Cümə axşamı günü, 24 sentyabr 2026
     

Noyabrın 9-da Şuşada şəhid oldu -Elvin Məmmədzadənin nişanlısına ürək parçalayan son məktubu...

Image


İlham Məmmədzadə: “Elvin nişanlısına məktubunda yazmışdı ki, mən şəhid olsam bir il gözlə, sonra ailə həyatı qur, oğlun olarsa adını Elvin qoy”

Məktublar ümiddir adama, anaya-bacıya, ataya-qardaşa, yar-yoldaşa təsəllidir...Son məktubunu şəhadətindən əvvəl nişanlısına yazmışdı. Yazmışdı ki, vəsiyyətini, arzusunu, ürəyinin içindəki duyğunu könül verib sevdiyi, barmağına nişan üzüyü taxdığı gözələ ayan etsin.

Göz yaşın atəş olub yaxar məni ağlama,

Yandırar, hey yandırar gülüm, səni ağlama.

Dodağındakı dua mənə səni andırır

Bircə il yoluma bax, gözlə məni, ağlama...

Şəhid leytenant Elvin Məmmədzadə canını Vətənə fəda edən oğullardan biridir. Arxasında sevduyi qızı, ata-anasını buraxıb, Vətən sevgisini bütün sevgilərdən üstün tutib. Vətəni hamıdan çox sevib.

Samuxlu şəhid leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədzadə ilə Gəncədə görüşdük. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 Gün-Tarixi zəfər” dördcildliyinin II, III və IV cildlərinin Gəncədə keçirilən təqdimat mərasiminə İlham Məmmədzadə də gəlmişdi.

Azərbaycan Bayrağı Ordenli şəhid leytenant

Elvin İlham oğlu Məmmədzadə 1996-cı il noyabrın 22-də Samux rayonunda anadan olub. 2003-2012-ci illərdə M.Ə.Sabir adına Samux şəhər tam orta məktəbində, 2012-2015-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Nişanlı idi.

Elvin Məmmədzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Elvin Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Elvin Məmmədzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Samux rayonunda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

İlham Məmmədzadə oğlu haqda danışdıqca da daha da qürurlanır, gözlərindən kədər qarışıq bir qürur da boylanır. Ata deyir ki, Elvin axırıncı dəfə onlarla noyabrın 1-də danışıb və ondan sonra Elvinlə əlaqə saxlamaq mümkün olmayıb. “Vətən Müharibəsinin başa çatmasına bir neçə saat, 24 yaşının tamamına isə 13 gün qalmış, noyabr ayının 9-da Şuşa istiqamətində qəhrəmancasına şəhid olub. Elvinin nəşini 4 gün sonra ala bildik və Gəncə Şəhidlər Xiyabanında dəfn etdik.

Elvininlə qürur duyuram. Göstərdiyi şücaət görə, Prezident İlham Əliyevin Sərəncamı ilə " Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu. Özü şəhid olsa da, yaddaşlarda igid, cəsur, vətənpərvər bir Azərbaycan oğlu olaraq qaldı. O, çox ağıllı, vətənpərvər bir oğul idi. Tətillərdə evə gələndə çox söhbətlərimiz olurdu. Elə bilirdim ki, qarşımda gənc bir oğlan yox, müdrik, dünyagörmüş bir insan dayanıb. Yəni o qədər ağıllı, o qədər təmkinli idi ki... Deyirdi ki, torpaqlarımız mütləq azad olunacaq. Buna inamı böyük idi. Elə bir oğul idi ki, tərifini sözlə demək çətindir. Onunla qürur duyuram. Bir şeyə heyfslənirəm ki, oğlum Elvinə bəylik taxtında oturmaq qismət olmadı. Üç il nişanlı qaldı. Gəncədən gözəl, ağıllı bir qızla nişanlanlanmışdı. Toylarına əvvəlcə koronavirus pandemiyası mane oldu, sonra da müharibə...Elvin şəhid oldu, amma nişanlısı hələ də onun yolunu gözləyir. Çox istəyirik ki, o qız ailə həyatı qursun, oğlunun adını da Elvin qoysun. Amma o, ailə həyatı qurmaq istəmir... Elvin nişanlısına məktubunda yazmışdı ki, mən şəhid olsam bir il gözlə, sonra ailə həyatı qur, oğlun olarsa adını Elvin qoy... Nişanlarının ailə həyatı qurmasını özü vəsiyyət etmişdi".

İlham ata deyir ki, Elvin şəhid olsa da, o, oğlunu yaşayırmış bilir, çünki onun kimi igidlər ölmürlər.

Elvinin şəhidliyi atanı ağrıtsa da, amma o, oğlunu qürurla anır və bildirir ki, o, şərəfli bir Azərbaycan əsgəri olaraq öz vəzifəsini layiqincə yerinə yetirib, canı bahasına da olsa, Vətən torpağını yağı çaynağından qoparanlardan biri olub.

Elvin qələbə günündə, qəəbənin bir addımlığında şəhid olub. O Zəfər şəhididir, xatirəsi heç zaman solmayacaq.

İradə SARIYEVA

Gəncə-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

24.09.2026 / 19:12
Dağ-mədən sənayesində “tam zəncirin yaradılma” prosesi başladı...

24.09.2026 / 19:06
Təbii sərvətdən milli rifaha aparan yol

24.09.2026 / 18:55
Alüminium sənayemizə xarici kapitalın irticaçı müdaxilə cəhdi alınmadı - Prezidentin qərarı...

24.09.2026 / 18:50
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə

24.09.2026 / 18:37
1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

24.09.2026 / 18:20
"Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir" - Baş nazir

24.09.2026 / 18:16
Polisə Dəstək İctimai Birliyi SDU-da “İnsan Alverinə qarşı mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda tədbir keçirib

24.09.2026 / 18:10
Əhliman Əmiraslanov Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı iştirak edib - FOTO

24.09.2026 / 18:06
DİN "Formula 1"-lə əlaqədar əhaliyə müraciət etdi - VİDEO

24.09.2026 / 17:51
Moskva İrəvanı hərblə təhdid edir, daxildəki Rusiyayönümlü qüvvələr “sahibsiz” qalmaq istəmir...

24.09.2026 / 17:40
Peskov növbəti dəfə Ermənistana çağırış etdi - AİB və Aİ ilə bağlı qərarınızı verin…

24.09.2026 / 17:32
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manat olan şirkətə çevrilməyi hədəfləyir

24.09.2026 / 17:25
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçu hədəfləri artilleriya atəşi ilə məhv edildi - VİDEO

24.09.2026 / 17:16
"Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir" - “AzerGold”un sədri

24.09.2026 / 17:13
Nazir Vilayət Eyvazov xarici dövlətlərin Polis akademiyalarına ezam olunan polis kursantları ilə görüşdü - FOTO

24.09.2026 / 17:08
Şəhid anası unudulmur

24.09.2026 / 17:04
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq - FƏRMAN

24.09.2026 / 16:54
“Layihəmiz heç bir elmi ekspertizaya buraxılmadan, qondarma “texniki tələblərə cavab vermir” bəhanəsi ilə birbaşa kənarlaşdırıldı” - Mübariz Ağalarlı

24.09.2026 / 16:33
Formula 1 - İkinci sərbəst yürüşdə qəza baş verdi

24.09.2026 / 16:33
Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

24.09.2026 / 16:22
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi

24.09.2026 / 16:18
BMT dəhlizlərində qapalı ABŞ-Rusiya danışıqları...

24.09.2026 / 16:11
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 6 nəfər saxlandı

24.09.2026 / 16:09
Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

24.09.2026 / 15:59
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

24.09.2026 / 15:50
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezidentə təqdim edilib

24.09.2026 / 15:44
Bakcell-də hədiyyə mövsümü başladı

24.09.2026 / 15:31
Nazirlər Kabinetində Əli Əsədovun sədrliyi ilə iclas keçirilir

24.09.2026 / 15:23
Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatdı

24.09.2026 / 15:15
İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

24.09.2026 / 14:22
Tarixçi alimlər: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Elm Fondu tərəfindən qrant layihələri üzrə müsabiqələr obyektiv, aşkar və şəffaf keçirilmir”

24.09.2026 / 14:14
Xəzər dənizində təlim zamanı 9 Qazaxıstan hərbçisi həlak oldu

24.09.2026 / 14:09
Ukrayna Aİ-nin sanksiya siyahısına Usmanov və Fridmanın yerinə başqa iki rus oliqarxın salınmasını təklif etdi - Lisin və Potanin…

24.09.2026 / 14:05
Zəfər şəhidinin ev-muzeyi ziyarət olunub

24.09.2026 / 13:55
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib – erməni nazir açıqladı…

24.09.2026 / 13:41
Ukrayna Rostovda neft anbarını, Kubanda isə neft emalı zavodunu vurdu…

24.09.2026 / 13:27
Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlandı

24.09.2026 / 13:20
Yeri ürəklər olanlar...

24.09.2026 / 13:15
Bakıda Formula 1 rekordu - xarici qonaqların sayı 16 mini keçdi

24.09.2026 / 13:05
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

24.09.2026 / 12:50
Nizamidə şirkət anbarından 51 min manatlıq kombi oğurlandı...

24.09.2026 / 12:38
YAP-ın VIII Qurultayının keçiriləcəyi tarix məlum oldu

24.09.2026 / 12:33
Nyu-Yorkda ABŞ-İran danışıqlarının təfərrüatları sızdırıldı - Vaşinqton Tehranın Hörmüz təklifini rədd etdi…

24.09.2026 / 12:20
Dini konfessiya rəhbərləri Anım Günü ilə bağlı bəyanat yaydı - 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir...

24.09.2026 / 12:17
Ürəklərdə yaşayan Vətən qeyrətli oğullar unudulmur

24.09.2026 / 12:07
Avrokomissiya rəsmisi rusları Putini devirməyə çağırdı – hər şey onlardan asılıdır…

24.09.2026 / 11:40
Paşinyan rusiyalı jurnalistə cavab - "Niyə iki stul? Biz bir erməni stulunda oturmuşuq"…

24.09.2026 / 11:23
Suraxanıda şübhəli şəxsdən 32 kq narkotik aşkarlandı

24.09.2026 / 11:08
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli oldu

24.09.2026 / 10:50
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

24.09.2026 / 10:44
Ürəklərdə yaşayanlar

24.09.2026 / 10:24
"TRIPP regional əlaqələrin inkişafına xidmət edəcək" - Ceyhun Bayramov

24.09.2026 / 10:01
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi və 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - FOTO

24.09.2026 / 09:56
Ərdoğan Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət etdi

24.09.2026 / 09:40
IV Bakı Təhlükəsizlik Forumu keçirilib

24.09.2026 / 09:25
Şahmatçılarımız erməni qadınlara niyə uduzub?

24.09.2026 / 09:19
Paşinyanın deputatları "Arsax"sözü gələn kimi parlamenti tərk etdilər

24.09.2026 / 09:11
Formula 1 üzrə Azərbaycan Qran-Prisi start götürür

24.09.2026 / 08:03
Tramp Starmerin siyasətini “axmaqca” adlandırdı

24.09.2026 / 07:47
Karib ölkələri Britaniyaya qarşı - onilliklərə dayanan “fəaliyyət planı” hazırlanır

24.09.2026 / 07:20
Britaniya-Yunanıstan gərginliyi yenə çözülmədi - “Oğurlanmış” Elgin heykəlləri arada qalıb…

24.09.2026 / 06:58
İran prezidentindən İsveçrə Konfederasiyası Prezidentinə maraqlı hədiyyə - ABŞ nümayəndə heyəti zalı tərk etdi

24.09.2026 / 06:46
Kolizey bağlandı - bədbəxt hadisə üzündən…

24.09.2026 / 06:35
Putin ABŞ-a xüsusi nümayəndəsini göndərdi - Vitkof və Kuşnerlə danışıqlar üçün

23.09.2026 / 22:47
Azərbaycan-ABŞ münasibətləri Nyu-Yorkda müzakirə olundu

23.09.2026 / 22:32
Yəmən husiləri ABŞ-ı hədələdi – Sizi də vurarıq…

23.09.2026 / 22:16
Putin deputat mandatlarının beşdə birini Ukrayna veteranlarına güzəşt etdi - Niyə?...

23.09.2026 / 21:59
ABŞ-dan bir şey çıxmadı, Britaniya husilərə qarşı müharibəyə başlayır...

23.09.2026 / 21:43
Tramp Cinpinlə görüşmək üçün 60 illik protokolu pozacaq...

23.09.2026 / 21:35
Qeyri-neft sektorunun inkişafına yeni arena açıldı...

23.09.2026 / 21:21
Ceyhun Bayramov Nyu-Yorkda fransalı həmkarı ilə görüşdü

23.09.2026 / 21:18
Bu yandan sovet hökuməti, o yandan ermənilər - Azərbaycan iqtisadiyyatında ikiqat məhv edilmiş sahə...

23.09.2026 / 21:16
Trampın çıxışı zamanı İran nümayəndə heyəti zalı tərk etdi

23.09.2026 / 21:02
Neft hasilatımızın azalması rəsmən təsdiqləndi - əvəzində daha böyük uğurumuz var...

23.09.2026 / 20:47
Deputatın maraqlı iradı - informasiya sorğusuna cavab vermədiyinə görə 1500 manat cərimə...

23.09.2026 / 20:31
Yeni Dövlət Proqramı ilə bağlı xarici sərmayəçilərə ciddi xəbərdarlıq edildi...

23.09.2026 / 20:24
“Zelenski istəsə, Moskvaya gələ bilər; təhlükəsizliyini təmin edəcəyik” - Kreml

23.09.2026 / 20:18
“Filizçay”da “AzerGold” şirkətinə böyük dövlət etimadı - Doğrulda biləcəkmi?...

23.09.2026 / 20:05
Pezeşkian BMT tribunasından ABŞ və İsraili iranlı uşaqların ölümündə günahlandırdı - ABŞ nümayəndəsi zalı tərk etdi…

23.09.2026 / 19:48
Rubio və Lavrov arasında təxminən bir saat çəkən qapalı görüş keçirildi…

23.09.2026 / 19:33
Özbəkistanın ixrac-idxalında Azərbaycan önəmli rola sahiblənir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ