şənbə günü, 10 oktyabr 2026
     

"Korifeylər", "Dahilər" ekranda?

Image


Səhər-səhər televiziya kanallarının birinin düyməsini basdım ki, bəlkə maraqlı bir verilişə baxım, ovqatım yaxşılaşsın. Gördüm 15-16 yaşında bir qız söyləyir ki, "mən Azərbaycan musiqisinə qulaq asmıram, ancaq xarici musiqiləri dinləyirəm. Nə görmüsünüz ey, bu Azərbaycan musiqisində? Bir itim var, onu o qədər sevirəm ki, gecələr də onunla bir yerdə yatıram"... Bu sözləri eşidəndə öz-özümə dilləndim: "Bərəkallah, sənə tərbiyə verənə də, səni televiziyaya buraxana da!
Fikir məni götürdü. Belə gənclərin axırı nə olacaq? Bu düşüncələr içərisində idim ki, bir neçə dəqiqədən sonra gördüm həmin kanalda tanınmış, mənim də hörmət etdiyim bəstəkarla söhbət aparılır. Bəstəkar gənclərimizin musiqi tərbiyəsi haqqında danışırdı. Televiziyaya zəng vurub, iti ilə yatan qız haqqında fikirlərimi söylədim və qeyd etdim ki, yəqin bu qız Üzeyir Hacıbəyovu, Fikrət Əmirovu, Qara Qarayevi, Niyazini, Rəşid Behbudovu, Xan Şuşinskini, Rübabə Muradovanı, Şövkət Ələkbərovanı... da tanımır, heç sizi də tanımır! O da mənə cavab verdi ki, "çox güman ki, o qız başqa millətin nümayəndəsidir. Onun azərbaycanlı olmasına inanmıram". Dedim, "A kişi, azərbaycanlıdır!"
Səhəri gün Filarmoniyanın qarşısında həmin bəstəkarla üz-üzə gəldik. O, peşmanlıq və təəssüf içində dilləndi: "Heç bilirsən həmin qız kimin qızı imiş?" Mən də soruşdum ki, "kimin qızıdır?" Dedi, bəs, "filan müğənninin qızıdır, biabır olduq!.." Həmin müğənninin adını çəkmirəm və möhtərəm oxucular elə bilməsinlər ki, adını çəkməkdən çəkinirəm, sadəcə olaraq mən etikaya əməl etmək istəyirəm. Həm də belə müğənnilər bir deyil, iki deyil... Hansının adını çəkəsən?!
Əziz oxuculara bildirmək istəyirəm ki, uzun müddətdir qəzetlər televiziya kanallarında, "müqəddəs" adlandırdığımız səhnələrdə əllaməlik edən, doğrudan da bizim millətə oxşamayan, özlərini əxlaqsız kimi göstərən "müğənnilər", "musiqiçilər", "aparıcılar" haqqında çox yazırlar, onlar isə bildiklərini edirlər, beş də artıq! Necə deyərlər, "dəyirman öz işindədir, çax-çax baş ağrıdır". Mən bu mövzuda yazmaq istəmirdim, gördüm, daha dözüləsi deyil.
İtaliya kinomatoqraflarının çəkdiyi bir film var: "Sprut". Həmin filmdə komissar Katani Siciliya mafiyası ilə ölüm-dirim mübarizəsi aparır və nəhayət, mafiyanın başçılarından biri ilə görüşür. Mafiya başçısı qum saatını stolun üstünə qoyaraq komissara deyir: "Başqaları üçün 5 dəqiqə vaxt ayırıram, sənə hörmət edərək 10 dəqiqə ayırıram". Mafiya başçısı söhbət zamanı çox mətləblər açır və onu da deyir ki, "dünyanı idarə edən qüvvələr var. Onlar nə istəsələr, onu da edirlər!.. Məsələn, sənin vaxtın bitdi!" O bu sözləri deyərək, şəhadət barmağı ilə qum saatını vurub yıxır. Sonra isə əlavə edir: "Sənin vaxtın ümumiyyətlə bitdi"! Səhəri gün komissar Katanini küçədə güllələyirlər...
Mafiya başçısının dedikləri məni düşünməyə vadar etdi: Deməli, dünyanı idarə edən qüvvələr var? Belə olmasaydı, Avropada yaşayan bəzi üzdəniraqlar hamını özlərinə oxşatmağa çalışmazdılar. Azərbaycan insanı yaxşı işlərlə, əməllərlə yanaşı, ən pis vərdişləri Avropadan götürür. Bir neçə il bundan əvvəl eybəcər musiqilərə, müğənnilərə, aparıcılara, xalqımıza yad olan ideyalar yayan televiziya kanallarına rast gəlmək olardımı? Bu nə biabırçılıqdır?!
Şouçuların əksəriyyəti dəlixananın dəlilərinə oxşayır. Ağızlarına gələni tüpürürlər (başqa cür ifadə edə bilmirəm) efirə! Kişilər qadınlar kimi üz-gözlərini aldırır, dar cins şalvarlar geyərək, ayaqlarını aralayıb milyonların qarşısında oturur, kresloya yayxanıb şit-şit danışır, hırıldayır, ekranda bir-birinə söz atır, oynamaq, rəqs etmək adı ilə tullanıb-düşür, ekranda eybəcər hərəkətlər edir və televiziya işçiləri utanmadan-çəkinmədən belə hərəkətləri dəfələrlə nümayiş etdirirlər. Bunlara deyən gərək, "a bala, eviniz-eşiyiniz yoxdur? Gedin, bu hərəkətləri elə yerlərdə edin ki, gözümüz sizi görməsin!
Qadınlar ağızlarını açan kimi deyirlər ki, "həyat yoldaşım" belə, "həyat yoldaşım" elə... Demək istəyirlər ki, ay camaat, bizim həyat yoldaşımız var ey, biz siz deyənlərdən deyilik! Bir soruşan yoxdur ki, bəs, həyat yoldaşınız sizi niyə lüt-madərzad səhnəyə buraxır, hə? Oxuduğunuz, danışdığınız nədir? Belə mahnı sözləri olar?
Məhlədə, tində təsbey əlində
Bitib şəhərdə yerli avarə.
Saatı əlində, paprosu cibində
Səhər-səhər çıxıb məhləyə avarə
Avarə, avarə, dəyişib zəmanə
Yaş ötüb ömürdən ay avarə, avarə
Avarəsən, avarə, avarə can avarə
Çağırır hamısı məhlədə

Hələ utanmır, biri belə "mahnı" oxuyur:

Qız məni, qız məni sakit et bir az,
Qız mənə, qız mənə aman ver bir az
Sən küçəmizdən keçib gedirsən,
Sən qəlbimdə iz qoyub gedirsən,

Bir başqası da belə oxuyur:
Sizə gecə gəldim
Ürək dözmür, Leyla
(bu "misra" 30 dəfə təkrar olunur)
Gəl, görürəm səni
Gəl, sevirəm səni
Gəl qəlbimi mənim yandırma
Oda salma, Leyla.
Belə "mahnı sözləri" yazanlar da yəqin özlərini "şair" adlandırırlar! "Ulduzlar" da ayıb-ayıb belə sözlərə kliplər çəkdirirlər, sonra da televiziya kanalları ilə sırıyırlar camaata!
Türkiyədə işləyəndə mənim bir sürücüm var idi, o deyirdi ki, "maşın xüsusi rahatlıq vasitəsi (ruslar "raskoş" deyirlər) deyil, evdəki soyuducu kimi, televizor kimi, tozsoran kimi bir şeydir. Amma mən sizin televiziya kanallarına baxanda görürəm ki, müğənniləriniz öz maşınlarını nümayiş etdirirlər, heç çoxu da yaxşı oxumur". Ona anlatmağa çalışdım ki, sən gördüklərin Azərbaycanda müğənni sayılmırlar. Görkəmli sənətkarların kasetlərini ona verdim, gedib evində qulaq asdı. Bir müddət sonra sevinə-sevinə gəldi ki, sizdə necə böyük sənətkarlar varmış! Sonra da soruşdu ki, bəs, televiziyalarınızda yalançı müğənniləri niyə nümayiş etdirirlər? Mən də cavab verdim ki, onu həm sizin televiziyaların, həm də bizim televiziyaların rəhbərlərindən soruşmaq lazımdır.
Bəli, bəzi televiziyaların rəhbərləri nəhayət xalqı eşitməli, millətə hörmət etməlidirlər. Televiziyalara başçılıq edənlər xalq içərisindən çıxan savadlı, bilikli, ağıllı, mədəniyyətdən, incəsənətdən baş çıxaran, alicənab, şəxsiyyətli insanlar olmalıdırlar. Bir az pulu olana televiziya kanalı açmağa icazə verilməməlidir. Xalqın mənəviyyatını pozanlara televiziya rəhbərliyini tapşırmaq olmaz!
Özəl radiolarda Azərbaycan musiqisi nadir hallarda səslənir. Hansı kanalı açırsan, xaricin eybəcər musiqiləri qulaq batırır. Sanki zəncir döyüşdürürlər. Səs-küy adamın başına düşür. Başqa ölkələrin musiqisini, mahnılarını dinləmək olar və lazımdır. Amma Nizami Gəncəvi demişkən, "Artıq içiləndə dərd verir su da". Bir də nəzərə almaq lazımdır ki, onlar bizim musiqiləri nadir hallarda səsləndirirlər...
Qayıdaq yenə müğənnilərin ekranda özlərini necə aparmaları məsələsinə. Çünki bu barədə nə qədər yazılsa, bitməz! Nə deməkdir, "əlləri görmürəm"? Ay gözəl "ulduz" və ya aparıcı, adam da özünə əl çaldırar? Sən yaxşı oxu, səviyyəli proqram apar, əl çalacaqlar. Artıq tamaşaçılar, dinləyicilər də çaşırlar, bilmirlər nəyə əl çalsınlar, kimə əl çalsınlar. Odur ki, aramsız əl çalırlar.
Səni sevdim sadəcə
Sadəcə sevdim səni.
Bu sözlərə necə əl çalmaq olar?
Gözəl-gözəl qadınlar (özlərini müğənni adlandıranlar) yorğan-döşəkdə gecə paltarında uzanıb oxuyurlar ki, "sabaha qədər yanıram". Dünən səhnə, ekran üzü görənlər bu gün "mən belə", "mən elə" deyə, qeyri-təvazökar danışır, böyük-böyük sənətkarları bəyənmədiklərini deyirlər. Biri deyir, xan nəslindənəm, biri deyir, bəy nəslindənəm. "Səviyyəli" tamaşaçılar da zəng vurub onları tərifə qərq edirlər...
"Filankəsdən filan mahnı gəlir" nə deməkdir?
Kliplərin çoxunun heç bir süjeti yoxdur.
Müğənnilər özlərinə yaraşmayan təxəllüslər seçirlər. Dünən səhnəyə çıxan musiqiçiyə, müğənniyə "korifey" deyirlər. Bir-iki il əvvəl səhnədə görünənləri isə "dahi" adlandırırlar. Gecə-gündüz ekranda cövlan edən oxuyanlardan, çalanlardan artıq camaat bezib!
Bir də görürsən, muğam haqqında söhbət gedir, böyük muğam ustaları qalır bir kənarda, televiziyalarda "dünənki uşaq"dan müsahibə götürürlər. Aparıcılar bütün sənətkarlardan soruşurlar ki, "necə olub ki, bu sənəti seçmisiniz?" Xalq artisti Habil Əliyev bir dəfə yaxşı cavab verib: "Uşaq olmuşam, səhv etmişəm, bilməmişəm, bağışlayın!"
Ekranlarda, səhnələrdə müğənninin oxuyacağı barədə elan verilir, müğənni səhnəyə çıxıb oxumaq əvəzinə nitq irad eləyir, kiminsə haqqında "Allah filankəsin canını sağ eləsin" deyir, hətta siyasətdən danışır. Niyə belələrinə yarınmaq imkanı verilir?
Gənc oğlanlar imic qazanmaq üçün saqqal saxlayırlar, qara gözlüklər taxırlar, boğazlarına qadınlar kimi zəncir salırlar, başlarını elə qırxdırırlar ki, par-par parıldayır. Belə şeyləri də xaricdən götürürlər. Belələrinin satışa buraxdığı kasetlərin səviyyəsi də ayrıca bir söhbətin mövzusudur...
Bizə elə gəlir ki, bütün deyilənlər, yazılanlar barədə düşünməyin və tədbir görməyin vaxtı çoxdan çatıb.
Xeyrəddin QOCA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ