Türkiyə ərazisindəki Ağrı dağında Nuhun gəmisinin qalıqları aşkarlanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə xəbəri “Daily Express” yayıb. Noah's Ark Ministries International (NAMI) tədqiqat mərkəzinin əməkdaşlarına istinad edən nəşr bildirir ki, Nuhun gəmisinə aid olduğu ehtimal edilən fraqmentlər dəniz səviyyəsindən 400 metr yüksəklikdə aşkarlanıb. Bundan sonra fraqmentlər analiz olunub və onların yaşının 4800 və daha artıq olduğu təsbit edilib.