şənbə günü, 10 oktyabr 2026
     

Bir şair ömrü də son baharda sonuna qovuşdu...

Image


Səsi gəlməyəndə qəribsəyərdik həmişə. Bir müddət əvvəl danışmışdıq. Dedim çoxdandır görünmürsüz. Dedi şəkər macal verir ki... Söz verdi ki, arada vaxt edib gələcək “Bakı-Xəbər”ə. Danışılası o qədər sözü vardı ki hələ. Gələcəyəm dedi, ancaq gəlmədi. Daha doğrusu gəlməyə macalı olmadı. Yoxsa sözünə bütöv adam idi Taleh Həmid. Taleh müəllim kimi dəyərli insanların, qələm adamlarının, ictimai xadimlərin, ziyalıların dünyadan köç xəbəri adama ən doğma adamının itkisindən doğan sarsıntını yaşadır, hiss etdirir...

Taleh müəllimin vəfat etməsi ilə bağlı yayılan xəbərə inanmadıq. Şairin telefon nömrəsinə zəng vurduq, zəng çatırdı. Telefonu Taleh müəllimin yaxın dostu Anar müəllim götürdü. Yayılan xəbəri təəssüf hissi ilə təsdiqlədi. Anar müəllim bildirdi ki, Taleh Həmid səhər saatlarında dünyasını dəyişib və mərhumun cənacəsi doğulduğu Şəmkir rayonunun Dəllər-Cəyir kəndinə yola salınacaq. Beləliklə, noyabrın 1-i görkəmli şair, publisist Taleh Həmidin vəfatı günü kimi tarixə düşdü.

Dünyamızın beş-on saf, qayğıkeş adamlarından birini də itirmək o deməkdir ki, artıq mənəviyyat aləminə xal düşür. Şan-söhrətdən sevdasından uzaq adam idi Taleh müəllim. Böyük ideallara, gözəl, qiymətli əsərlərə hörüb toxuduğu ömrünü sadə şəkildə yaşayırdı. O qədər sadə insan idi ki, qarşındakının böyük bir söz adamı olduğunu sanki unudurdun. Taleh Həmid anadan şair doğulmuşdu...

Arzu eləmədim büllur sarayı,

Kimsənin yığdığı sona qalmayıb.
Şairlik Tanrının vergisi, payı,
Şairlər sevgidən şair olmayıb.

Atasını erkən itirmişdi. Həmişə deyirdi ki, anam bizi saxladı, böyüdüb ərsəyə çatdırdı. Ana haqqını heç vədə unutmurdu. Doğulduğu Şəmkirə o qədər bağlı idi ki, az qala hər söhbətində xəyalı oralarda idi. Taleh müəllim anasının daşa çevirilmiş ömrünün yaratdığı kədəri  “Anamın nə kövrək məzar daşı var...” şeirində yanğı ilə ifadə edirdi.

Yanına gələndə həsrətim sönür,

Ocağa çevrilir, alova dönür,

İçim pörşələnir, əlim isinir,

Anamın nə isti məzar daşı var!

Dinir, xəbər alır hər əhvalımı,

Kim daş çağırıbdı, bu daş zalımı?

İsladır quruyan yanaqlarımı,

Ay Allah, daşın da öz göz yaşı var!

Önündə varlığım çəkilir dara,

Bələnir yağışa, üz sürtür qara,

Ünvan göstərirəm qəlbidaşlara,

Anamın nə kövrək məzar daşı var!

Taleh müəəlim həyatda çox əziyyət çəkdi. Uzun müddət xəstəliklə mübarizə apardı. Müsahibələrindən birində deyirdi:Əlli yaşımı ağrılar, acılar içində, xəstəxanalar palatasında qarşıladım. Həyatımın ölüm-dirimlə mübarizə illərini yaşadım. Hərdən mənə elə gəlirdi ki, deyəsən doğrudan da hər şey bitdi. Amma bitmədi. Tanrı mənə ömrün altmışını da qismət elədi. Ona görə həm uşaqlığımı, həm gəncliyimi, həm də ömrün ahıl çağlarını özümə taleyin töhfəsi bilirəm”.

Unutdum ömrün

uzaq qatarında

xoşbəxtliyimi,

İtirdim tələbəlik illərində

İtirdiyim çantam kimi.

İndi qaldıqca

Uzaq-uzaq qütblər arasında mən

Təcili bir elan vermək

Keçir ürəyimdən.

Ağrılar var – sinəmboyu yayılır,

Taleh Həmidin adına verilmiş

xoşbəxtlik

İtdiyi üçün etibarsız sayılır…

Taleh müəllim həmişə deyirdi ki, xoşbəxtlik əbədi deyil, xoşbəxtlik bir andır:”Hələ mən dünyada sonadək xoşbəxt olan bir insan görməmişəm. Hər halda bu, mənim fikrimdir. Bəlkə özünü əbədi xoşbəxt sayanlar var. Amma buna inanmağım gəlmir. İnsanın böyük arzuları qurtarırsa, onlar çin olmursa, əbədi xoşbəxtlər də yoxdur…”

Bəli, hələ heç kəs xoşbəxtliyi doya-doya yaşaya bilməyib. Hər kəs xoşbəxtlikdən bircə qətrə dadıb. Taleh Həmid söz sənətində öz cığırı, izi olan şairlərdən biri kimi hər zaman üzdə olub. Səsi gəlib, sözünün boy-buxunu görsənib.

1985-ci ildə SSRİ Yazıçılaır Birliyinin üzvü olan Taleh Həmid 1986-cı ildə Respublika Lenin komsomolu mükafatı laureatına layiq görülüb.

Xatırladaq ki, Taleh Həmid 1952-ci il iyunun 19-da Şəmkirin Dəllər Cəyir kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə ordu sıralarında xidmət edib, 1974-1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlayıb. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışıbdır. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Yaradıcılığının ilk illərində Respublika Komsomolu mükafatına layiq görülüb. 1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. Şeirləri və publisistik yazıları təkcə ölkəmizdə deyil, onun kənarlarında da işıq üzü görüb. Bir sıra mətbu orqanlarda - “Ulduz” jurnalında şöbə müdiri (1979-1989), “Yeni fikir” qəzetində baş redaktor (1989-1992), “Müstəqil qəzet”in təsisçisi və baş redaktoru (1992-2005) olub. 2005-2015-ci illərdə Regionların Inkişafının ictimai Birliyində sədr müavini işləyib.  “Qapımı bahar döyür”, “Dünya yaxşıdır hələ”, “Mən gözləyən olsa”, “Təltifsiz bulud” (Moskva), “Bu gündən sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən gizlənir yay çiçəkləri”, “Ömrün payız sovqatı”, “Qarlı axşamların işığı”, “Sənə məktublar yazıram” şeir və publisistik kitabları nəşr olunub. 2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb.

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb.  2012-ci ilin noyabrında “VI Uluslararası Canakkala Seir axşamları” festivalında Azərbaycan poeziyasını təmsil edib. 2015-ci ildə şair-publisist Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya  qoyulub. Yazıçılar Birliyinin üzvü idi...

Taleh Həmid yaddaşlarda insanlara ümid verən, həmsöhbətinin ovqatını yaxşı istiqamətdə dəyişən bir insan kimi qalacaq. Özünü elə aparırdı ki, qeyri-ixtiyari olaraq sən onu özünə doğma sayırdın. Taleh müəllim şair ömrü yaşadı, həyatını sözə bağladı. Söz də onu ucaltdı, tanıtdı, yaddaşlarda, xatirələrdə əbədi etdi.

Şəmkir torpağı bu gün öz doğma balasını qarşılayacaq. Ana torpaq öz əziz balasını ağuşuna alacaq. Taleh müəllim anasına-İradə anaya qovuşacaq. Ancaq bu dünyadakı İradəsi - xanımı burada gözüyaşlı qalacaq. Həmişə deyirdi ki, bütün arxivləri yoxlatmışam, mənim anam Azərbaycanın ən yaşlı İradəsidir. Nəvəsi dünyaya gələndə Taleh müəllim özünü elə xoşbəxt sayırdı ki...Şairin xoşbəxt olduğu an başqa bir aləmdir... Taleh müəllim 64 yaşında köçünü çəkib getdi. Bir neçə dəfə ölümlə pəncə-pəncəyə gəlmişdi, lakin hər dəfə qalib ayrılmışdı əcəldən. Amma bu dəfə olmadı - kəmfürsət fələk onu ölümün ağuşuna atdı...

Taleh Həmid, Allah sizə rəhmət eləsin! Uca Yaradan axirətinizi versin!

Amin!

İradə SARIYEVA

P.S “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və qəzetimizin kollektivi görkəmli ədəbiyyat adamı Taleh Həmidin vəfatından kədərləndiriyini bildirir, dərin hüznlə ailəsinə baş sağlığı verir!  

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ