şənbə günü, 10 oktyabr 2026
     

Əy­lən­cə mər­kəz­lə­rin­də təş­kil edi­lən şo­u­lar uşaq­la­rı­mı­zın mə­nə­viy­ya­tı­nı ne­cə zə­hər­lə­yir?

Image


Biz özü­müz­dən ni­yə uzaq­laş­maq is­tə­yi­rik an­la­ya bil­mi­rəm? San­ki öz­gə­ləş­mək, baş­qa­laş­maq, kö­kü­müz­dən qop­maq is­tə­yi­rik. Bu az­mış ki­mi, uşaq­la­rı­mı­zı da zor-xoş öz ar­xa­mız­ca dar­tı­rıq. Əs­lin­də, on­la­rı uçu­ru­mun qar­şı­sı­na özü­müz gə­ti­rib çı­xa­rı­rıq.

Uşaq­la­rın nə is­tə­di­yi bi­zim üçün bə­zən ma­raq­lı ol­mur, öz is­tə­di­yi­mi­zi hə­ya­ta ke­çir­mək is­tə­yi­rik. Bu­nun­la da uşaq­la­rı­mı­zın mə­nə­viy­ya­tı­na zər­bə vu­rur, yad­da­şı­nı ya­ra­la­yır, kö­kü­mü­zə olan mü­na­si­bə­ti­ni for­ma­laş­ma­mış sar­sı­dı­rıq. Pay­taxtda fə­a­liy­yət gös­tə­rən əy­lən­cə mər­kəz­lə­ri­nin bir ço­xun­da gör­dü­yüm mən­zə­rə, sö­zün əsl mə­na­sın­da, mə­ni göy­dən ye­rə vu­rub. İlk ba­xış­dan hər şey yax­şı­dır, zal­lar bə­zə­nib, oyun yer­lə­ri işıq­lar­la süs­lə­nib, bu­ra­da uşaq­la­rın şən­lən­mə­si üçün şə­ra­it ya­ra­dı­lıb. Göz ox­şa­yan gö­zəl­lik mü­şa­hi­də edir­sən əv­vəl­cə, son­ra isə gəl­di­yi­nə gö­rə özü­nü qı­na­yır­san.

Ba­kı­da say­sız əy­lən­cə mər­kə­zi var və on­la­rın ad­la­rı­nı bir-bir çək­mək is­tə­mi­rəm. Çün­ki say­maq­la bit­məz. Əy­lən­cə mər­kəz­lə­ri ilə or­ta mək­təb­lər ara­sın­da əmək­daş­lıq möv­cud­dur. Mək­təb­li­lər bay­ram təd­bir­lə­ri­ni əy­lən­cə mər­kəz­lə­rin­də ke­çi­rir, həm şən­lə­nir, həm əy­lə­nir, həm də bay­ram süf­rə­si ar­xa­sın­da əy­lə­şir. Mək­təb­li­lə­rin küt­lə­vi üz tut­du­ğu əy­lən­cə mər­kəz­lə­rin­də doğ­ru­dan da o qə­dər adam olur ki, ne­cə de­yər­lər, iy­nə at­san ye­rə düş­məz. Va­li­deynlər, uşaq­lar, mü­əl­lim­lər əməl­li-baş­lı qə­lə­bə­lik ya­ra­dır. Bu­ra­da təh­lü­kə­siz­li­yin ne­cə tə­min olun­ma­sı haq­qın­da söz de­mək fik­rim yox­dur. Mə­ni cid­di na­ra­hat edən mə­nə­vi təh­lü­kə­dir ki, bu­nun əziy­yə­ti­ni in­di yox, bir ne­çə il son­ra çə­kə­cə­yik, özü də top­lum ola­raq.

Uşaq əy­lən­cə mər­kəz­lə­rin­də gös­tə­ri­lən şo­u­la­rın uşaq psi­xo­lo­gi­ya­sı­na vur­du­ğu zi­yan haq­qın­da da­nış­maq is­tə­yi­rəm. Bü­tün əy­lən­cə mər­kəz­lə­rin­də şo­u­lar mər­kəz­ləş­di­ril­miş şə­kil­də təş­kil olu­nur. Yə­ni ha­mı­sı­nın gös­tər­di­yi şou-ta­ma­şa­nın sse­na­ri­si ey­ni­dir. Ta­ma­şa qəh­rə­man­la­rı da öz ye­rin­də. Gös­tə­ri­lən ta­ma­şa­lar xa­ri­ci öl­kə xalqla­rı­nın na­ğıl qəh­rə­man­la­rı­nın iş­ti­ra­kı ilə qu­ru­lur. Bu­ra­da Azər­bay­can na­ğıl qəh­rə­ma­nı, ob­ra­zı yox­dur. Təd­bir bo­yu xa­ri­ci mah­nı­lar səs­lə­nir. Uşaq­lar "Qam-qam star", "Xa­tu­ba" və di­gər mah­nı­la­rın sə­da­la­rı al­tın­da rəqs edir. Bu mah­nı­lar uşaq psi­xi­ka­sı üçün de­yil. Bir mah­nı­da müx­tə­lif səs ton­la­rı­nın, rit­mik­li­yin ol­ma­sı heç də o de­mək de­yil ki, uşaq­lar onun sə­da­la­rı al­tın­da rəqs et­mə­li­dir. Uşaq­la­rı məc­bur edir­lər ki, bu mah­nı­la­rı "DJ"-lə bir yer­də oxu­sun­lar. Uşaq­lar da mah­nı­la­rı bö­yük şövqlə oxu­yur, o mah­nı­la­rın sə­da­la­rı al­tın­da rəqs edir.

Əy­lən­cə mər­kəz­lə­rin­də təş­kil edi­lən şo­u­la­rın (həm bay­ram, həm də qey­ri-bay­ram gün­lə­ri) möv­zu­su həd­din­dən ar­tıq bə­sit, heç bir mə­na­sı, məz­mu­nu ol­ma­yan mətnlər­dən, di­a­loq­lar­dan iba­rət­dir. Yu­xa­rı­da qeyd et­di­yim ki­mi, şo­u­da xa­ri­ci öl­kə na­ğıl­la­rı­nın qəh­rə­man­la­rı təq­dim olu­nur. On­lar həm mü­a­sir dövrdə uşaq­la­rın ta­nı­dı­ğı ciz­gi filmlə­rin­də olan qəh­rə­man­lar­dır, həm də uy­dur­ma ob­raz­lar. Mən de­mi­rəm ki, şo­u­lar­da xa­ri­ci na­ğıl, ciz­gi film qəh­rə­man­la­rı ol­ma­sın, qə­tiy­yən bu fi­kir­də de­yi­ləm. Mə­ni na­ra­hat edən uy­dur­ma qəh­rə­man­lar­dır. Heç məş­hur na­ğıl qəh­rə­man­la­rı bu şo­u­lar­da gö­rün­mür. Sa­də­cə, son il­lər ya­ra­dı­lan, da­ğı­dı­cı, za­lım, hu­ma­nizm his­sin­dən uzaq qəh­rə­man­lar gün­də­mi zəbt edib. Dəh­şət sa­çan səs ef­fektlə­ri, uşaq­la­rın göz­lə­ri­nə tə­sir edən, zə­if­lik ya­ra­dan rəngbə­rəng işıq se­li şo­u­la­rın ge­di­şin­də əsas ye­ri tu­tur. Bu öz ye­rin­də. Əsas mə­sə­lə uy­dur­ma qəh­rə­man­la­rın uşaq­la­ra tə­si­ri­dir.

31 de­kabr - Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü və Ye­ni il mü­na­si­bə­ti­lə əy­lən­cə mər­kəz­lə­rin­də təş­kil olu­nan şo­u­la­ra küt­lə­vi axın var. Bu şo­u­lar­da uşaq­lar nə­lər gör­mür. Qeyd et­di­yim ki­mi, şo­u­la­rın möv­zu­su uşaq­la­rın ya­şı­na uy­ğun de­yil. Bu­ra bi­rin­ci si­nif şa­girdlə­ri də ge­dir, 11-ci si­nif şa­girdlə­ri də. Gə­rək hər ya­şın özü­nə uy­ğun möv­zu­da şou proq­ram­lar ha­zır­lan­sın. Ye­ni il şən­li­yi ke­çi­rən əy­lən­cə mər­kəz­lə­rin­də Şax­ta ba­ba, Qar qız­la ya­na­şı, mey­da­na çı­xan ob­raz­lar heç də qı­şın təm­sil­çi­lə­ri de­yil. Bu az­mış ki­mi, şo­u­lar­da bir də­nə də ol­sun uşaq mah­nı­sı səs­lən­di­ril­mir. Bö­yük­lər üçün ya­zı­lan mah­nı­lar şo­u­ya "rəng" qa­tır. Əy­lən­cə mər­kəz­lə­rin­də təş­kil edi­lən şo­u­la­ra şou-biz­nes təm­sil­çi­lə­ri də­vət edi­lir, on­lar da "sev­gi-mə­həb­bət"dən, "ay­rı­lıq və hic­ran"dan mah­nı­lar oxu­yub, bir az qey­ri-etik səs­lən­sə də, uşaq­la­rı yo­la ve­rir­lər. Uşaq­lar bu mah­nı­lar­dan nə an­la­yır ki? Şou mü­ğən­ni­lə­ri o şo­u­lar­da şou gös­tə­rin­cə, ol­maz­mı uşaq mu­si­qi qrup­la­rı ifa et­sin? Çün­ki bu, uşaq­la­ra da­ha yax­şı tə­sir edə bi­lər. Hət­ta bu şou-proq­ram­la­ra uşaq ya­zı­çı­la­rı, uşaq bəs­tə­kar­la­rı da də­vət edi­lə bi­lər. Azər­bay­can na­ğıl qəh­rə­man­la­rı, uşaq ya­zı­çı­la­rı­mı­zın əsər­lə­ri­nin per­so­naj­la­rı bu təd­bir­lər­də gör­sən­mir. Hal­bu­ki, on­la­rın gör­sən­mə­si da­ha məq­sə­də­uy­ğun­dur.

Bə­zən gi­ley edir­lər ki, uşaq­la­rı­mız ya­zı­çı və şa­ir­lə­ri­mi­zi ta­nı­mır. Uşaq­lar üçün təş­kil olu­nan təd­bir­lər­də uşaq şa­ir və ya­zı­çı­la­rı­nın əsər­lə­rin­dən is­ti­fa­də edil­mir­sə, xal­qı­mı­zın na­ğıl qəh­rə­man­la­rı ya­da sa­lın­mır­sa, on­da uşaq­la­rı­mız on­la­rı ne­cə ta­nı­ya bi­lər? Əy­lən­cə mər­kəz­lə­ri­nin təq­dim et­di­yi şo­u­lar uşaq psi­xi­ka­sı­nı dar­ma­da­ğın edir de­səm, yan­lış­lı­ğa yol ver­mə­rəm. Çün­ki ora­da təq­dim edi­lən­lər qə­tiy­yən bi­zim uşaq­la­rın dün­ya­gö­rü­şü­nə doğ­ma de­yil. Bə­zən mə­nə elə gə­lir ki, öz öl­kə­lə­rin­dən "qo­vu­lan" "qəh­rə­man"lar, "per­so­naj"lar bi­zim uşaq əy­lən­cə mər­kəz­lə­rin­də "sı­ğı­na­caq" ta­pır. Be­lə ol­ma­say­dı, on­lar bu də­rə­cə­də təq­dim edil­məz­di.

Bir­dən elə bi­lər­si­niz ki, bu fi­kir­lə­ri qeyd et­mək­lə xalqlar, mə­də­niy­yət­lər ara­sın­da ay­rı­seç­ki­lik ya­rat­maq is­tə­yi­rəm. Bu qə­tiy­yən be­lə an­la­şıl­ma­ma­lı­dır. Biz hə­mi­şə baş­qa xalqla­ra da, on­la­rın ya­rat­dıq­la­rı­na da, ya­zı­çı və şa­ir­lə­ri­nin yaz­dıq­la­rı­na da say­ğı gös­tər­mi­şik. Nə xoş olar­dı ki, şo­u­lar­da sağ­lam dü­şün­cə, hu­ma­nizm təl­qin edən na­ğıl qəh­rə­man­la­rı, ob­raz­lar, per­so­naj­lar uşaq­la­rı­mız­la gö­rü­şə gə­lə idi. Sağ­lam dü­şün­cə qa­lıb kə­nar­da, qey­ri-sağ­lam nəs­nə­lər mey­da­na çı­xa­rı­lır.

 

"Uşaq­lar öz qəh­rə­man­la­rı­mı­zı ta­nı­ma­lı­dır..."

Ta­nın­mış uşaq ya­zı­çı­sı, na­ğıl­çı Se­vinc Nu­ru­qı­zı mə­nim­lə söh­bə­tin­də əy­lən­cə mər­kəz­lə­rin­də uşaq­la­ra təq­dim edi­lən şou-proq­ram­la­rın qə­na­ət­bəxş ol­ma­dı­ğı­nı de­di. S.Nu­ru­qı­zı­nın qeyd et­di­yi­nə gö­rə, uşaq əy­lən­cə mər­kəz­lə­rin­də ya­şa­nan­lar uşaq­la­rı­mı­zın mə­nə­vi tər­bi­yə­si­nə pis tə­sir edir: "Tə­lim-tər­bi­yə mə­sə­lə­si əsas­dır. Biz ça­lış­ma­lı­yıq ki, uşaq­la­rı­mı­zın mə­nə­viy­ya­tı­nın for­ma­laş­ma­sın­da səh­və yol ver­mə­yək. Uşaq tər­bi­yə­si­nə cid­di fi­kir ver­mək la­zım­dır. Unut­ma­yaq ki, gə­lə­cə­yin və­tən­daş­la­rı­nı ye­tiş­di­ri­rik. Siz uşaq əy­lən­cə mər­kəz­lə­rin­də baş ve­rən­lə­ri önə çə­kir­si­niz. Çox cid­di prob­lem­dir. Tə­əs­süf ki, gü­nün re­al­lı­ğı­dır. Uşaq­la­rı­mı­zı mə­na­lı, məz­mun­lu ta­ma­şa­lar­la ta­nış et­mə­li­yik. Əy­lən­cə mər­kəz­lə­rin­də təq­dim edi­lən şou-proq­ram­lar, şou-ta­ma­şa­lar va­li­deynlə­ri ta­ma­mi­lə na­ra­hat edir. Tə­bii ki, söh­bət uşa­ğı­nın gə­lə­cə­yi­nə də­yər ve­rən va­li­deyndən ge­dir. Siz də na­ra­hat­sı­nız. Ra­zı­yam ki, uşaq­lar üçün əy­lən­cə­li şo­u­la­rı uy­dur­ma ha­di­sə­lər üzə­rin­də qur­ma­sın­lar. Xa­ri­ci na­ğıl qəh­rə­man­la­rı­nın iş­ti­ra­kı da ol­sun, am­ma bu, küt­lə­vi hal al­ma­lı de­yil. Mil­li na­ğıl qəh­rə­man­la­rı­mız bu şo­u­lar­da ni­yə təq­dim olun­mur, sə­bə­bi­ni an­la­mı­ram. Azər­bay­can na­ğıl­la­rı hu­ma­nizmlə, di­dak­tik ruh­la zən­gin­dir. Bu­ra­da ki­fa­yət qə­dər tər­bi­yə­vi mə­sə­lə­lər qo­yu­lub. Uşaq­lar bu na­ğıl­lar­dan çox şey öy­rə­nə bi­lər. An­caq bu­nu uşaq­la­rı­mı­za çox gö­rür­lər. Uşaq­lar üçün bay­ram təd­bir­lə­ri, proq­ram­la­rı gə­rək elə qu­rul­sun ki, bu­ra­da bi­zim mil­li dü­şün­cə­miz, dün­ya­gö­rü­şü­müz nə­zə­rə alın­sın. Am­ma tə­əs­süf ki, əsa­sən bu­nu gör­mü­rük. Uşaq­la­rı san­ki bi­lə­rək­dən bu məf­hum­dan uzaq­laş­dı­rır­lar. He­sab edi­rəm ki, uşaq­lar üçün qu­ru­lan hər bir şou-ta­ma­şa məz­mun­lu ol­ma­lı­dır. Uşaq­lar o ta­ma­şa­lar­dan zo­ra­kı­lı­ğı, aq­res­si­ya­nı de­yil, hu­ma­niz­mi, dostlu­ğu öy­rən­sin. Uy­dur­ma qəh­rə­man­lar uşaq­la­rı­mı­zın mə­nə­viy­ya­tı­na zər­bə vu­rur. On­lar bu "qəh­rə­man"la­rı hə­yat­da ax­ta­rır, an­caq ta­pa bil­mir­lər. Çün­ki han­sı­sa "be­yin"lə­rin ya­rat­dı­ğı "qəh­rə­man"la­rın cə­miy­yət­də gö­rün­mə­si əs­lin­də ar­zu­o­lu­nan hal de­yil".

 

"Bi­zim uşaq ya­zı­çı­la­rı da o təd­bir­lə­rə rəng qa­ta bi­lər..."

S.Nu­ru­qı­zı bil­dir­di ki, kim­li­yin­dən ası­lı ol­ma­ya­raq, hər bir in­san uşaq­la­rı­mı­zın düz­gün yol­la is­ti­qa­mət­lən­mə­si­nə ça­lış­ma­lı­dır. Uşaq dü­şün­cə­si­nə tə­sir me­xa­nizmlə­ri­nin düz­gün se­çil­mə­li ol­du­ğu­nu qeyd edən S.Nu­ru­qı­zı bil­dir­di ki, bu iş­də ya­zı­çı­lar, sse­na­ristlər şou proq­ram ha­zır­la­yan­la­ra ya­xın­dan kö­mək edə bi­lər. "Əy­lən­cə mər­kəz­lə­ri­nin əley­hi­nə de­yi­ləm. Sa­də­cə, on­lar ha­zır­la­dı­ğı hər bir şou-ta­ma­şa üçün ma­raq­lı möv­zu­lar seç­mə­li­dir. Ar­zu­o­lu­nan hal­dır ki, bu proq­ram­la­rın ər­sə­yə gəl­mə­sin­də uşaq ya­zı­çı və şa­ir­lə­ri də iş­ti­rak et­sin. İs­tə­ni­lən mü­tə­xəs­si­sə si­fa­riş ver­sə­lər, çox ma­raq­lı, ey­ni za­man­da da əy­lən­cə­li sse­na­ri­lər ya­zıb təq­dim edə bi­lər­lər. Bu da uşaq­la­rı­mı­zın dün­ya­gö­rü­şü­nün for­ma­laş­ma­sı­na müs­bət tə­sir edər. Uşaq­lar bu şou-proq­ram­lar­da öz na­ğıl qəh­rə­man­la­rı­mı­zı da, ya­zı­çı­la­rı­mı­zın ya­rat­dı­ğı qəh­rə­man­la­rı da, dün­ya xalqla­rı­nın na­ğıl qəh­rə­man­la­rı­nı da gö­rə bi­lər. Bu da­ha bö­yük fay­da ve­rə bi­lər. Hət­ta o təd­bir­lə­rə uşaq ya­zı­çı və şa­ir­lə­ri də də­vət olu­na bi­lər. On­lar öz qəh­rə­man­la­rı ilə uşaq­la­rı ta­nış edər. Bir söz­lə, bi­zim uşaq ya­zı­çı­la­rı da o təd­bir­lə­rə rəng qa­ta bi­lər. Am­ma mər­kəz rəh­bər­lə­ri bu­nu is­tə­mir nə­dən­sə. Çox is­tər­dim ki, uşaq­la­rı uşaq­lıq­dan qo­par­ma­sın­lar. Əy­lən­cə mər­kəz­lə­rin­də şou mü­ğən­ni­lə­ri oxu­yur və uşaq­la­rı da əca­ib şə­kil­də rəqs et­mə­yə məc­bur edir­lər. Be­lə ol­maz. Mə­nə­vi mə­sə­lə­lə­rə cid­di önəm ve­ril­mə­li­dir. Elə hal­lar baş ve­rir ki, ürə­yi­mi in­ci­dir. Te­le­ka­nal­lar­da ge­dən uşaq ve­ri­liş­lə­ri­nin də və­ziy­yə­ti qə­na­ət­bəxş de­yil. Ey­ni şey­lər ora­da da tək­rar edi­lir. Mə­sə­lən, bir şou mü­ğən­ni­si­ni də­vət edir­lər ki, uşaq­lar qar­şı­sın­da çı­xış et­sin, ya­xud on­la­rın su­a­lı­na ca­vab ver­sin. O, uşaq­la­ra nə da­nı­şa bi­lər ki? Onun ye­ri­nə bir uşaq ya­zı­çı­sı, şa­i­ri, bir uşaq bəs­tə­ka­rı, uşaq mu­si­qi qru­pu də­vət edil­sə, da­ha yax­şı ol­maz­mı? Uşaq­la­rı ya­lan­çı rə­qa­bə­tə, qey­bə­tə, xo­şa­gəl­məz hal­la­ra öy­rəş­di­rir­lər. Bu çox pis hal­dır. Mü­a­sir uşa­ğı özü­müz ye­tiş­dir­mə­li­yik. On­lar­da döv­lə­tə, döv­lət­çi­li­yə, bay­ra­ğa, el-oba­ya sev­gi ya­rat­ma­lı­yıq. Na­ğıl qəh­rə­man­la­rı­mız və­tən­pər­vər­li­yi təl­qin edir. Ya­zı­çı­la­rı­mız hu­ma­niz­mi, dostlu­ğu təb­liğ edir. Özü­mü­zü ta­nıt­ma­lı­yıq ki, uşaq­la­rı­mız kö­kü­müz üs­tün­də bö­yü­sün".

Cə­miy­yə­ti­miz­də cid­di na­ra­hat­lıq ya­ra­dan mə­sə­lə­dən da­nış­dıq. Azər­bay­can uşa­ğı kö­kü­mü­zə, adət-ənə­nə­lə­ri­mi­zə uy­ğun şə­kil­də bö­yü­sə, da­ha yax­şı ol­maz­mı? "Uşaq­lar bi­zim gə­lə­cə­yi­miz­dir" de­yi­rik­sə, on­la­ra bu gü­nü sağ­lam şə­kil­də ya­şat­ma­lı­yıq ki, gə­lə­cə­yə öz­lə­ri ilə mə­nə­viy­ya­tı­mı­zı apa­ra bil­sin­lər. Bu isə biz bö­yük­lə­rin əlin­də­dir. Döv­lə­ti­miz uşaq­la­rın tər­bi­yə­si­nin yük­sək sə­viy­yə­də qu­rul­ma­sı üçün çox bö­yük təd­bir­lər hə­ya­ta ke­çi­rir və bu təq­dir olun­ma­lı­dır. Gə­rək müs­tə­qil təş­ki­lat­lar, iş adam­la­rı da bu si­ya­sə­ti da­vam et­dir­sin.

Ümid edi­rəm ki, bun­dan nə­ti­cə çı­xa­ran­lar ola­caq...

İra­də SA­RI­YE­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ