Martın 2-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə "Sazın ana laylası" adlı konsert proqramı keçiriləcək. Saat 19:00-da keçiriləcək tədbirdə müxtəlif aşıq mühitlərini təmsil edən 30-dan artıq xanım aşıq çıxış edəcək.
Bu barədə qəzetimizə Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, professor Məhərrəm Qasımlı məlumat verib. AAB sədri qeyd edib ki, "Sazın ana laylası" adlı konsert proqramı 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilir.
İradə SARIYEVA