şənbə günü, 10 oktyabr 2026
     

Yaşayan zamanın bəstəkarı - Fikrət Əmirov…

Image


 "Xalq üçün yazıb-yaratmaq, onunla birlikdə nəfəs alıb işləmək sənətkardan ötrü ən böyük səadətdir". Fikrət Əmirova məsusdur bu qiymətli söz, fikir. Və bu söz həmişə onun sənət devizi oldu...

"Azərbaycan kapriççosu"nu çox dinləmişəm. Oynaq, ritmik ovqatı ifadə edən əsər dünya musiqiçilərini də, dinləyicilərini də heyrətə salıb.

22 noyabr görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirovun doğum günüdür...

Azərbaycan musiqi tarixində xüsusi çəkisi olan Fikrət Əmirov uzun illərdir fiziki olaraq həyatda olmasa da, “ömrü” davam edir. Harada "Kürd ovşarı" simfonik muğamını, "Şur", "Gülüstan Bayatı-Şiraz", "Azərbaycan süitası" , "Azərbaycan qravürləri" səslənirsə, Fikrət Əmirovun ruhi həmin yerdədir. Deyirlər ki, ruhlar bizi tərk etmir, tərk etsə belə, mütləq öz ocağına qayğıdır. Bu mənada Fikrət Əmirovun ruhu bizimlədir. Bu gün o çox yerdə xatırlanır, adı anılır, ruhuna dualar oxunur. Ən böyük dua isə bəstəkarın əsərlərinin səslənməsidir. Fikrət Əmirov musiqisi insanların ürəyini riqqətə gətirib həmişə. “Kor ərəbin mahnısı” bu gün bütün nəsillər tərəfindən dinlənilir. Bu mahnı böyük bir dünyadı...

Atası Məşədi Cəmil məşhur tarzən idi... Tarın pərdələrindən qopan muğamlar F.Əmirovun ruhuna dolurdu...

F.Əmirovun əsərləri yalnız Azərbaycan dirijorlarının idarəsi ilə ifa olunmayıb. F. Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları - rusiyalı G.Rojdestvenski, almaniyalı K. Abendrot, fransalı Ş.Münş, ABŞ-dan olan L. Stokolovskinin idarəsi ilə ifa olunub. Böyük bəstəkarın əsərləri harada dinlənirsə, orada Azərbaycanın adı, ruhu duyulur.

Qeyd edək ki, Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirib. 1942-43-ğü illərdə Gəncə və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilib.

Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. Məlumdur ki, F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni simfonik muğam janrı "Şur" , "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası" , "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir.

F. Əmirovun C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub(əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub). O, musiqili komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər yaradıb. F. Əmirovun gözəl baletləri "Min bir gecə" və "Nəsimi" də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir.

Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaradıb. Onun bir neçə konserti, xüsüsən də fortepiano və orkestr üçün E. Nəzirova ilə birgə yazdığı "Ərəb mövzularında konsert"i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır.

F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. "Fortepiano üçün 12 miniatür",  müxtəlif pyeslər, "Ulduz" , "Azərbaycan elləri", "Gülüm", "Gülərəm gülsən" və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir. O, həmçinin, dram tamaşalarına, "Böyük dayaq", "Mən ki gözəl deyildim" və digər filmlərə maraqlı musiqi bəstələyib.

2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamını ifa edib.

Azərbaycan musiqisinin keşiyində durur bəstəkarın ruhu...Muğamlarımızdan qopan ecazkarlığı simfonik əsərlərin ruhuna köçürən bəstəkar böyük bir məktəb yaradıb.

Azərbaycan bəstəkarlarından söz düşəndə onun adı ilk beşlikdə gəlir.

Cəmilə Həsənova-Ismayılova "Musiqi dünyası" jurnalında çap etdirdiyi "Fikrət Əmirov-Azərbaycan musiqisinin korifeyi" məqaləsində qeyd edir ki, Azərbaycan professional bəstəkarlıq məktəbinin korifeylərindən olan Fikrət Əmirov zəngin yaradıçılığı ilə musiqimizin inkişafında yeni mərhələ açıb, musiqimizi dünya miqyasında tanınıb, əsərlərilə dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olub:"F. Əmirovun yaradıçılığı geniş və çoxşaxəlidir. O, musiqinin bir çox janrlarında əsərlər bəstələyib. Bəstəkarın «Sevil» operası, «Min bir gecə», «Nəsimi dastanı», «Nizami» baletləri, «Şur», «Kürd-Ovşarı», «Gülüstan Bayatı-Şiraz» simfonik muğamları, «Nizami» simfoniyası, «Azərbaycan kapriççiosu», skripka və fortepiano üçün «Müğam-poema»sı, süitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbayçan mədəni irsinin qiymətli inçiləridir.

F.Əmirovun əsərləri dərin köklərlə milli zəminə bağlıdır. Bəstəkar xalqın musiqi dilini, musiqi təfəkkürünü elə dərinliklə dərk edir ki, onlar bəstəkarın özünəməxsus dəst-xəttinin, musiqi dilinin xüsusiyyətlərinə çevrilir. Yəni xalq musiqisi F. Əmirovun öz fikir və hisslərini ifadə etmək üçün doğma dilidir. Eyni zamanda, xalq musiqisinin qanunauyğunluqları F.Əmirovun yaradıcılığında inkişaf etdirilərək, dünya klassik musiqi ənənələri və müasir bəstəkarlıq texnikası ilə rövnəqlənib, cilalanıb. F.Əmirovun yaradıçılıq üslubu iki özəyin – Şərq və Qərb musiqi ənənələrinin qovuşmasından yaranıb.

Öz sənət amallarının təcəssümü üçün yeni yollar axtaran bəstəkar forma və ifadə vasitələrinə görə novator əsərlər yazıbr. Hər şeydən əvvəl qeyd edək ki, o, Azərbaycan musiqi tarixinə iki janrın – simfonik muğam və muğam-poema janrlarının yaradıcısı kimi daxil olub. Artıq bunların adından xalq musiqi yaradıcılığının üzvi surətdə klassik formalara tətbiq olunduğu aydın görünür. Demək lazımdır ki, simfonik muğam janrı simfonik musiqiyə, muğam poema isə kamera musiqisinə aiddir. Beləliklə də bəstəkar professional musiqinin şifahi və yazılı ənənələrə əsaslanan iki təbəqəsinin qovuşdurulmasına nail olub. Məhz buna görədir ki, F.Əmirovun dərin milli ruhlu əsərləri ümumbəşəri keyfiyyət kəsb edir".

Cəmilə Həsənova-İsmayılova  yazır ki, F.Əmirovun əsərləri dünyanın ən böyük konsert salonlarında səslənərək Niyazi, Stokovski, Münş, Abendrot, Svetlanov, Rojdestvenski, Raxlin kimi görkəmli dirijorların repertuarını bəzəyib. Bu əsərlərə xas olan humanistlik, fəlsəfi dərinlik, parlaq obrazlılıq, bədii kamillik dinləyiçini valeh etməyə bilmir.

Azərbaycan musiqisi dünyada, Fikrət Əmirov da daxil olmaqla, bir sıra bəstəkarların xidməti, zəhməti sayəsində tanınıb. Bəlkə də F. Əmirov keçmiş SSRİ-də yaşamasaydı, Avropada, Amerikada yaşasaydı daha azad şəkildə əsərlər yarada bilərdi. Dəfələrlə bəstəkarlarla söhbətlər etmişəm. Çoxundan bu sözü eşitmişəm ki, F.Əmirov dünyanın əzəmətli bəstəkarların biridir.

Noyabrın 22-sində dünyaya gələn F. Əmirov 1948-ci ildə "Ulduz", 1953-cü ildə "Sevil" operalarını, 1973-cü ildə "Nəsimi" baletini də yazıb. Bəstəkar balalrı da unutmayıb heç vaxt. Belə ki, o, Teymur Elçinin sözlərinə "Bip-bipin nəğməsi, yaxud Uçdu göylərə bizim peykimiz, "Bizim həyət", Tofiq Mütəllibovun sözlərinə "Odlar ölkəsi",  Zeynal Cabbarzadənin sözlərinə "Qatar", "Quzum" mahnılarını bəstələyib.

F.Əmirov xalq və klassik musiqinin uğurlu vəhdətini yaratmağı bacaran böyük bəstəkar, əzəmətli musiqiçi, qüdrətli sənətkardır...

Zaman öz işini görür. Unudulan unudulur, böyük sənətkarlar isə əbədi olaraq yaşayır. Dünyanın incisi olan insan yazır, yaradır, yaratdıqları ilə nəfəs alıb yaşayır.

F.Əmirov yaddaşlarda çox parlaq izlər qoyub... Onun səsi, sözü, musiqiyə münasibəti, xalqımıza münasibəti aydın olub həmişə. Yazıb, bəstələyib, keçmişlə əlaqələri bərpa edib, yaatdığı musiqilərlə ürəklərə yol tapıb. Bir nəfər xaricdə yaşayan dostumuz deyir ki, günlərin birində kafelərdən birindən Fikrət Əmirovun “Azərbaycan kapriççosu” əsərinin sədaları  gəlib. Deyir ki, həyacandan bilmirdim nə edəm. O bildirir ki, Azərbaycan musiqisinin qüdrətini elə həmin an bir daha hiss edib. Təbii, F.Əmirovun ölməz əsərinin gücü ilə. O bir bəstəkar kimi mənim üçün elə “Azərbaycan kapriççosu” qədər əzizdir. Çünki ən qiymətli əsaərlərini Vətənimizin, torpağımızın adına bağlayıb.

Torpağa, elə, muğama, tarixmizə bağlı bəstəkar Fikrət Əmirov həyatda 62 il yaşayıb.

Bu gün yaşasaydı 94 yaşını qeyd edəcəkdi... Qismət olmadı.  Lakin yaratdığı musiqi əsərləri onu neçə-neçə 94 illər yaşadacaq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ