şənbə günü, 10 oktyabr 2026
     

Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı seçildi

Image


Sentyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Renascence and Constituent Assembly” (İntibah və Məclisi-Müəssisan) Muzeyində Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunması mərasimləri keçirilib.

Tədbirin aparıcısı qeyd edib ki, Heydər Əliyev Fondunun prezidentinə Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı adı şəhərin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə verilib. Şəhər ictimaiyyəti adından Azərbaycanın birinci xanımına bir daha minnətdarlığını bildirən Veliko Tırnovonun meri Daniel Panov deyib ki, Mehriban Əliyevanın layiq görüldüyü bu ad şəhərin ən ali mükafatıdır. Daniel Panov vurğulayıb ki, Azərbaycanın birinci xanımının fəxri vətəndaş seçilməsi barədə onun təklifi meriyanın 2016-cı il avqustun 25-də keçirilən təntənəli iclasında yekdilliklə qəbul edilib.

Sonra Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edilib.

Azərbaycanın birinci xanımı mərasimdə çıxış edərək deyib:

- Hörmətli cənab Baş nazir.

Hörmətli cənab mer, xanımlar və cənablar, hörmətli qonaqlar.

Əvvəlcə səmimi qəbula və qonaqpərvərliyinizə görə sizə öz adımdan və bizim bütün nümayəndə heyəti adından bir daha ürəkdən təşəkkür etmək istəyirəm. Sizi milli bayramınız – Müstəqillik günü münasibətilə bir daha ürəkdən təbrik edir, sizə xoşbəxtlik, cansağlığı və sülh diləyirəm. Qədim Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı olmaq mənim üçün böyük şərəfdir. Bu fəxri ada görə dərin minnətdarlığımı, şəhərin sakinlərinə sonsuz ehtiramımı bildirirəm.

Biz – Heydər Əliyev Fondunun əməkdaşları çox qürur duyuruq ki, bolqar xalqının bu böyük milli irsinin bərpasına töhfə verə bilmişik. Burada olduğum bir neçə saat ərzində sizin hamınızın – bu şəhərin və bütün ölkənizin vətəndaşlarının öz mədəni irsinizə necə ehtiramla və məhəbbətlə yanaşdığınızı hiss etdim. Bizim ölkəmiz də öz zəngin tarixi və mədəni irsi ilə məşhurdur və bu münasibət məni dərindən təsirləndirir. Çünki tarixi və mədəni irs dövlətçiliyin və hər bir xalqın milli identikliyinin formalaşmasında çox böyük rol oynayır. Bununla bərabər, mən qəti əminəm ki, məhz humanitar əlaqələr, mədəniyyət, təhsil, incəsənət sahəsində əlaqələr insanları, xalqları, ölkələri bir-birinə yaxınlaşdıran və millətlər, ölkələr arasında anlaşmanı qat-qat əlyetərli edən universal sahədir. Buna görə bu layihəyə cəlb edilmiş, onun gerçəkləşməsində iştirak etmiş insanların hamısına, ilk növbədə, cənab Baş nazir, sizə dərin təşəkkürümü bildirirəm. Çünki bu layihənin həyata keçirilməsinə sizin necə böyük diqqət yetirdiyinizi bilirəm. Mən çox şadam ki, ölkələrimiz arasında münasibətlər tarix boyu dostluq xarakteri daşıyıb, qarşılıqlı hörmətə və qarşılıqlı marağa əsaslanıb. Çoxsaylı faktlar onu da təsdiq edir ki, bizim mədəni əlaqələrimizin dərin kökləri var. Görkəmli Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilib və sizin ölkədə şöhrət qazanıb. Bu gün Azərbaycanda bolqar ədəbiyyatının klassikləri İvan Vazovu, Xristo Botevi, Emiliyan Stanevi və bir çox başqalarını tanıyır, onlara sevgi və hörmət bəsləyirlər.

Çox sevindirici haldır ki, son vaxtlar ölkələrimizin ayrı-ayrı şəhərləri və regionları arasında da dinamik əməkdaşlıq müşahidə olunur. Azərbaycanın Şəki şəhəri və Bolqarıstanın Qabrova şəhəri qardaşlaşmış şəhərlərdir. Bu gün öyrəndim ki, Veliko Tırnovo və Naxçıvan da qardaşlaşmış şəhərlərdir. Əlbəttə, dərin məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, siyasi əlaqələrimiz ən yüksək səviyyədə çox uğurla inkişaf edir. Azərbaycan və Bolqarıstan prezidentlərinin qarşılıqlı səfərləri, Bolqarıstanın Baş nazirinin bizim ölkəyə səfəri əlbəttə ki, ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi işinə xidmət edir.

Bu gün Bolqarıstanla Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və ölkələrimiz çoxsaylı iri layihələrdə, o cümlədən enerji layihələrində uğurla əməkdaşlıq edir. Lakin mən bizim humanitar və mədəni əlaqələrimiz üzərində daha çox dayanmaq istəyirəm. Bakı Slavyan Universitetində 2004-cü ildən Bolqar dili və mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Həmin universitetdə bolqar dili, tarixi və mədəniyyəti öyrənilir. 2013-cü ildə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzi yaradılıb. Hazırda bu universitetdə “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bütövlükdə ölkələrimizin ali məktəbləri arasında 20-dən çox saziş bağlanıb. Bu, həm tələbə mübadiləsi, həm müxtəlif elmi konfranslar, həm də ölkələrimizin elmi ictimaiyyəti arasında əlaqələr deməkdir.

Əziz dostlar, bir daha vurğulamaq istəyirəm ki, bu cür layihələr, bu cür əməkdaşlıq, sözsüz ki, bizim ikitərəfli əlaqələrimizin möhkəmlənməsinə xidmət edir, insanlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bu layihələr həm də dost ölkələr arasında münasibətlərin necə qurula biləcəyini göstərən nümunədir. Bizim ortaq cəhətlərimiz çoxdur və mən müasir dünyada çox vacib olan multikulturalizm ideyasını xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda və Bolqarıstanda müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan insanlar sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Əminəm ki, bizim bugünkü layihə dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Ümidvaram ki, biz bu əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik.

Məni bu yüksək ad - qədim, gözəl şəhərinizin fəxri vətəndaşı adı ilə təltif etdiyinizə görə sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizin hamınıza möhkəm cansağlığı, xoşbəxtlik və əminamanlıq diləyirəm. Sağ olun.

Tədbirdə çıxış edən Bolqarıstanın Baş naziri Boyko Borisov qeyd edib ki, müsəlman ölkəsi olan Azərbaycanın xristian ölkəsi Bolqarıstanda dini-mədəni abidəni bərpa etməsi bu ölkədə çox böyük rəğbətlə qarşılanıb. Heydər Əliyev Fondu bu abidəni bərpa etməklə bolqar xalqının 132 illik arzusunu reallaşdırıb.

Daha sonra Mehriban Əliyevaya Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Universitetin ümumi yığıncağının sədri Radoslav Radef bildirib ki, Azərbaycanın birinci xanımı fəxri doktor adına Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə layiq görülüb.

Universitetin rektoru Xristo Bondjolov isə UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri olan Mehriban Əliyevanın və ümumiyyətlə Heydər Əliyev Fondunun dünyanın, o cümlədən Avropanın mədəni irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası dialoqun inkişafına böyük töhfələr verməsindən danışıb. Sonra Mehriban Əliyevaya Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru mantiyası və diplomu təqdim olunub.

Onun xidmətlərini yüksək qiymətləndirdiklərinə görə minnətdarlığını bildirən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva deyib:

- Hörmətli cənab rektor.

İcazə verin, mənim müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adı ilə təltif edilməyimə görə sizə dərin təşəkkürümü bildirim. Bu, mənim üçün həqiqətən böyük şərəfdir. Mən müəllimlər ailəsində, bütün həyatlarını elmə həsr etmiş insanların ailəsində böyümüşəm. Buna görə də həyatını gənc nəslə elm, bilik öyrətmək işinə həsr etmiş insanlara çox dərin hörmət bəsləyirəm. Universitetin bütün professor-müəllim heyətinə mənim dərin təşəkkürümü çatdırın.

Bu gün heç kəs üçün sirr deyil ki, hər hansı dövlətin uğuru onun gənc nəslinin nə dərəcədə savadlı, bilikli olması ilə müəyyən edilir. Məhz insan potensialı, elmi potensial, məhz inkişaf etmiş, savadlı gənc nəsil ölkənin gələcəkdə öz layiqli yerini tutmasına zəmanət verir. Bu biliyi, bu nuru siz müəllimlər, professorlar verirsiniz. Gənc nəslə biliklər verən, ona həyat vəsiqəsi verən sizsiniz. Mənə bu yüksək adı verməyi qərara almağınız məni dərindən təsirləndirib və bu adı müəyyən dərəcədə avans kimi qəbul edirəm. Çünki bu ada layiq olmaq üçün mən hələ çox iş görməliyəm.

Sağ olun ki, mənim fəaliyyətimi bu cür yüksək qiymətləndirmisiniz. Mən əminəm ki, biz birlikdə bu sahədə, məhz təhsil sahəsində Azərbaycanın naminə, Bolqarıstanın naminə hələ çox iş görə bilərik. Qəlbinizin hərarətinə görə sizə bir daha təşəkkür edirəm. Çox mütəəssir olmuşam. Çox sağ olun.

Sonda Azərbaycanın birinci xanımı bu nüfuzlu ali təhsil ocağının Fəxri Qonaqlar kitabına ürək sözlərini yazıb və xatirə şəkli çəkdirilib.

Sentyabrın 22-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Leyla Əliyeva Veliko Tırnovo şəhərində Bolqarıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə keçirilən işıq şousuna baxıblar. Xüsusi işıq effektləri ilə yaradılan şou atəşfəşanlıqla başa çatıb.

Həmin gün Bolqarıstanın Baş naziri Boyko Borisovun adından Azərbaycanın birinci xanımının şərəfinə rəsmi ziyafət verilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ