şənbə günü, 10 oktyabr 2026
     

Həsrət aşığı Hüseyn Cavanın 100 illik yubileyi qeyd edildi

Image


Noyabrın 22-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında  ustad aşıq, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi   Hüseyn Cavanın anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley tədbiri və konsert proqramı  keçirildi.

Cənubi Azərbaycan aşıqlarının da iştirakı ilə keçirilən yubiley tədbirini Azərbaycan Aşıqlar Birliyinin sədri,Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açaraq bildirdi ki, Hüseyn Cavan o taylı, bu taylı Azərbaycanın ovladı olub. Ustad aşığın aşıq sənətindəki xidmətlərini qeyd edən M.Qasımlı bildirdi ki, H.Cavan bir aşıq kimi kifayət qədər güclü, geniş repertuara, o cümlədən yüksək diapazona malik şaqraq səsə malik olub. Hüseyn Cavanın aşıq Ələsgər ocağından şölələndiyini vurğulayan AAB sədri dedi ki, H.Cavan aşıq Ələsgərin qardaşı oğlu aşıqMusaya şəyird olub:”Aşıq Hüseyn Cavan özünəməxsus cəhətləri olan aşıq idi. Cənubi Azərbaycanda doğuldu, ancaq tale onu bu tay Azərbaycana gətirdi. O, aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğlu aşıq Musaya şəyirdlik etdi. Ələsgər ocağı Hüseyni öz ağuşuna aldı. Elə Cavan təxəllüsünü də bu ocaqda qazandı. O vaxt aşıq Hüseyn Bozalqanlı sağ idi və çox məşhur idi. Gənc Hüseyni ondan fərqləndirmək üçün ona” Cavan” təxəllüsü verildi. Hüseyn Cavan özündə Göyçə və Qaradağ-Təbriz aşıq mühitlərinin bütün gözəlliklərini özündə, sənətində cəmləmişdi. O, özündən sonra “Cavanı” havasını yadigar qoydu. İndi də onun oxuduğu və möhür vurduğu “İrəvançuxuru” havası miras qalıb. Bu gün hansı aşıq “İrəvançuxuru”nu ustalıqla oxusan deyirlər ki, lap Hüseyn Cavan kimi oxuyur. Hüseyn Cavanın ifası böyük bir ordunun işini görürdü. O, bir müddət İranda da yaşadı. Təsadüfi deyil ki, Milli Hökumət zamanında Seyid Cəfər Pişəvəri onu aşıqların rəhbəri qoymuşdu. Hüseyn Cavan bu taya qayıtdıqdan sonra fəaliyyətini davam etdirir. Gəncəbasar, Goranboy aşıqlarının yetişməsində böyük rol oynayıb. Onun davamçıları çoxdur. Şəyirdlərindən biri də üzrlü səbəbdən tədbirə qatıla bilməyən böyük aşığımız Mayıs Gəncəlidir. O, aşıq Mayıs kimi sənətkar yetişdirib”.

M.Qasımlı  vurğuladı ki, həm də məzmunlu, poetik cəhətdən çox yüksək olan şeirlər yazıb. Ustad aşığın bir neçə şeirlər kitabınınnəşr edildiyini deyən AAB sədri qeyd etdi ki,hətta onun Moskvada rus dilində də şeirlər kitabı çap olunub. Səməd Vurğunun zəmanəti ilə aşıq Hüseyn cavanın Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edildiyini deyən M.Qasımlı tarix durduqca, aşıq sənəti yaşadıqca ustadın da yaşayacağını bildirdi. 

Qeyd edək ki, Əliyev Hüseyn Mikayıl oğlu Azərbaycan Demokratik Partiyasının üzvü  (1946) olub.Bildirək ki, aşıq Hüseyn Cavan 1916-cı ildə  Cənubi Azərbaycanın Qaradağ  mahalinınUti kəndində  yoxsul ailədə doğulub. Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirib.  Onlar bir müddət Ağdamın Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşayıblar. 7 yaşından muzdurluq edən Hüseyn varlı adamlara qoyub-quzu otarıb. 1927-ci ildən 1935-ci ilə qədər Göyçəli aşıq Ələsgərin  qardaşı oğlu Musanın yanında şəyird olub.

Aşıq  sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənərək  toy-düyünlərdə, el şənliklərində çıxış edibdi. 1934-cü ildən arabir şeir yazsa da, poetik yaradıcılığa əsasən 1940-cı ildən başlayıb. Onun ilk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və s. Təbrizdə "Vətən yolunda" qəzetində dərc olunub. 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb bir müddət Təbrizdə yaşayıb. Milli-demokratik hərəkat təlatümə gəldiyi zaman səngərdən-səngərə gəzib, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırıb. Milli hökumət onu "21 Azər" medalı ilə təltif edib. 1946-cı ilin martında Təbrizdə dövlət dram teatrı təşkil olunarkən o, direktor müavini vəzifəsində çalışıb, inqilabi ruhlu nəğmələri ilə çıxış edib. Burada aşıqlar ansamblı yaradır. Azərbaycan Demokrat firqəsi və milli hökumət ona xalq artisti fəxri adını verib.

Məlumatlara görə, 1946-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist işləyən ustad aşıq sonra 1948-ci ildən  Goranboy rayonunun Əzizbəyov kəndində yaşayıb. Qeyd edək ki, Ümumittifaq xalq yaradıcılıq evinin tədbirlərində dəfələrlə iştirak edib, Böyük teatrda çıxışı hərarətlə qarşılanıb. 1953-cü ildə Respublika özfəaliyyət incəsənət festivalının laureatı olub, birinci dərəcəli diplom alıb. Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə aşıqlar dəstəsinin bədii rəhbəri olub. "Şərəf nişanı" ordeni və fəxri mükafatlarla təltif edilib. Ustad aşıq1985-ci il noyabrın 14-də vəfat edib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında  ustad aşıq, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi  Hüseyn Cavanın anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirində Prezident təqaüdçüsü ustad aşıqMahmud Məmmədov “Göyçə gözəlləməsi”ifa etdi. Ustadın ifası dinləyicilərin marağına səbəb oldu. Gecədə əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor  qrupu, Gədəbəy aşıqları Asudə Hüseynova, Anar Abdullayev və Zülfüqar Şəmilovun ifasında “Aran gözəlləməsi” (balabanda Tahir İsgəndərov müşaiət edirdi), Güney Azərbaycandan  gələn məşhur aşıq Məhbub Xəlili “İrəvançuxuru”, Kəlbəcər aşıqları-Elbrus Hüseynov, Şöhrət Kərimov və Əfqan Məmmədov “Cəlili” (balabanda İbad Allahveriyev müşaiət edirdi), Güney Azərbaycandan  gələn Əli Səlimi və Ərsalan Zari H.Cavanın yaratdığı “Səttarxan” dastanından bir parça danışıb “Dərvişi“havası ifa etdilər.

Haqverdi Kərəmoğlu və Yolçu Salmanlı “Orta sarıtel”, aşıq Nəbi Nağıyev “Misri”, Güney Azərbaycandan  gələn məşhur “Dalğa” qrupunun rəhbəri Çingiz Mehtipur “Osmanlı divanisi”, aşıq Altay Məmmədli,  aşıq İsa Qaraxanlı “Hüseyni“, Mahmud Cahangiri,  Əli Fəllah “Naxçıvani”, Gözəl Kəlbəcərli, Əli Zeynalabdinov “Göyçəgülü”, aşıq Gülarə Azaflı, aşıq Roman Azaflı “Şəqayi gəraylı”, Höccət Qaradağlı, Məhəmmədəli Abbasi “İncəgülü”, Firudin Bozalqanlı “Ruhani” (solo), aşıq Cavad Məhərrəmi “Qəhramanı”aşıq Şöhrət Kərimov isə “Cəngi koroğlu” havasını ifa etdilər.

Ustad aşıq Hüseyn Cavanın anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən yubiley tədbiri Azərbaycan dövləti və Azərbaycan Aşıqlar Birliyi tərəfindən böyük ehtiram nümünəsidir...

Ustadın ruhu şad olsun!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ