şənbə günü, 10 oktyabr 2026
     

Görkəmli şair-dramaturq Ramiq Muxtarı ağır cərrahi əməliyyatdan sonra xəstəxanada ziyarət etdik...

Image


"Heydər Əliyevin şəxsi göstərişi ilə "Dünya azərbaycanlılarının birlik nəğməsi"nin mətnini də mən yazmışam..."

Həqiqət budur ki, insan qədərdən qaça bilmir. Nə qədər yayınmaq istəsə də alınmır, bəxtinə nə yazılıbsa, o da baş verir. Dünən ayaq üstə gördüyün, duzlu-məzəli söhbətlərindən doymadığın bir qələm adamını bu gün xəstəxanada görəndə adam məətəl qalır. Sorağı gəlib redaksiyamıza çatdı ki, tanınmış şair-dramaturq, Prezident təqaüdçüsü, Gürcüstan Respublikasının ali "Şərəf" medalına layiq görülən, Rəsul Rza adına Beynəlxalq Mükafat laureatı, "Bakı-Xəbər"in dəyərli dostu Ramiq Muxtar akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında ayağından əməliyyat keçirib. Bu xəbər bizi hədsiz məyus etdi.
Ramiq Muxtar kimi səmimi, mehriban, dəyərli insanın, ziyalının xəstəxanaya düşməsi həqiqətən də kədərlidir. R.Muxtara baş çəkmək üçün xəstəxanaya yollandım. Həyat eşqi ilə ağrı-acıya, dərd-məlala meydan oxuyan şairi xəstəxanada yataqda görmək ağır oldu...
"Bakı-Xəbər"in onu yad etməsi Ramiq Muxtarı xeyli duyğulandırdı. Dedim ki, ay şair, xoş gördük, olmasın azar, niyə naxoşlamısınız? Cavab verdi ki, 4 ildir şəkər xəstəliyindən əziyyət çəkir, bunun nəticəsində də ayaq barmaqları qanqrena verib, barmağının birini kəsiblər: "Əsəb məni bu vəziyyətə saldı. 4 ildir nə gecəm var, nə gündüzüm. İndi də bu vəziyyət yaranıb. Gördüyünüz kimi xəstəxanadayam. Artıq barmağımın birini kəsiblər. Həkimim çox dəyərli, bacarıqlı, işinin ustası olan cərrah, professor Fariz Camalovdur. Həkimdən yerdən göyə qədər razıyam. Çox dəyərli həkimdir, gözəl mütəxəssisdir".
Dörd övladı olan R.Muxtar xoşbəxt atadır desək yanılmarıq. Balaları xəstə atalarının başına pərvanə kimi dolanır. Demək şair ömrü hədər yaşamayıb, qeyrətli övladlar yetişdirib cəmiyyətə bəxş edib. O valideyn xoşbəxtdir ki, onun qayğısına qalan övladları var.
Ramiq müəllim ədəbi ictimaiyyətdə kifayət qədər tanınan, qiymətləndirilən qələm adamıdır. Onun yaradıcılığına, fəaliyyətinə ölkə başçısı cənab İlham Əliyevin verdiyi dəyər göz önündədir. R.Muxtar bir neçə il əvvəl Prezident təqaüdünə layiq görülüb.
R.Muxtarın dövlətə, dövlətçiliyə sadiqliyi haqqında çox sözlər demək olar. Müstəqil Azərbaycanın şan-şöhrəti onun poeziyasında obraza çevrilib. Şairin "Bakı-Tiflis-Ceyhan" şeirində bunları görmək olar.
Böyük Turan elinə
Uzanır qızıl kəmər.
Aralıq dənizinə
Qan verir mavi Xəzər.
Azərbaycan ədəbiyyatına öz dəst-xətti ilə xidmət edən R.Muxtar Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə bağlı silsilə xatirələr yazıb və o xatirələr, söhbətlər yerli mətbuatda dərc edilib.
Ramiq müəllimlə görüşümüzdə şair Heydər Əliyevlə çoxsaylı görüşlərindən danışdı. Bildirdi ki, o görüşlər, söhbətlər olduqca maraqlı, dəyərli, qiymətli idi. Heydər Əliyevin hər tövsiyəsi, hər sözünün xalqın, dövlətin işıqlı gələcəyi ilə bağlı olduğunu qeyd edən şair dedi ki, unudulmaz Heydər Əliyev onun yaradıcılığına böyük təkan verib. R.Muxtar dedi ki, seçilmiş əsərlərinin II cildini çapa hazırlayır. Kitabda Heydər Əliyevlə, Qara Qarayev və şairin gənclik dostu bəstəkar Nəriman Məmmədovla bağlı bədii nümunələr yer alacaq: "Xəstəxanaya düşənə qədər bir povest üzərində işləyirdim -"Mənim oyaq yuxularım". Onu da ikinci cildə salmaq fikrindəyəm. Mən saysız mahnı mətni yazmışam, əksər mətnlərin bəstəkarı isə Nəriman Məmmədovdur. Nəriman bilirsiniz necə gözəl insan idi. Ürəyi körpə uşaq ürəyi kimi idi, bu dünyaya saf gəldi, saf da getdi... Bir gün Nəriman mənə dedi ki, Ramiq, Sevdaya bir mahnı yazaq. Sevda Nəriman müəllimin ikinci həyat yoldaşı idi.
Heç bilmirdim məhəbbətin dadını,
Çəkməyirdim, gözəl, sənin adını,
Verdin mənə ürəyinin odunu.
Qəlbim yanır, söndür qarla, yağışla,
Bir günahım varsa, gülüm, bağışla.
Bax bu mahnı onda yarandı. Çox gözəl təsir bağışladı dinləyicilərə. Mənim sözlərimə 120-dən artıq mahnı bəstələnib. Nəriman Məmmədovla mənim çox sıx yaradıcılıq əlaqələrim olub, elə mahnılarımız var ki, hələ onlar səsləndirilməyib. Nərimanın qızına deyirəm ki, o notları saxlasın, xəstəxanadan çıxandan sonra onları bir yerə toplayıb qaydasına salacağam...
Bilirsiniz, son illər respublikamızda keçirilən hərbi-vətənpərvərlik mövzusundakı müsabiqələrdə şeirlərimə bəstələnmiş mahnılar 8 dəfə birinci mükafata layiq görülüb. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Heydər Əliyev məni yanına çağırıb dedi ki, bir həftə sonra Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçiriləcək. Həmin qurultay üçün bir birlik nəğməsi yazılmalıdır. Sənin mahnı mətnlərin çox xoşuma gəlir. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi göstərişi ilə "Dünya azərbaycanlılarının birlik nəğməsi"nin mətnini yazdım... Heydər Əliyev unudulmaz şəxsiyyət, dahi siyasi xadimdir. Onunla hər bir görüş yadımdadır".
R.Muxtar vətənə bağlı şairdir. Onun şeirlərində tariximizin dərin qatları açılır.
Oğuz baba
Uzun illər
Dəvəsilə duz daşımış
Bu mahaldan o mahala.
Nicat vermiş, həyat
vermiş insanlara
Bu minvalla.
Kim deyir ki,
Ömürdən pay ola bilməz?
Yorğun babam duz
ömrünü misqal-misqal
Düz paylamış insanlara.
Şair R.Muxtar dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanın başı üzərində dolaşan qara buludların çəkilib getməsini arzu edirdi. O bunu məşhur bir mahnı mətni ilə ifadə edirdi...
Qara bulud, çəkil get,
Yanar günəş mənimdir.
Azərbaycan vətənim,
Müstəqil dövlətimdir.
Müstəqil vətənimdir.
Ramiq müəllimdən soruşdum ki, gənclik dostunuz kim idi?
Cavab verdi ki: "Lap gənclik dostum böyük şairimiz, istiqlal mücahidi Xəlil Rza olub. Cavanlıqdan Xəlilin ömrünün sonuna qədər dostluq etmişik. Bunu Firəngiz xanım da təsdiqləyər. Bir dəfə Xəlillə Firəngiz xanım yanıma gəldi ki, səninlə söhbətimiz var. Dedilər ki, oğulları Rzaya toy edirlər, ailələri mənim tamada olmağımla bağlı qərara gəliblər. Əvvəl etiraz etdim ki, məclisdə bizim ağsaqqal yazıçılarımız İsa Muğanna, Hüseyn Abbaszadə olacaq, qoyun onlardan biri olsun. Cavab verdilər ki, sən olmalısan. Toyu mən idarə etdim, inanın ki, o qədər maraqlı, şən toy keçdi. Xəlillə çox doğma idik. Başqa gənclik dostum Nəriman Həsənzadə olub. 1995-ci ildən sonra isə rəhmətlik Qabillə yaxın dost olduq. Xatirələr çoxdur...".
Xəlil Rza ilə dostluğu o qədər səmimi, qırılmaz olub ki, şair həmkarının vəfatından təsirlənərək, ömrünü xalqımızın azadlığı uğrunda mübarizəyə həsr etmiş böyük ədibin ölümü ilə əlaqədar "Ölməz Xəlil" şeirini yazıb:
Diktor bacım, təkzib elə
Söylədiyin bəd xəbəri,
Öz səhvini özün düzəlt!
Nurla açaq al səhəri.
- Nə söylədin, Xəlil öldü?
Ola bilməz,
O günəşdir, mənim bacım,
Asanlıqla sönə bilməz.
"Çıx baxtımın yollarına" mahnısı çox məşhurdur. Bu mahnının da mətnini Ramiq Muxtar yazıb:
Gözlərində gözüm qaldı,
Ürəyimdə sözüm qaldı.
Durna kimi uçub getdin,
Təkcə mənə dözüm qaldı.
Bax açılan qollarıma,
Çıx baxtımın yollarına.
Ramiq müəllim xəstəxanada olsa da, könlü sözdən ayrı düşməyib. Deyir ki, sağalan kimi yaradıcılığını davam etdirəcək. Axı onun yolunu indi neçə yarımçıq əsər gözləyir.
Şair bildirdi ki, heç vaxt stol arxasında oturub şeir yazmayıb, şeirləri yollarda, istirahətdə, çöldə-bayırda yaranıb: "Heç vaxt özümü şeir yazmağa məcbur etməmişəm və heç vaxt da masa arxasında oturub şeir yazmamışam. Lap elə yatdığım yerdə, yaxud getdiyim yerdə şeir yaranıb onu götürüb yazmışam. Bir də görürsən ki, hansısa bir xalq mahnısı məni tutub, onun havasında şeir yazmışam. Məqalə və dramaturji əsərləri, nəsr nümunələrini, təbii ki, yazı masası arxasında yazmışam".
Qeyd edək ki, R.Muxtar 1942-ci il sentyabrın 5-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 11 yaşından bədii yaradıcılıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub. "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Doğma səmanın ulduzları" və digər pyesləri Bakı, İrəvan, Naxçıvan, Qazax Dövlət Dram teatrlarında uğurla tamaşaya qoyulub. R.Muxtarın "Seçilmiş əsərləri"nin birinci cildi çapdan çıxıb. Onun "Müdirin aqibəti", "Əgər sevirsənsə", "Şəhərli kürəkən", "Qıl körpü" pyesləri də olduqca maraqlı əsərlərdir.
R.Muxtar akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının cərrahiyyə şöbəsində müalicə alır. Şairlə ayrılarkən dedi ki, ola bilsin, cərrah o biri barmaqlarını da kəssin.
Orada olarkən şairə dost-tanış münasibətinin şahidi oldum. Səhhətində yaranmış problemlə əlaqədar olaraq şairə tez-tez zənglər gəlir, ondan hal-əhval tuturdular: "Mənə xəstəxanada yaxşı baxırlar. Həkimimdən də, diqqət göstərən hər kəsdən də razılıq edirəm".
Şairlə ayrılmaq zamanı gəlir, onunla sağollaşıb deyirəm ki, şair, tez sağalıb ayağa durun, neçə şeir vurğunu şeirlərinizi gözləyir". Təbəssümlə əl edir. Gözlərində ümid görürəm, hiss edirəm ki, şair xəstəliyin kürəyini yerə vurmağa hazırlaşır. Təki elə olsun, bizim dost itirən vaxtımız deyil!
İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ