Sabit Azərbaycanı tanıdırıq dünyada, Həmrəyliyə, birliyə hazırıq ön sırada. Sağlam əməkdaşlığa nümunədi ölkəmiz, Azad-sərbəst, düz-dürüst, özəl sadiq qaydada.
Dostluq, dərin bağlılıq cığır açır yollara, O, sülhün zirvəsinə qalxır, aparır bizi. Gedirik gələcəyə, sevinc dolu anlara, Gənclərin həmrəyliyi artırır qüvvəmizi.
Yeni "İslam Həmrəyliyi ili" elan edildi, Xalqlar bunu ən gözəl, mükəmməl addım bildi. Saf örnəkdi irsimiz, şüarımız, yolumuz, Əbədi Azərbaycan çiçəkləndi yüksəldi.
Əhədov Mirbəhər.