şənbə günü, 15 avqust 2026
     

Mədəniyyətlərin qovuşduğu Avropa mərkəzi - Macarıstan...

Image


Mart ayının ortalarında Macarıstana ezamiyyət səfərimiz bir sıra maraqlı məqamları ilə yadda qaldı. Bu baxımdan təəssüratlarımızı oxucularla bölüşmək istədik.

Öncə qeyd edək ki, olduqca gözəl təbiətə, tarixi abidələrə, zəngin ve eyni zamanda keşməkeşli tarixə malik olan Macarıstan Avropanın tən ortasında yerləşən, şimaldan dağlarla  əhatələnən düzən ərazidə yerləşir. Ölkənin qədim tarixə malik memarlıq abidələri, teatr və muzeyləri ilə bir neçə gün ərzində əyani olaraq tanış olmaq praktiki olaraq mümkün deyil. Bunun üçün hər məqamda xüsusi turlara və peşəkar gidlərə ehtiyac duyulur. Macarıstanı Avropanın ən böyük düzənlik ərazisinə və otlaqlarına malik ölkə də adlandırmaq olar. Məhz bu xüsusiyyətinə görə də tarixi Macarıstan ərazisi həmişə müxtəlif tayfaları, xüsusilə, Şərqdən gələn döyüşkən köçəri xalqları özünə cəlb edib. Ölkənin indiki ərazisi Azərbaycan ərazisindən, təxminən, bir qədər böyükdür - 93,028 min kvardatkilometr. Şimaldan cənuba 250 km, şərqdən qərbə 524 km uzanan ölkə Qərbdən Avstriya, cənub və cənub-qərbdən Serbiya, Xorvatiya və Sloveniya, cənub-şərqdən Rumıniya, şimal-şərqdən Ukrayna, şimaldan isə Slovakiya ilə həmsərhəddir. Hazırkı Macarıstan tarixi Macarıstanın çox kiçik bir hissəsidir – 1920-ci ildə bağlanmış Trayan müqaviləsinə görə, ölkə ərazisinin 71 faizindən çoxunu, əhalisinin 58, 5 faizini, macar əhalisinin isə 32 faizini itirib. Ölkə ikinci dünya müharibəsi ərəfəsində itirilmiş ərazilərinin böyük bir hissəsini geri alsa da, ikinci dünya müharibəsinin nəticələrinə görə yenidən həmin əraziləri əldən verib. Məsələn,Transilvaniya kimi vilayət etnik macarların çoxluq təşkil etdiyi tarixi Macarıstan ərazisi olsa da, bu gün Rumıniyanın tərkibindədir. Ölkənin şimalı Karpat dağlarına söykənir, Dunay və Tisza kimi çaylar Macarıstan ərazisindən keçir. Bundan başqa, Mərkəzi Avropanın ən böyük şirin su gölü olan və “Macar dənizi”  adlandırılan Balaton, həmçinin Velens, Fetto kimi göllər də füsunkar təbiət inciləri kimi qeyd edilə bilər. Ölkənin ən böyük təbii sərvəti isə onun bərəkətli torpaqları hesab olunur. Ölkə ərazisinin 70 faizi kənd təsərrüfatı üçün yararlıdır, Macarlar orta boydan hündür, daha çox sarışın(əsasən, mərkəzi şəhərlərdə), çox danışan və az hərəkət edən xalq kimi xarakterizə olunsa da, ölkənin tarixində “hərəkətliliyin” çox olduğunu söyləmək mümkündür. Qeyd etdiyimiz kimi, bu yerlərə tarixi köçlər çox olub. Hunlar, avarlar, madyarlar(macarlar), hətta peçeneq və qıpçaqlar buralara basqınlar edərək dövlətlərini və ya xanlıqlarını qurublar. Bu baxımdan əhalinin genetik tərkibi və eləcə də mədəniyyətini də rəngarəng saymaq olar. Həmçinin ölkənin tarixində baş verən  burulğanlar, müxtəlif dövlətlər və hakim xalqların, sülalələrin bir-birini əvəzləməsi buradakı tarixi abidələrdə, vilayətlərdə öz dərin izlərini qoyub. Bu baxımdan Macarıstan həm də turistər üçün olduqca böyük maraq kəsb edən nəhəng bir tarix “muzey”idir. Burada qədim romalılardan və hunlardan tutmuş, Habsburqlar sülaləsinə qədər və daha sonrakı tarixin zəngin maddi-mədəni irsini əyani olaraq görmək imkanı genişdir. Bu baxımdan, Macarıstan erkən orta əsrlərdən Şərqlə Qərbin qovuşduğu, yaxud toqquşduğu ən bariz nümunələrdən biri kimi göz önündə canlanmış olur. Bununla belə, macarların əksəriyyəti katolik olmaqla özlərini Avropa ailəsinin üzvü sayır. Macarıstan 2004-cü ildən Avropa Birliyinin üzvüdür, 2007-ci ildən Şengen ərazisi sayılır. Bununla belə, ölkə avrozonaya daxil deyil. Burada avrodan daha çox macar valyutası olan forint işlənir. 1 avro təxminən 310 forintə bərabərdir.

Əlverişli turizm marşrutları

Yuxarıda qeyd etdiyimiz kimi, Macarıstanın tarixi və milli mədəni xüsusiyyətləri barədə ətraflı bilgilərə yiyələnmək və əyani tanışlıq üçün əlahiddə turlara, ölkədə gəzdiyimiz  hər an ehtiyac duyurduq.  Belə bir situasiyada “1000 doroq” şirkəti və şirkətin peşəkar mütəxəssisləri dadımıza çatdı. Adından göründüyü kimi, bu şirkətin adının mənası ruscadan “min yol” anlamındadır. Şirkət rusdilli işçilərdən və ya rus-ukraynalı menecerlərdən təşkil olunduğu və gidləri də rusca gözəl anlada bildiyi üçün postsovet ölkələrindən Macarıstan və ətraf ölkələri gəzmək istəyənlər üçün əlverişlidir.  Budapeştin demək olar ki, mərkəzində yerləşən yaşadığımız “Medosz” hoteli vasitəsilə şirkətlə asan bir şəkildə əlaqə yaratmaq mümkün oldu. Macarıstanda olduğumuz müddətdə boş vaxt tapıb, şirkətin təşkil etdiyi bir neçə tura qatıldıq. Qatıldığımız bütün turlar əyləncəli olması, rəngarəngliyi, cazibədarlığı və ölkənin tarixi, mədəniyyəti, görməli yerləri, təbiəti barədə məlumat vermək baxımından informativliyi ilə yadda qaldı. Beləliklə, səfər boyunca biz Macarıstan barədə fərqli üslubda və o qədər müfəssəl məlumat aldıq ki, ölkə haqqında nəyisə öyrənmək üçün “Wikipedia”da eşələnməli olmadıq. Beləliklə, təkcə Budapeştlə tanışlıq üçün bir neçə gün sərf etmək gərəkdir. Paytaxtın ölkənin mərkəzində yerləşməsi, Dunay çayı boyunca düzülmüş qədim Avropa şəhərləri arasında inkişaf etmiş yol nəqliyyat infrastrukturu bu şəhəri, eləcə də Macarıstanın digər Dunayboyu ərazilərini turizm baxımından olduqca cəlbedici və əlverişli edir. Budapeştin ictimai nəqliyyatı çox rahat və turistlər üçün çox əlverişlidir. Burada da ictimai nəqliyyat, bizdəki “Bakubus” sistemində olduğu kimi, mərkəzləşmiş qaydada idarə olunur. Bundan əlavə, şəhərdə tramvay və trolleybuslar hələ də fəaliyyət göstərir. Eyni zamanda, Dunay çayındakı gəmilər də eyni sistemlə işləyir. Taksilər istisna olmaqla, şəhərdaxil ictimai nəqliyyat növləri üçün bir bilet almağa görə metrostansiyaların girişində qoyulmuş ödəmə terminalına 350 forint – bir dollardan bir qədər artıq məbləğdə pul daxil etməlisən. Ödəmə terminalı rus, ingilis, alman, macar və başqa dillərdə xidmət göstərir. Budapeşt metrosu əsas ictimai nəqliyyat növü olmaqla, sarı, qırmızı, mavi, yaşıl gediş xətləri üzrə fəaliyyət göstərir.

Ümumiyyətlə, ictimai nəqliyyat Macarıstanda bir çox qonşu Avropa ölkələri ilə  müqayisədə ucuzdur.

Alış-veriş üçün şəhərin mərkəzindəki bahalı butiklərə deyil, mərkəzdən kənardakı metrostansiyaların çıxışındaki mall və ticarət mərkəzlərinə üstünlük verməniz tövsiyə olunur. Belə olduqda, eyni keyfiyyətdə məhsulları 30-40% ucuz qiymətə əldə edə bilərsiniz. Avropanın digər şəhərləri ilə müqayisədə Budapeşt keyfiyyətli və brend məhsulların alış-verişi üçün çox əlverişli şəhərdir. Ölkənin pul vahidi forint çoxsıfırlıdır. Bu isə onun dollar və avro qarşısında bir o qədər möhkəm olmadığına, Macarıstan məhsullarının və eynilə idxal mallarının qonşu Avstriya ilə müqayisədə, daha yumşaq şəkildə desək, daha əlçatan olduğunu söyləməyə əsas verir. Macarıstanda qiymətlər baha deyil, ancaq ən ucuz da deyil. Tutalım, yerli istehsal olan pivənin şüşəsini mağazadan 80 qəpiyə ala və ya həmin pivə üçün hansısa pubda 6 manat ödəyə bilərsiniz. Dad dəyişməyəcək. Dəyişən sadəcə əyləşdiyiniz masa və ortamdır. Budapeştin gecə həyatı da möhtəşəmdir. Şəhər demək olar ki, səhərəcən yatmır. Şəhərin 7-ci rayonu adlanan ərazidəki gecə klubları, pub və barlarda hər zövqə uyğun ritmik, gurultulu, həzin, bir sözlə istəyə və zövqə uyğun əyləncə məkanları fəaliyyət göstərir. Bu arada əksər kafe, bar və restoranların önündə iri şriftlərlə menyu qiymətləri əks okunub. Bu, sizə qiymətləri cibinizə uyğun müqayisə etməyə və daha səmərəli xərcləməyə yardım edəcək. Həmçinin paytaxt Budapeştdən ölkənin digər turistik mərkəzlərinə - Balaton rayonu, Xeviz, Eger, Keçkenet və başqa qədim tarixi yerlərə gedib-qayitmağınız kifayət qədər tez və ucuz başa gəlir.

Macarıstandan Avropanın digər ölkə və şəhərlərinə çox rahat getmək olur

Qeyd edilənlərdən əlavə, siz Budapeştdən Avropanın digər ölkələrinin müxtəlif şəhərlərinə çoxşaxəli nəqliyyat şəbəkəsindən yararlanmaqla səyahət edə bilərsiniz. Avropanın mərkəzində yerləşən Macarıstan bu baxımdan da olduqca əlverişli bir ölkədir. Belə ki, ölkənin paytaxtı Budapeştdən Avstriyanın paytaxtı Vyanaya, Slovakiyanın paytaxtı Bratislavaya, həmçinin Çexiya şəhərlərinə və digər yerlərə avtobusla cəmio bir neçə saatlıq yol var.        

Vyana, Bratislava, Zaqreb, Brno, Praqa və digər şəhərlər Budapeştdən cəmi bir neçə saatlıq məsafədə yerləşir. O şəhərlərə səfər etmək üçün əlavə otel xərclərinə gərək qalmayacaq. Yox, əgər həmin şəhərlərdə gecələmək istəsəniz, bunun üçün turizm şirkətləri sizi büdcəyə uyğun otel və qonaq evləri ilə təmin edə bilər. Müqayisə üçün qeyd edək ki, Macarıstanda əvvəlcədən hazır turistik paketlərin alınması fərdi qaydada səyahət etməkdən daha sərfəlidir. Turizm şirkətləri arasındakı kəskin rəqabət bu sahədə optimal bazar qiymətlərinin yaranmasına səbəb olub. Müqayisə üçün deyə bilərik ki, hər hansı Avropa şəhərinə fərdi qaydada səyahət etsəniz, ikiqat xərcə düşmüş olacaqsınız. Çünki yol-yemək xərcləri, yola nabələdçilik və sair amillər artıq xərclərin yaranmasına səbəb olur. Belə halda, bələdçilikdən yararlanmaq daha məqsədəuyğun və təhlükəsizdir.

Yeri gəlmişkən, səfər çərçivəsində iki gün Avstriyanın paytaxtı Vyanada olduq. Vyanaya getmək üçün “1000 dorog” şirkətinin xidmətindən yararlana bildik. Qısaca demək istərdik ki, Vyana öz möhtəşəmliyi, əzəmətli arxitekturası ilə həqiqətən də təkcə coğrafi baxımdan yox, həm də gözəllik və mədəniyyət  baxımından Avropanın mərkəzində dayanan əsas şəhərlərdəndir. Eləcə də Avstriya belə bir mərkəzdə dayanır. Nahaq yerə demirlər ki, Almaniya saat kimi işləyən mexanizmdirsə, Avstriya bu saata ruh verən orqanizmdir. Ölkə gözəlliyi, səliqəliliyi və eyni zamanda zabitəliliyi ilə hər məqamda təəccübləndirir və həyəcanlandırır. Deyilənə görə, Stalin Vyananı çox sevdiyinə görə, Vyanaya hücum zamanı sovet əsgərlərinə şəhəri dağıtmamağı, lazım gələrsə əlbəyaxa döyüşlə ələ keçirməyi əmr edir. Məhz buna görə də indiyə qədər Vyanada sovet əsgərinin şərəfinə qızılı dəbilqəli və əlində sovet gerbi həkk olunmuş qızılı qalxan tutmuş nəhəng bir əsgər heykəli ucalır…       

Bununla belə, Avstriyada qiymətlər inkişaf etməkdə olan ölkələrin vətəndaşları, xüsusən postsovet ölkələrindən gələnlər üçün olduqca baha görünə bilər. Macarıstanda isə qiymətlər, Avstriyaya  nisbətən nəzərəçarpacaq dərəcədə ucuzdur.     

Azərbaycanlı turistlərə onu da tövsiyə edərdik ki, ümumiyyətlə, Budapeşt, Vyana və digər iri Avropa şəhərlərində cibgirlərdən ehtiyatlı qorunmaq lazımdır. Çünki hər yerdə olduğu kimi, bu yerlər də digər ölkələrdən gələn bəzi tüfeylilər, həmçinin peşəsi oğurluq olanlardan sığortalanmayıb… 

Avropanın termal turizm “cənnət”i

Macarıstan yeraltı müalicəvi sular məkanı olduğu üçün bu məkana çoxlu sayda turistlər ilin hər fəslində axın edir. Çünki Macarıstan dünya və Avropa səviyyəsində müalicə və istirahət turizmi baxımından xeyli irəlidədir. Ölkə termal sularla zəngindir. Ölkənin hər bir bölgəsində termal sular mövcuddur və onlar tərkibinə, müalicəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Burada termal turizmin demək olar ki, mövsümü yoxdur. Siz paytaxt Budapeştin lap mərkəzində qraf Seçenin şərəfinə adlandırılmış Seçen termal istirahət mərkəzində və ya paytaxtdan cəmi bir saatlıq və ya bir qədər artıq məsafələrdə yerləşən Xeviz, Eger, Vişeqrad Debresen və başqa məşhur termal istirahət və müalicə mərkəzlərini seçə bilərsiniz. Bir sözlə, Macarıstanın termal gölləri bütün dünyada məşhurdur. Ölkənin hər yerində, hətta ilin qış fəslində belə, açıq havada çimə biləcəyiniz termal suyun, hərarəti 25-30 dərəcədən artıq olan müxtəlif termal göllərin ətrafında müasir infrastruktur yaradılıb. Hərçənd ki, bu termal göllərdən ancaq Xevizdəki gölün müalicəvi xüsusiyyəti təsdiqlənib, digərləri isə yorğunluğu atmaq, dincəlmək üçün münasib fürsətdir. Yeri gəlmişkən, termal turizm baxımından Azərbaycanın Macarıstan təcrübəsindən əxz etməli olduğu çox məqamlar var. Azərbaycanın istər cənub, istərsə də şimal bölgəsində tərkibi müalicəvilik baxımından da xeyli zəngin və faydalı olan termal sular olduğu halda, hələ də bizdə termal turizm standartları lazımınca oturuşmayıb və ya rentabellilik yetərincə deyil…  Macarıstan isə öz termal turizmi ilə demək olar ki bütün Avropa və dünya ölkələrini cəlb edə bilib… 

Əgər Macarıstandakı termal istirahət mərkəzlərinin qonaq evləri və otellərində gecələmək istəməsəniz, bu halda birdəfəlik giriş kartlarını əldə etməklə termal turizm göllərindən yararlana bilərsiniz

Bundan başqa, Macarıstanda ov turizmi də olduqca əyləncəli və zövqverici hesab edilir. Məsələn siz öncədən sifariş etməklə ov mövsümündə Macarıstan meşələrində vəhşi heyvanların ovu ilə də məşğul ola bilərsiniz. Həmçinin, bu turizm baxımından imkanların tükənmədiyi ölkədə turizmin müxtəlif individual xidmətləri təklif edilir.

Dadlı və original macar mətbəxi

Macar mətbəxi də çox rəngarəngdir. Ümumiyyətlə, mətbəx mövzusu zövq məsələsi olduğundan, bunun üzərində çox dayanmaq istəməzdik, amma əmin olun ki, bu ölkədə nəinki ac qalmayacaqsınız, hətta yeni dadlar kəşf edəcəksiniz.

Qısaca, macar mətbəxinin əsas ənənəvi yeməklərindən “qulyaş”ın adını çəkmək olar. Bu qulyaş fərqli bir şorbadır və ət, tərəvəz, əriştə, ədviyyat qatılmaqla bişirilir.  Bundan başqa, Dunay və ətrafdakı göllərdən bol-bol balıq tutmaq imkanı olan macarların bir balıq şorbası da var – “Halasli”. Bu macar şorbası, bizim balıq buğlamasından daha dadlı olmasa da, rus “uxa”sından yetərincə tamlıdır. Hər halda, zövqlər müxtəlifdir… 

Şərabdan anlayırsınızsa, Macarıstanda səfərinizi uzunmüddətli etməyə dəyər. Təkcə Tokai vadisindən Balaton rayonunadək müxtəlif üzüm növlərindən hazırlanan “Tokai”, “Boz Monax”, “Turan”, “Öküz qanı” və başqa məşhur şərabların cürbəcür növlərini dada bilmək üçün zamana ehtiyacınız olacaq. Bir sözlə, avropalılar da tam əminliklə deyirlər ki, macarlar ətdən və üzümdən dadlı xarüqələr yarada bilirlər…

İlkin AĞAYEV

Bakı-Budapeşt-Vyana-Budapeşt-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ