Sentyabrın 24-25-də Türkiyənin Qars şəhərində Dünya Qarapapaq Türkləri Birliynin - KARPAT-ın növbəti tədbiri keçiriləcək.
İki gün davam edəcək tədbir çərçivəsində keçirilən Türk dünyası mədəniyyət şöləni və Türk dünyası aşıqlıq sənəti simpoziumuna dünyanın bir çox ölkələrində yaşayan qarapapaq türklərinin təmsilçisi olan tanınmış elm və sənət adamları qatılacaq. Azərbaycan Aşıqlar Birliyindən qəzetimizə verilən məlumata görə, bu möhtəşəm tədbirə Azərbaycandan da nümayəndə heyəti dəvət olunub. Dəvət olunanlar arasında Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi Məhərrəm Qasımlı və birliyin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu da var. Tədbirdə, eyni zamanda, əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi "Çeşmə" qrupu da çıxış edəcək.
İradə SARIYEVA