vəzifəyə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Varlıqları və Muzeylər üzrə Baş Direktorluğunda baş direktorun müavini vəzifəsinə təyin olunub. Bu məqsədlə də əvvəlcə Əhməd bəyi təbrik etdik, sonra da fürsətdən istifadə edib yeni işi ilə bağlı fikirlərini bölüşməsini xahiş etdik.

   Həmsöhbətim Mədəniyyət Varlıqları və Muzeylər üzrə Baş Direktorluğun Türkiyənin bütün bölgələrini əhatə edən böyük bir qurum olduğunu diqqətə çatdırdı: “Əlbəttə, Türkiyə kimi mədəniyyətlərə ev sahibliyi etmiş, hər tərəfi mədəniyyət, tarix izləri olan bir ölkədə Mədəniyyət və Turizm Nazirliyi daxilində belə bir qurumun xüsusi yeri var. Türkiyənin 81 bölgəsində ümumilikdə 5 min işçisi var. Bu qurum ölkəmizdəki tarixi-mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi, onlardan istifadə kimi önəmli bir missiyanı yerinə yetirir. Həm yerin altındakı mədəniyyət varlıqlarını yerin üzərinə çıxararaq bunları lazım gələrsə, muzey içərisində qorunması, həm də sadəcə türk xalqına deyil, bütün insanlığa təqdim edilməsi baxımından da funksiyası olan bir qurumdur. Biz də çalışacağıq ki, bu sahədə daha faydalı işlər görmək imkanı əldə edək. Məsələn, qazıntılar, muzeylər, tarixi fakturanın araşdırılması ilə məşğul olan bir çox bölmələr fəaliyyət göstərir. Hər biri də mədəni varlıqların hamısının qorunması və gələcək nəsillərə sağlam bir şəkildə ötürülməsi üçün öz imkanları daxilində cəhdlər edirlər. Yəni önümüzə bir qəsr, saray çıxarsa, bu da bir tarix, mədəni varlıqdır”.

   Söhbət əsnasında Əhməd bəy gördükləri işlərdən də bəhs etdi və bununla bağlı hətta Azərbaycan oxucusu üçün maraqlı bir məlumat da verdi:

   - Bilirsiniz, bu qurumda işləmək çox zövqlüdür. Tarix, mədəniyyət varlıqları ilə iç-içəsən. Məsələn, 1473-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin başçılıq etdiyi qoşun ilə Osmanlı sultanı II Mehmet Fatehin qoşunları arasında Ərzurumda Otluqbeli (Tərcan) döyüşü baş verib. Uzun Həsənin oğlu Zeynal orda yaralanır və 3 ay sonra vəfat edir. Uzun Həsən öz oğlunu çox sevərmiş. Onun adına bir türbə tikdirir. 550 ildən sonra heç bir zərər vurmadan bu türbənin köçürülməsini həyata keçirdik. Əks halda abidənin su altında qalma təhlükəsi var idi. Təsəvvür edin ki, 550 il yaşı olan 20 metr hündürlükdə türbə altındakı torpaq qatı ilə birlikdə - ümumilikdə 1200 ton ağırlığında - nəql edilir. Onu tarixi yerindən 2 km uzağa daşıdıq. Bu, dünyada bir ilk idi. Əslində, bu həm də Türkiyənin tarixi əsərlərə vermiş olduğu önəmi göstərməsi, universitetlərdə oxunması baxımından da lazım olan bir nümunə oldu.

   Bu arada həm də bir sıra muzeylərdə açılışlarımız da oldu. Türkiyənin bu mövzuda da mühüm bir mərhələ qət etdiyini gördük. Bunlar insana yeni-yeni bilgilər, tarixdən dərs çıxarma kimi informatik bilgi verir.

   - Uzun illər Azərbaycanda mədəniyyət və tanıtım müşaviri kimi çalışdınız. Bu iş sizin üçün həm yeni, həm də çətin bir iş kimi gəlmədi ki?

   - Mən bu nazirlikdə 27 ildir ki, çalışıram. Nazirliyi də, buradakı bütün təşkilatları da yaxşı tanıyıram. Ona görə də bu işimdə də böyük bir çətinlik çəkmədim. Yəni bunlar bizə tanış olan mövzulardır. Xaricə mədəniyyət müşaviri gedərkən belə bir keçmişin, bazanın olması lazımdır.

   Muzeylər həm də turizm baxımından mühüm məkanlardır və bu mənada təmir-bərpa olunacaq abidələrin də sayı çoxdur. Bunun üçün həm də çox böyük büdcə lazımdır. Amma Türkiyə öz imkanları daxilində mədəni varlıqlara dəyər verən bir ölkədir. Əsrlərdən bəri Türkiyədə qədim mədəniyyətlərin bir arada yaşaması bu ölkəni digər torpaqlardan çox fərqli bir duruma gətirir. Məsələn, Şanlıurfada Göbəktəpə adlı yerdə aparılan qazıntı işləri bu günə qədər bəlli olan tarixi bir anda alt-üst etdi, dəyişdi. Demək istəyirəm ki, arxeoloji qazıntılar da bir şəkildə tarixə öz qeydlərini salır.

   Əhməd bəy Azərbaycanla bağlı təəssüratlarını da bölüşdü:

   - Azərbaycan bizim vətənimizdir. Orda heç bir qəriblik çəkmədik. Könlümüz orda qaldı. Bakıdan gələndən sonra Orxan (balaca oğlunu deyir) hər gün deyinməkdən “başımızın ətini yedi”: “Məni niyə Bakıdan gətirdiniz, təkrar gedək Bakıya. Buranı sevmədim, təyyarəyə minib gedək”. O biri uşaqlarda da hələ də Bakı həsrəti var. Hər fürsətdə getməyi arzu edirlər. Həyatımızın gözəl günlərini Bakıda yaşadıq. Orada qazandığımız dostlarımız bacı və qardaşlarımızdır və bu günə qədər də bu səmimi dostluğu davam etdiririk.

 Mehparə Sultanova

 Ankara



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ