şənbə günü, 10 oktyabr 2026
     

Bəxtiyar Vahabzadə ömrünün 91-ci fəsli də yetişdi...

Image


7 ildir nəhəng söz ustadı, vətəndaş şair sükuta qərq olan məzarı başında anılır...

Azərbaycan boyda bir od idi, alışırdı, alışdırırdı ürəkləri. Arazdan, Kürdən keçib, Xəzərdən adlayıb Vətəni qarış-qarış dolaşıb ona şeirdən don biçirdi. Muğamı azan sədasına qoşub damla-damla içirirdi könlü təşnələrə. Dünyadan xəbərsiz olanları ahəstə-ahəstə muğamla qandırırdı şair. Səsi-sədası hələ qulaqlardan çəkilməyib, hər an televiziya ekranlarında gözlərimiz onu axtarır, qulaqlarımız onun haqq sözünə həsrət qalıb.
Çoxlarımız bu böyük şairin adına ilk dəfə "Ədəbiyyat" dərsliklərində rast gəlmişik, ana dili sevgisini, milli düşüncə, bölünməz Vətən anlayışını onun şeirlərindən canımıza-qanımıza hopdurmuşuq...
Dil açanda ilk dəfə "ana" söyləyirik biz,
"Ana dili" adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Şairin yaratdığı füsunkar mənzərə ana dilimizin qədir-qiyməti deyilmi? Ana, ana südü, ana laylası, ana qayğısı, ana öyüdü, ana dili, ana Vətən bir-birindən qidalanan məfhumlar deyilmi? Bəxtiyar Vahabzadə şəxsiyyətinin, qüdrətinin yaratdığı bu aləm milyonlarla Azərbaycan türkünün könül himnidir. Həm Güney, həm də Qüzey Azərbaycanda balalarımız bu misraları Vətən şərqisi kimi oxuyur!
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın,
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.
Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasının, bütövlükdə ədəbiyyatının nəhəng simalarından biridir. Və biz Bəxtiyar Vahabzadə adı ilə hər zaman öyünmüşük. Səməd Vurğun ədəbi məktəbinin davamçısı sayırdı özünü B.Vahabzadə. Amma bu yolun içində o özünə yeni yol açdı, ədəbiyyata, poeziyaya, dramaturgiyaya, publisistikaya, elmi yaradıcılığa, ədəbi tənqidə tamamilə təzə nəfəs - Bəxtiyar nəfəsi gətirdi. Yüzlərlə gənc şair, qələm adamı Bəxtiyar Vahabzadə məktəbi keçdiyi üçün fəxr etdi.
Azərbaycan, adın oddur, özün - işıq, sözün- işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.
B.Vahabzadə bir dünya od-alova bənzəyirdi. Çılğın, sözünü vədəsində deyən, xalqın, dövlətin müqəddəratı uğrunda ən ağır savaşdan belə geri çəkilməyən vətəndaş şair, dəyərli ziyalı, el ağsaqqalı kimi yaddaşlarda qalıb.
B.Vahabzadə ilə bir neçə dəfə söhbət etmişdim, müxtəlif məsələlərlə bağlı görkəmli xalq şairimizin fikrini öyrənmişdim. 2006-cı ildə görkəmli şairimiz, XX əsr anadilli poeziyamızın dilini, yönünü müəyyən edən, proqramlaşdıran Səməd Vurğunun 100 illik yubileyi ilə əlaqədar qəzetimizdə silsilə yazılar hazırlayırdım. Hər dəfə bir görkəmli qələm adamının Səməd Vurğunla bağlı xatirələrini, fikirlərini dərc edirdik. Təbii ki, B.Vahabzadənin də Səməd Vurğunla bağlı xatirələri, düşüncələri hədsiz dərəcədə maraqlı idi. Baş redaktorumuz Aydın Quliyev mənə tapşırıq verdi ki, Bəxtiyar müəllimin də xatirələrini, düşüncələrini qələmə al. Sevindim ki, böyük şairlə üzbəüz əyləşib onunla danışa biləcəyəm. Nə gizlədim, B.Vahabzadə kimi nəhəngi yaxından görmək hər bir gənc jurnalist üçün böyük səadət idi. Səhər iclasından (planlaşmadan) sonra həyəcanla Bəxtiyar müəllimin ev telefonunun nömrəsini yığdım. Dəstəyi onun özü qaldırdı. Hal-əhval tutandan sonra məqsədimi böyük şairə dedim. Dedi ki, xəstəyəm, müsahibə verə bilməyəcəyəm, qızım, məni bağışla. Sağollaşıb dəstəyi asdı. İnanın ki, bu məni həddindən artıq məyus etdi. Öz-özümə düşündüm ki, yəqin B.Vahabzadə gənc olduğum üçün mənə müsahibə vermək istəmir, düşünür ki, fikirlərini təhrif edərəm. Keyfim əməlli-başlı pozulmuşdu. Üzüm gəlmirdi ki, şairin "yox" cavabını baş redaktora çatdıram. İş yoldaşlarım hərə bir tərəfdən mənə təsəlli verirdi ki, darıxma, yaxşı olacaq. Bəziləri məsləhət görürdü ki, başqa bir şairə zəng vur, onun fikirlərini yaz. Bir az keçmişdi ki, əməkdaşlarımızdan biri "B.Vahabzadə səni telefona çağırır" dedi. Çaşıb qaldım. Dəstəyi götürdüm, dedi ki, qızım, səni evdə gözləyirəm, gəl, müsahibə verəcəyəm". Sevincimdən az qala qanad açıb uçam. Getdim Bəxtiyar müəllimgilə, qapını özü açdı. Dedi ki, qızım, incimə məndən, imzanı tanımırdım, bir az araşdırdım sənin yazılarını, əmin oldum ki, sənə müsahibə verə bilərəm, ona görə də evə dəvət etdim. B.Vahabzadənin evində çay süfrəsi ətrafında söhbət etdik. O, böyük şəxsiyyət, maraqlı müsahib, eyni zamanda sadə insan kimi qaldı yadımda. Əzəmətli söz adamı, nəhəng şair olasan və özündə sadəliyi bu qədər incəliklə qoruya biləsən?! Bu çətin məsələdir. Çox çətin.
Deyəsən mətləbi çox uzatdım. Əsas məqsədimi deməmiş uzaqlara çəkib apardım sizi.
Avqustun 16-sı B.Vahabzadənin doğum günüdür. Yaşasaydı ömrünün 91-ci fəslini qeyd edəcəkdi. B.Vahabzadə sözü, şeiriyyəti hər zaman xalqın ehtiyac duyduğu xəzinədir. Allaha-Ucalığa, könül və ruha bağlı şair fəlsəfi poeziya aləmi qurub yaradıb. Fəlsəfə və poeziya, hadisələrə filosof yanaşması, insanın zahirində və batinində təcəllə edən nur Bəxtiyar poeziyasının əsas xətlərindən birini təşkil edir.
Fitrətdə yatır sözdə sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər kökü fikrim.
Sözlərdə deyil, sözlərdəki hikmətdədir ALLAH!
Məlumat üçün qeyd edək ki, Vahabzadə Bəxtiyar Mahmud oğlu 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində dünyaya gəlib. Məlumatlara görə, kiçik yaşlarında ikən, yəni 1934-cü ildə ailəsi ilə Bakıya köçüblər. Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil alıb (1942-1947). Universitetin aspiranturasında saxlanıb, 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Tədqiqatçıların verdiyi bilgiyə görə, bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb (1950-1990). 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2000-ci ildə isə həqiqi üzvü seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı Şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı Xalq Deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib.
1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunub.
Ədəbiyyatşünaslar bildirir ki, B.Vahabzadə keçən əsrin 60-cı illərindən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri kimi tanınıb. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.
Bir deyən olmadı, durun ağalar!
Axı bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri,-
Bəs hanı bu yurdun öz sahibləri?
Tədqiqatçılar qeyd edir ki, bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra işə bərpa edilib. Ustad qələm sahibi, professor Şirməmməd Hüseynov bu barədə mətbuata bildirib ki, o vaxt B.Vahabzadə işdən çıxarılmayıb: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər".
Tədqiqatçılar yazır ki, B.Vahabzadə sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirib. Birbaşa sovet diktaturasını ifşa edən əsərlərini isə şair Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirib.
Məlumatlara görə, B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
Qeyd edək ki, ustad şair 2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib, məzarı I Fəxri Xiyabandadır. Şəkidə büstü qoyulub, ev muzeyi açılıb, Bakıda adına küçə verilib, Türkiyənin Adana şəhərində B.Vahabzadə adına Sosial Elmlər Liseyi var.
B.Vahabzadə xalqımızın yaddaşında etibarlı, sözü, əməli bütöv bir Vətən oğlu kimi yaşayır. Özü I Fəxri Xiyabanda olsa da, sözü elin, xalqın, 50 milyonluq dünya azərbaycanlılarının yadındadır. Adi insan gəlir, dövran sürüb gedir, ya yadda qalır, ya qalmır, ancaq sənətkar, söz xridarı, söz Tanrısının elçisi olan şairlər dünya durduqca yaşayır. B.Vahabzadə də dünya durduqca yaşayacaq nəhənglərdəndir. Allah rəhmət eləsin!
İradə SARIYEVA





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ