Cümə günü, 19 iyun 2026
     

Şə­bə­kə us­ta­sı Ra­fiq Al­lah­ver­di­ye­vin ema­lat­xa­na­sın­da­kı mö­cü­zə­lər... - FOTO

Image


Ba­kı qay­nar qa­za­na bən­zə­yir. İl­lah da kü­lək əsən­də ada­ma elə gə­lir ki, bü­tün şə­hər ayaq üs­tə­dir. Kü­lək­li gün­lər­dən bi­rin­də gör­kəm­li şə­bə­kə us­ta­sı Ra­fiq Al­lah­ver­di­ye­vin "20 Yan­var" met­ros­tan­si­ya­sı ya­xın­lı­ğın­da­kı şə­bə­kə ema­lat­xa­na­sı­na üz tut­duq. Açı­ğı, bu gö­rüş bir ne­çə ay əv­vəl baş tut­ma­lı idi, la­kin us­ta­nın şə­hər­də ol­ma­ma­sı gö­rü­şü­mü­zü so­yuq və kü­lək­li pa­yız gü­nü­nə sax­la­dı.

R.Al­lah­ver­di­ye­vin ema­lat­xa­na­sı göz­dən uzaq bir mə­kan­da­dır. Sa­kit, xud­ma­ni ema­lat­xa­na­da şə­bə­kə sə­nə­ti­nə aid ma­te­ri­al­lar, ya­rım­ha­zır nü­mu­nə­lər, şə­bə­kə­nin ha­zır­lan­ma­sı üçün müx­tə­lif for­ma­lı və öl­çü­lü dəz­gah­lar, tex­ni­ki ci­haz­lar var. R.Al­lah­ver­di­yev uzun il­lər­dir bu sə­nət­lə məş­ğul olur. Bu sə­nə­tə o qə­dər bağ­lı­dır ki, bu onun öv­lad­la­rı­nın da şə­bə­kə sə­nə­ti­nə bağ­lan­ma­sı­na gə­ti­rib çı­xa­rıb.

R.Al­lah­ver­di­yev əs­lən qə­dim Şu­şa şə­hə­rin­dən­dir. Şu­şa­da şə­bə­kə Ra­fiq ki­mi ta­nın­mış sə­nət­ka­rı Ba­kı­da da öz işi­nin us­ta­sı ki­mi ta­nı­yır­lar. Us­ta Ra­fiq Azər­bay­can me­mar­lı­ğı­nın in­ci­lə­ri sa­yı­lan bir sı­ra bi­na­la­rın şə­bə­kə üsu­lu ilə iş­lən­mə­sin­də ya­xın­dan iş­ti­rak edib. Onun əli­nin və ürə­yi­nin is­ti­sin­dən, meh­rin­dən ya­ra­nan şə­bə­kə nü­mu­nə­lə­ri ol­duq­ca diq­qət­çə­kən­dir. R.Al­lah­ver­di­ye­vin ya­rat­dı­ğı şə­bə­kə­lər, sö­zün hə­qi­qi mə­na­sın­da, ürək­lə­rə yol açır...   

 

Şə­bə­kə ba­ba­la­rın əma­nə­ti ki­mi...

Bə­li, elə sə­nət növ­lə­ri var ki, on­lar dil açıb da­nış­ma­ğı ba­ca­rır. Bir­cə ba­xı­şın, bir­cə to­xu­nu­şun bəs edər ki, o sə­nə he­ka­yət­lər, əh­va­lat­lar da­nış­sın, ov­qa­tı­nı də­yiş­sin, gah gül­dür­sün, gah da dü­şün­dür­sün.

Qə­dim xalq sə­nət növ­lə­ri­miz­dən bi­ri də şə­bə­kə­dir. Ötən çağ­lar­dan üzü bə­ri yol gə­lən, gah yo­ru­lan, gah inad­kar­lıq­la yo­lu­na da­vam edən bir sə­nət nö­vü olub şə­bə­kə.

Şə­bə­kə xalq sə­nə­ti nö­vü sırf Azər­bay­ca­na məx­sus­dur. Azər­bay­can sə­nət­kar­la­rı­nın in­cə­lik­lə, zə­rif­lik­lə iş­lə­di­yi şə­bə­kə üsu­lu me­mar­lı­ğı­mı­za qey­ri-adi gö­zəl­lik bəxş edib. 

Bil­di­rək ki, şə­bə­kə sə­nə­ti­nin ta­ri­xi haq­qın­da sə­hih mə­lu­mat yox­dur. Keç­miş za­man­lar­da sa­ray­lar, var­lı in­san­la­rın ma­li­ka­nə­lə­rin­də bu sə­nət in­ci­si­nin gö­zəl­li­yin­dən ge­niş is­ti­fa­də edi­lir­di.  

Onu da ya­dı­nı­za sa­laq ki, XVIII əsrdə in­şa edi­lən Şə­ki Xan Sa­ra­yı­nın pən­cə­rə­lə­rin­də­ki zə­rif şə­bə­kə bu sə­nə­tin ən gö­zəl nü­mu­nə­si ki­mi ta­ri­xə dü­şüb. Mə­lum­dur ki, sa­ray­da oy­naq, əl­van ça­lar­la­ra ma­lik gö­zəl şə­bə­kə kom­po­zi­si­ya­la­rı iki əsr ön­cə olan gö­rü­nü­şü­nü sax­la­maq­la, bu gün də öz par­laq­lı­ğı ilə bu­ra­ya gə­lən çox­say­lı tu­ris­tin ma­ra­ğı­na sə­bəb olur.

Şə­bə­kə sə­nə­ti me­mar­lıq­la sıx bağ­lı ol­du­ğun­dan, əsa­sən mo­nu­men­tal xa­rak­ter da­şı­yır. Şə­bə­kə ey­ni za­man­da de­ko­ra­tiv-tət­bi­qi sə­nət­lə­rin xü­su­si vər­diş, təc­rü­bə və tex­no­lo­gi­ya tə­ləb edən çə­tin sa­hə­lə­rin­dən bi­ri­dir. Şə­bə­kə­nin özəl­li­yi on­dan iba­rət­dir ki, fi­qur­lar­da ya­pış­qan və mis­mar­dan is­ti­fa­də olun­mur. Tax­ta­dan ha­zır­la­nan və rəngli şü­şə ilə bə­zə­di­lən bu cür çər­çi­və­lər qa­pı və pən­cə­rə ye­ri­nə is­ti­fa­də edi­lir. Adə­tən şə­bə­kə us­ta­la­rı ənə­nə­vi tə­bi­ət or­na­mentlə­ri­nə üs­tün­lük ve­rir.

Vur­ğu­la­yaq ki, ha­zır­da Azər­bay­can­da nə­in­ki abi­də­lə­rin bər­pa­sın­da, hət­ta ye­ni ti­ki­li­lər­də də şə­bə­kə­dən çox is­ti­fa­də olu­nur. Otel­lər, abi­də­lər üçün si­fa­riş­lər də şə­bə­kə us­ta­la­rı tə­rə­fin­dən qə­bul olu­nur.

Mə­lum­dur ki, ağac (tax­ta) və rəngli şü­şə­lə­rin bir­ləş­mə­si­lə ya­ra­nan və şü­şə bə­zə­mə üsu­lu ola­raq xa­rak­te­ri­zə edi­lən şə­bə­kə sə­nə­ti qey­ri-adi də­rə­cə­də gö­zəl­li­yi ilə se­çi­lir.

Sə­nət­kar­la­rın ver­di­yi bil­gi­yə gö­rə, şə­bə­kə qoz, şim­şir, pa­lıd, qa­ra və qır­mı­zı şam, fıs­tıq, göy­rüş ağa­cın­dan ha­zır­la­nır. Onun "Cə­fə­ri", "sək­kiz", "on al­tı", "Gü­la­bi", "Şəms", "Gol­lum" və "bend-i ru­mi" ki­mi növ­lə­ri var.

 

Şə­bə­kə sə­nə­ti­ni ya­şa­dan us­ta­lar...

Məs­cid­lər­də və di­ni zi­ya­rət­gah­lar­da, mu­zey­lər­də olar­kən qa­pı və pən­cə­rə­lə­rin, elə­cə də ara­kəs­mə­lə­rin şə­bə­kə üsu­lu ilə süs­lən­mə­si­nə ma­raq­la, hey­rət­lə ba­xı­rıq. Sə­nə­tin gö­zəl­lik do­nun­da təq­dim edil­mə­si hə­qi­qə­tən də se­vinc gə­ti­rir.

Şu­şa­lı şə­bə­kə us­ta­sı R.Al­lah­ver­di­yev de­yir ki, ix­ti­sas­ca me­bel tex­no­lo­qu­dur, am­ma öz sa­hə­si ilə de­yil, şə­bə­kə sə­nə­ti ilə məş­ğul olur: "Bu sə­nət­lə uzun il­lər­dir məş­ğul olu­ram. Tək iş­lə­mi­şəm, oğ­lan­la­rım da mə­nim­lə iş­lə­yir. Şə­bə­kə sə­nə­ti çox çə­tin, ma­raq­lı, həm də ba­ha­lı iş­dir. Mən özüm bu sə­nə­ti Şə­ki­də öy­rən­mi­şəm. Us­ta­dım, məş­hur şə­bə­kə us­ta­sı, SSRİ Rəs­sam­lar İt­ti­fa­qı­nın üz­vü Əş­rəf Rə­su­lov­dan öy­rən­mi­şəm. Bu sə­nət ha­zır­da özü­nün in­ki­şaf döv­rü­nü ya­şa­yır. 10-12 şə­bə­kə us­ta­sı var ki, bu sə­nə­tin yü­kü­nü çi­yin­lə­ri­nə alıb­lar. Us­ta Əş­rəf bu sə­nə­ti ol­duq­ca yük­sək sə­viy­yə­də ya­şa­dır­dı. Ke­çən əs­rin 70-80-ci il­lə­rin­də şə­bə­kə sə­nə­ti özü­nün böh­ran döv­rü­nü ya­şa­yır­dı. De­mək olar ki, öl­mək üz­rə idi. La­kin ba­kı­lı us­ta Şa­mil və şə­ki­li us­ta Əş­rəf şə­bə­kə sə­nə­ti­ni öl­mə­yə qoy­ma­dı­lar. Al­lah hər iki­si­nə rəh­mət elə­sin! Us­ta­mın oğ­lu To­fiq Rə­su­lov bu gün şə­bə­kə sə­nə­ti­ni çox yük­sək sə­viy­yə­də ya­şa­dır. Azər­bay­ca­nın şə­bə­kə us­ta­la­rı­nın əl əmə­yi nə­in­ki öl­kə­miz­də, elə­cə də onun hü­dud­la­rın­dan kə­nar­da çox məş­hur­dur. Mə­nim də xa­ric­də əl iş­lə­rim var, an­caq çox de­yil. Əsas iş­lə­ri bu­ra­da gör­mü­şəm".

 

"Şə­bə­kə sırf əl əmə­yin­dən ya­ra­nan bir sə­nət­dir"

R.Al­lah­ver­di­yev­lə söh­bət za­ma­nı gö­zü­mü­zü ema­lat­xa­na­nın di­var­la­rın­da gəz­dir­dik. Di­var­lar­da qa­tar-qa­tar dü­zü­lən şə­bə­kə ma­te­ri­al­la­rı diq­qə­ti­mi­zi cəlb et­di. Bu nü­mu­nə­lər ara­sın­da sə­nət­ka­ra ve­ri­lən mü­ka­fat da diq­qə­ti­miz­dən ya­yın­ma­dı.

Us­ta da­nı­şır ki, 1987-ci il­də Ümu­mit­ti­faq xalq ya­ra­dı­cı­lı­ğı fes­ti­va­lı­nın la­u­re­a­tı olub və SSRİ Xalq Tə­sər­rü­fa­tı Sər­gi­si­nin gü­müş me­da­lı­na la­yiq gö­rü­lüb. Us­ta­dan so­ruş­duq ki, şə­bə­kə han­sı ağac növ­lə­rin­dən ər­sə­yə gə­ti­ri­lir, onun gö­zəl­li­yi­ni da­ha da ci­la­la­maq üçün tə­ləb olu­nan rəngli şü­şə­lə­ri ha­ra­dan əl­də edir?

"Şə­bə­kə­ni lap əv­vəl­lər us­ta­lar əsa­sən xan çi­nar­dan ha­zır­la­yıb. Bi­lir­si­niz ki, ha­zır­da xan çi­nar "Qır­mı­zı ki­tab"a dü­şüb. Bu sə­bəb­dən də o ağac­dan is­ti­fa­də edil­mir. Əsa­sən göy­rüş, fıs­tıq, qa­ra və qır­mı­zı şam ağac­la­rın­dan ha­zır­la­yı­rıq. Şə­bə­kə­ni həm yer­li, həm baş­qa res­pub­li­ka­lar­dan gə­ti­ri­lən tax­ta ilə ər­sə­yə gə­ti­ri­rik. Şü­şə­lə­ri isə xa­ric­dən alı­rıq. Ma­te­ri­al çox ba­ha­dır. Biz də ça­lı­şı­rıq ki, o ma­te­ri­a­lı əl­də edib si­fa­riş­lə­ri ye­ri­nə ye­ti­rək. Əv­vəl işi­miz çox idi, an­caq son bir il­də zə­if­lə­yib. O da ümu­mi və­ziy­yət­lə əla­qə­dar­dır. Bir ne­çə nə­fər şə­bə­kə us­ta­sı var. Ha­mı­mız da bir-bi­ri­mi­zi ta­nı­yı­rıq. Ara-bir sər­gi­lər­də iş­ti­rak edir­dim, am­ma son vaxtlar et­mi­rəm. Me­mar­lar mə­ni yax­şı ta­nı­yır.

Bu sə­nə­ti ya­şat­maq na­mi­nə əli­miz­dən gə­lə­ni edi­rik ki, əc­dad­la­rı­mı­zın sə­nə­ti it­mə­sin, ya­şa­sın. Şə­bə­kə­də bir yol var, bü­tün sə­nət­kar­lar ey­ni yol­la ge­dir. La­kin on­la­rı bir-bi­rin­dən fərqlən­di­rən cə­hət zövq və əl işi­nin zə­rif­li­yi­dir. Elə sə­nət­kar var ki, zövqlə, ürək­lə iş­lə­yir, elə­si də var iş­lə­mək xa­ti­ri­nə iş­lə­yir. Bu sırf əl əmə­yin­dən ya­ra­nan bir sə­nət­dir. Bu­ra­da nə ya­pış­qan­dan, nə də di­gər va­si­tə­dən is­ti­fa­də edi­lir. Ənə­nə­ni ne­cə qə­bul et­mi­şik­sə, elə də gə­lə­cək nə­sil­lə­rə ötür­mə­li­yik. Gənclər bu sə­nə­tə ma­raq gös­tər­mə­li­dir ki, sə­nət ya­şa­sın. Tə­əs­süf ki, bir ço­xu ma­raq gös­tər­mir. Bə­zən gö­rür­sən bö­yük iş gö­tü­rü­rəm, han­sı­sa bir gən­cə de­yi­rəm ki, gəl, mə­nə kö­mək et, ay­lıq ma­a­şı­nı ve­rə­cə­yəm. Bir ay iş­lə­yir, son­ra da çı­xıb ge­dir.

Bu gün döv­lə­ti­miz, elə­cə də Hey­dər Əli­yev Fon­du xalq sə­nə­ti­nə xü­su­si diq­qət və qay­ğı gös­tə­rir. Bu təq­di­rə­la­yiq hal­dır".

 

"Adım heç bir yer­də qeyd edil­mir"

Şə­bə­kə us­ta­sı R.Al­lah­ver­di­yev qə­dim məs­cid­lə­rin, xal­qı­mız üçün əhə­miy­yət da­şı­yan bi­na­la­rın res­tav­ra­si­ya­sın­da ya­xın­dan iş­ti­rak edib. Bu gün us­ta Ra­fi­qin əl iş­lə­ri Azər­bay­ca­nın müx­tə­lif yer­lə­rin­də ya­şa­yır. Çox­la­rı­mız bil­mi­rik ki, R.Al­lah­ver­di­yev han­sı də­yər­li iş­lə­rin mü­əl­li­fi­dir.
O­nun ər­sə­yə gə­tir­di­yi iş­lər İs­veç­də­ki Azər­bay­can evi­ni bə­zə­yir, bun­dan baş­qa, sə­nət­kar da­ha bö­yük iş­lər gö­rüb: "Mən xey­li iş­lər gör­mü­şəm. De­yər­dim ki, gör­dü­yüm işin miq­ya­sı çox ge­niş­dir. Tez-tez te­le­vi­zi­ya­lar­da şə­bə­kə ilə iş­lən­miş bi­na­la­rı, məs­cid­lə­ri gös­tə­rir­lər. An­caq al­tı­na yaz­mır­lar ki, bu bi­na­nı şə­bə­kə üsu­lu ilə R.Al­lah­ver­di­yev süs­lə­yib, iş­lə­yib. Yax­şı olar­dı ki, bu­nu qeyd et­sin­lər. Bu­gün­kü nə­sil bil­sin ki, kim han­sı işi gö­rüb? Mən Ba­kı­da xey­li iş gör­mü­şəm. Bi­bi­hey­bət məs­ci­di­nin pən­cə­rə­lə­ri, qa­pı­sı və ora­da gö­rü­lən di­gər şə­bə­kə iş­lə­ri mə­nə aid­dir. "Tə­zə Pir", "Əj­dər­bəy", "Bi­bi­hey­bət", Bu­zov­na kənd məs­ci­din­də, Mir Möh­sün Ağa Zi­ya­rət­ga­hın­da, Hey­dər Əli­yev Fon­du­nun ma­liy­yə­si he­sa­bı­na in­şa olu­nan Qə­bə­lə şə­hər məs­ci­di­nin qa­pı-pən­cə­rə­si­nin şə­bə­kə işi­ni mən gör­mü­şəm. Şə­hid­lər Xi­ya­ba­nı­nın gi­ri­şin­də­ki şə­bə­kə işi də mə­nə aid­dir. Xaç­maz­da "Xalqlar dostlu­ğu" və Xal­ça mu­zey­lə­ri­nin, Hey­dər Əli­yev Mər­kə­zi­nin, Ta­rix Di­yar­şü­nas­lıq Mu­ze­yi­nin şə­bə­kə işi­ni gör­mü­şəm. An­caq heç bir yer­də adım qeyd edil­mir. Bu mə­ni na­ra­hat edir. Adım qeyd edil­sə yax­şı­dır. Bu qə­dər iş gör­mü­şəm, an­caq bir adam ema­lat­xa­na­nın qa­pı­sı­nı dö­yüb de­mir ki, bu iş­lə­ri sən gör­mü­sən? Mə­nim­lə ma­raq­lan­sa­lar, yax­şı olar­dı. Çün­ki bu­nu sə­nə­ti­mə ma­raq və də­yər ki­mi qə­bul edər­dim".

Us­ta R.Al­lah­ver­di­yev mü­a­sir şə­bə­kə sə­nə­ti­nin od­qo­ru­yan­la­rın­dan bi­ri ki­mi ba­ba­la­rı­mı­zın əma­nə­ti­nə xə­ya­nət et­mə­dən onu ya­şa­dır. Sə­nə­tə bağ­lı olan us­ta Ra­fiq yüz­lər­lə şə­bə­kə işi­nə nə­fəs ve­rib. Əl­bət­tə, bu iş­lə­rin hər bi­ri və­tə­nin ya­ra­şı­ğı­na çev­ri­lib. Us­ta de­yir ki, vax­ti­lə Şu­şa­da şə­bə­kə iş­lə­ri gö­rüb, o iş­lər mu­zey­lə­ri bə­zə­yib, la­kin er­mə­ni­lə­rin Şu­şa­nı qəsb et­mə­si nə­ti­cə­sin­də o iş­lə­rin sa­la­mat qal­ma­sı­na inan­mır. De­yir ki, sağ­lıq ol­sun, Şu­şa qay­ta­rıl­sın, əli­nin hə­ra­rə­ti, ürə­yi­nin işı­ğı, göz­lə­ri­nin nu­ru ilə Şu­şa­da şə­bə­kə iş­lə­ri gö­rə­cək. Tə­ki Şu­şa azad olun­sun!

Us­ta R.Al­lah­ver­di­ye­vin ema­lat­xa­na­sın­dan ay­rı­lıb ge­ri qa­yı­dı­rıq. Fik­ri­miz­dən ke­çir ki, şə­bə­kə ki­mi qey­ri-adi sə­nət nö­vü ilə məş­ğul olan adam hə­qi­qə­tən də xoş­bəxtdir. Gö­zəl­li­yin ci­la­lan­dı­ğı sə­nət, əl­bət­tə ki, əbə­di ya­şa­ma­lı­dır. Ne­cə ki, onu us­tad Ra­fiq ki­mi sə­nət­kar­lar əbə­di ola­raq ya­şat­ma­ğa ça­lı­şır. Şə­bə­kə sə­nə­ti öl­mə­yə­cək, bu­gün­kü nə­sil­dən sa­bah­kı nəs­lə, on­lar­dan da baş­qa nə­sil­lə­rə ötü­rü­lə­cək.

İra­də SA­RI­YE­VA
Gü­nel CƏ­Lİ­LO­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ