Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Aşıqlar Birliyi ve Türk Kültür ve Miras Vakfının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi və T.C. Bakü Büyükelçiliyinin dəstəyilə Beynəlxalq Muğam Mərkəzində “Ustadlara Sayğı gecəsi“ adlı konsert proqramı keçiriləcək.
Türkiyə Böyükelçiliyindən baki-xeber.com-a verilən xəbərə görə, dekabrın 1-də saat 19:00-da gerçəkləşəcək tədbirdə türk xalq aşıqlarının əsrlərdən süzülüb gələn yaradıcılıq inciləri və Azərbaycanən mənəvi sərvəti olan muğamlarımız türkiyəli solist Armağan Elçi və azərbaycanılı xanəndə Elnarə Abdullayevanın yorumları ilə təqdim olunacaq. Proqrama aşıq Veysəlin ifasında “Uzun incə bir yoldayım” havasından tutmuş “Baş Sarıtel”ə, Qədir Rüstəmovun “Sona bülbüllər”indən Elnarə Abdullayevanın ifasında seçmə muğamlarımıza qədər bir çox sənət inciləri daxil edilib.
Sonda Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım, Türk Kültür ve Miras Vakfı Başkanı Günay Əfəndiyeva və Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının təşəkkür çıxışları və plaket təqdimatı olacaq.