şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Ən ağır iş, ən kasıb gün qismətim..."
Tarix: 15.06.2016 / 02:25
Bölmə: Mədəniyyət
O taylı-bu taylı Azərbaycanın ağrıları, dərdləri ilə 90 il ömür sürən Söhrab Tahirin dünyasını dəyişməsindən 40 gün ötür...
Xalq şairi, "Şöhrət" ordenli Söhrab Tahirin 40 mərasimi də gəlib çatdı. Beləcə, günlər, aylar, illər ötəcək və Söhrab Tahir əfsanəsi tarixə dönəcək. 90 illik ömrü ilə elə Azərbaycan tarixinin bir parçasına çevrilmişdi Söhrab Tahir. Cənubi Azərbaycanda 1945-ci ildə, 19 yaşında ikən əldə silah S.C.Pişəvərinin başcılığı altında müstəqil dövlət quranlardan biri olan S.Tahir düz 71 il o tay həsrəti ilə yaşadı.
Bütün yaradıcılığını ikiyə bölünmüş Azərbaycanın birləşməsinə həsr edib. Həmişə də böyük inamla yaşayıb-yaradıb ki, iki qardaş nə vaxtsa birləşəcək. Bu inam şairi son ana, son saata qədər tərk etmədi. Bir xalqın ikiyə bölünməsi S.Tahirə 71 il əzab verdi, incitdi, onun hisslərini yerindən oynatdı. Artıq bu dərdlərə, əzablara şair o qədər öyrəşdi ki, cismən iki yerə bölünməsi də onu bir o qədər narahat etmədi, incitmədi. Elə bu səbəbdən də özünün məşhur "Azərbaycan" poemasında yazıb:
"Dərdsiz vaxtlarını görmüşəm bəzən,
Dərdsizlik dərd olub sənə həyatda,
Özgələr dərdini atıb üstündən,
Sən dərdsiz olmaqdan qorxubsan hətta..."
Dərddən o qədər yazdı ki, dərdlər ona doğmalaşdı, ona sarmaşdı və onunla birgə ömür yaşadı. Bu da İlahinin bir qismətidir ki, bir xalqın ikiyə bölünməsini özünə dərd eləyə-eləyə özü də iki bölündü. Məlum olduğu kimi, ayaqları ölümündən təxminən bir ay əvvəl dizdən yuxarı amputasiya olundu. İstər xəstəliyi vaxtı, istərsə də sağlam dönəmində həmişə yanında olan bir insan kimi deyə bilərəm ki, Söhrab Tahir heç vaxt heç nədən sınmayıb, gileylənməyib. Sınanlara, gileylənənlərə öz məğrur və vüqarlı xarakteri ilə bir nümunə olub Söhrab Tahir. O qədər dərdin, əzabın içində çabalasa da, üzdə bunu bildirmədi. İşə bax, iki ayaqları kəsiləndən sonra da zarafatından, məzəli atmacalarından qalmadı. Görün bu insanda nə qədər dözüm, dəyanət, mətinlik vardı ki, o qədər əzablara mərdi-mərdanə sinə gərdi, dözdü. Ancaq hər şeyi içinə verirdi deyə, içindən əriyirdi şair.
1988-ci ildə, sərhədlər açılandan sonra, nəhayət, 40 ildən çox həsrətində olduğu doğma yurda getməyə qərar vermişdi. Söhbət edirdi ki, evlərində əvvəlcə onu tanımayıblar, xalası soruşub ki, ay qonaq, kimsən? S.Tahir səsindən xalasını tanıyaraq deyib: "Məni tanımadınmı, ay xala?" Artıq qonağın kimliyi bilinəndən sonra haray-həşir qopub, ağlaşma başlayıb. Bu zaman xalası S.Tahirə deyib ki, ay Söhrab, sən də ağla, yoxsa sonra pis təsir edər, ağla ürəyin boşalsın. S.Tahir belə cavab verib: "Ay xala, mən 40 ildir ağlayıram, daha gözlərimdə yaş qalmayıb".
Bəlkə elə göz yaşının quruyub daşlaşmasına görə idi ki, Söhrab Tahir daha da mətin olmuşdu, daha döyüşkən, inqilabçı olmuşdu, onu dərdlər sarsıda bilməmişdi. Əksinə, dərdin üstünə gedirdi. Bu səbəbdən yazdığı şeirlərin, poemaların hər bir misrası od-alov saçırdı. Heç təsadüfi deyil ki, 1992-93-cü illərdə Haramı düzü, Zəngilan, Qubadlı, Laçın, Füzuli bölgələrində topçuların komandiri kimi olduğum döyüşlərdə öz əsgərlərimə Söhrab Tahirin "Döyüşən lövhələr" kitabından oxuduğum şeirlər əsgərlərin qanını çoşdururdu. Şairin Cənubi Azərbaycan həsrəti və bu yolda mübarizəsi öz istiqamətini Qarabağa yönəltmişdi və o, erməniyə nifrət hissi aşılayan şeirləri ilə özünü ovundururdu. Ona görə də Qarabağa, Azərbaycan ordusu və əsgərinə aid çoxsaylı şeirlər yaradıb:
"Şanlı əsgər, düz nişan al hədəfi,
Vətən sənə oğul deyib, güvənsin.
Qoru doğma vətənini, xalqını,
Vətən sənə oğul deyib güvənsin.
Xalq yolunda səngər-səngər dayan, dur,
Yağı düşmən qəsd eləyir, amandır.
Vur döşündən, kəs yolunu, dayandır,
Vətən sənə oğul deyib güvənsin.
Vətən ana qucağıdı oğula,
İgid oğul döyüşlərdə doğular.
Vur düşməni, diz-dizə çöksün yağılar,
Vətən sənə oğul deyib güvənsin.
Şanlı əsgər, yolun vətən yoludur,
Vətən yolu müqəddəsdir, uludur.
İrəli get, sil yolundan buludu,
Vətən sənə oğul deyib güvənsin"
Şairin bu səpkili şeirləri nəinki əsgərlərin, hətta hər bir vətən oğlunun hisslərini yerindən oynadır, azğın düşməni qırıb-çatmaq üçün alışdırıb yandırır. Budur, şair sözünün qüdrəti, əzəməti. Axı kim də bilməsə, torpaq, yurd itkisinin nə olduğunu Söhrab Tahir hamıdan yaxşı bilirdi. Vətən ağrısı, acısı ilə 90 il ömür sürmək hər igidə, xüsusilə də həssas qəlbli şairə asan deyil. Ancaq Söhrab Tahir bu ömrü necə yaşadı, necə əzablar çəkdi, bunu özü bildi.
Olduğu hər görüşdə, hər söhbətdə sözünün əvvəli də, axırı da vətən oldu. Ötən il bu vaxtlar Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki 274 saylı məktəbdə şagirdlərlə Söhrab Tahir görüşünün təşəbbüskarı və təşkilatçısı oldum. Görüşdə şairin şeirləri səsləndi, "Azərbaycan" poeması mənim ifamda bütünlüklə şagird və müəllimlərə çatdırıldı. Şairin bu görüşdən necə böyük təəssürat aldığını da ayrıca qeyd etmək lazımdır. Axı bu, S.Tahirin oxucularla sonuncu görüşü oldu. Görüşdən sonra şagirdlər şeirlərin hazırlanmasında xüsusi əməyi olan ədəbiyyat müəllimi Yeganə xanıma belə deyiblər: "Biz sinifdənxaric ədəbiyyat kimi ancaq Söhrab Tahirin kitablarını oxuyacağıq".
Yeri gəlmişkən bir məqamı da təəssüf hissi ilə qeyd etməyi özümə borc bilirəm. Orta məktəb üçün dərslik kitablarını hazırlayanlar, nədənsə, xalq şairləri Nəriman Həsənzadə, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Məmməd Araz, şair Musa Yaqub kimi nəhəngləri dərsliklərə salmırlar. Bu səbəbdən bugünkü gənclərimiz Azərbaycan ədəbiyyatının sütunları olan bu şairləri tanımır. Min təəssüf!
Oxucuları ilə görüşməyi həmişə özünü amalı bilib Söhrab Tahir. Son vaxtlar səhhəti ilə bağlı, təbii ki, çox gəzə bilmirdi, çox yerlərə gedə bilmirdi. Ona görə də, hələ ayaqları kəsilməzdən əvvəl gözəl şairimiz Nəriman Həsənzadə ilə birlikdə görüşünə gedəndə belə dedi: "Ay Nəriman, bu Elçin oxucularla bizim aramızda qızıl körpüdür". Doğrudan da, mən S.Tahirin, B.Vahabzadənin, N.Həsənzadənin, M.Arazın, M.Yaqubun, M.İsmayılın, C.Novruzun, N.Kəsəmənlinin, orta nəsildən olan Adil Cəmilin, Ağacəfər Həsənlinin, Kəlbəcərdən olan, dünyasını dəyişmiş Cabir Umudun, Qubadlıdan olan, vaxtsız dünyadan getmiş Əliağa Aslanın və s. müəyyən mövzuya aid və yerinə uyğun gələn şeirlərini kiçik məclislərdə, dost-tanış yanında söyləməyi özümə borc bilmişəm. S.Tahirin "Azərbaycan" poemasını hələ 1988-ci ilin meydan hadisələrində, gecələr tonqal başında oxuyarkən dəhşətə gəlirdilər ki, bu poemada səslənən fikirləri və sözləri elə indicə meydanın tribunasından söylədilər. Biləndə ki, bu alovlu sətirlər hələ 1976-cı ildə yazılıb, "Döyüşən lövhələr" kitabını əlimdə görməyənə qədər inanmırdılar. 1988-ci ildə meydanda səslənən "Azadlıq" şüarını və bir xalqın ikiyə bölünməsini görün 1976-cı ildə, Sovetin qılıncının dalı-qabağı kəsən vaxtlarda Söhrab Tahir necə hayqırıb:
"Yüz il də keçərsə, bu ayrılıqdan,
Öz birlik haqqını bu xalq alacaq.
Bir gün mənim xalqım birləşən zaman,
Dünyada ən zəngin bir xalq olacaq.
Böyüksən, dahisən, ucasan yenə,
Yad olub kiçilmək sənə qədimdən.
Dünya ərk eləyib, ad verib sənə,
Tac qoyub başına ölüm-itimdən.
Sən kiçik olsaydın, kiçik, bəlkə də,
Kiçiklər əlindən bir pay alardın.
Bu böyük dünyada, böyük ölkədə,
Sən də bir pay qədər azad olardın.
Böyüksən, dahisən, ucasan yenə,
"Hanı azadlığım", arzum bağırır.
Bir də qalanmasın kürəklərinə,
Dünyada ən ağır zülmün ağırı.
"Azadlıq!" Böhtanın, yalanın sonu,
"Azadlıq!" Bu, sənin qızıl haqqındır.
Cəlladın ağzından çək, çıxart onu,
Böyük Azadlıqlar, böyük xalqındır!
"Azadlıq!" Al onu, ana vətənim,
Dünya qüdrətini dünyaya bildir.
Azadlıq pasportdur əlində sənin,
Azad xalqı danmaq mümkün deyildir.
Vətənin azadlığı, bötüvlüyü şairin yaradıcılığından qırmızı xətt kimi keçirdi. Heç vaxt bu ayrılığı yaxına buraxmaq istəmirdi. Son ana qədər də fikirləşirdi ki, bu xalq mütləq birləşəcək. Elə mən də nə qədər Söhrab Tahir sağ idi, Azərbaycanı bütöv görürdüm, onun iki bölünməsinə inanmaq istəmirdim. Azərbaycan mənim üçün sanki 1828-ci il "Gülüstan" müqaviləsi ilə yox, 2016-cı il mayın 4-də Söhrab Tahirin ölümü ilə bölündü. Özü də həmişə bölünməkdən çox qorxurdu. Elə ona görə də yazırdı:
"Azad qardaşım var, onunla xoşam,
Mən gərək sahili sahilə qoşam.
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha".
Deyirlər, insan ən çox nədən qorxsa, o da başına gələr. Söhrab Tahir vətənin bölünməsindən o qədər əzab çəkdi, bölünməkdən o qədər qorxmuşdu ki, axırda özü də iki bölündü. Şairin özünün cismən iki yerə bölünməsini yazar Sərvaz Hüseynoğlu "Ancaq vətən eşqin ikiləşmədi" şeirində çox ustalıqla tərənnüm edib:
"Soyuq sazaq kimi, qara yel kimi,
Ömrünü, gününü kəsdilər sənin.
Bir vaxt ayağını, Xoydan, Mərənddən,
Doğma Ərdəbildən kəsdilər sənin.
Tanışdır bu ağrı, tanışdır bu dərd,
Tanışdır ruhunun üşüməsindən.
Kəsdilər, Təbrizə həsrət ayağını,
Bu dəfə evinin döşəməsindən.
Kəsdilər! Cismində açılan yara,
Babəkdən əmanət qalan çeşmədi.
İkiyə bölünə-bölünə gəldin,
Ancaq vətən eşqin ikiləşmədi.
Kişi inadıyla yaşadın ömrü,
Qız-qadın misallı ismətin oldu.
Qorxardın çöpü də iki bölməyə,
İkiyə bölünmək qismətin oldu.
Ruhun o taydadır, cismin bu tayda,
Orda da, burda da pirdi ki, xalqın.
İkili səsində, özün yazmışdın,
İkili cismində birdi ki, xalqın.
Sən ki, öz ömrünü vermədin bada,
Eşq olsun tarixə saldığın izə.
Başdan-ayağacan doğranmağın da,
Ayaqda qalmağı öyrətdi bizə".
Xəstəliyin onu yatağa saldığı ilk günlərdən və ayaqları kəsiləndən sonra da tez-tez yanında olurdum. Ölümündən 3-4 gün əvvəl yenə yanındaydım. Ağrılardan nə qədər qıvrılsa da, büruzə vermirdi. Mən də müxtəlif mövzularda söhbət açıb, ağrılarını unutdurmağa çalışırdım. Söhbət şairlərin ana mövzusunda yazdığı şeirlərdən düşdü. Şair bu zaman asta səslə dedi: "Ana haqqında çox yazırlar, lakin atanı yaddan çıxarırlar. Ata haqqında şairlər nədənsə az yazır". Bu zaman özünün ata haqqında yazdığı şeiri söylədi. Daha sonra sanki ölümünü və bununla da yaxınlarından, doğmalarından, dostlarından, o taylı - bu taylı Azərbaycanından ayrılacağını hiss edirmiş kimi "Ayrılıq" şeirini söylədi. Mən heyrətə gəldim ki, bu qədər ağrıların, əzabların içində necə də yaddaşını qoruyub saxlayıb. Onun şeirlərindən sonra mən də təsəlli üçün yuxarıda qeyd etdiyim Sərvaz Hüseynoğlunun şeirini özünə əzbər söylədim və o zəif əllərini güclə qaldırıb əl çaldı. İndi mənə təsəlli həmin o anları telefonun video yaddaşına köçürməyimdir. Söhrab Tahirin həyatda söylədiyi sonuncu bu şeirləri ən əziz, canlı bir xatirə kimi saxlayacağam. Axı bu onun son canlı görüntüləridir.
Şairin 90 illik ömrünün ağrı-acılarla keçdiyi hamıya məlumdur. Özünü bu tayda qərib kimi hiss etdiyi də bir faktdır. Baxmayaraq ki, o tay da, bu tay da Azərbaycan torpağıdır. Ancaq onu da yaxşı bilirik ki, insanın doğulduğu yer həmişə onun üçün ən əziz məkan olur. Bu səbəbdən Söhrab Tahirin bu tayda özünü qərib hiss etməsini qəribçiliyə salmaq lazım deyil.
Məni ən çox dəhşətə gətirən isə bilirsinizmi nədir? Həyatı başdan-ayağa qeyri-adiliklərlə dolu olan şairin ölümü də qeyri-adi olub. Cümə axşamlarının birində ömür-gün yoldaşı Südabə xanım şairin son anında baş verən məqamları belə söylədi: "Ölümünə bir az qalmış dedi ki, onu öz kitabları olan otağa gətirək, gətirdik. Sonra üzünün qibləyə çevrilməsini istədi, çevirdik. Daha sonra isə özünün "Öləndə" şeirindən bu bəndi astadan söylədi:
"Harda ölsəm, məni orda basdırın,
Başdaşına, döşdaşına lüzum yox..."
Bu şeiri deyəndən sonra dayandı, sağ əlini güclə qaldırıb gözlərini qapadı və bununla da dünyaya gözlərini əbədi yumdu".
İlahi, bunu insan ağlı dərk edə bilərmi ki, ölümünü son saniyələrinə qədər hiss etsin və öz əlləri ilə öz gözünü qapasın? Mən hələ də bu məqamın şokundan çıxa bilmirəm. Görün, Allahın necə xoşbəxt bir bəndəsidir ki, gözünün qapanmasını da başqasına möhtac etməyib. Elə həmin "Öləndə" şeirində yazırdı:
"Öz xalqıma var kədərli hörmətim,
Bu taleyi özü yazdı alnıma.
Ən ağır iş, ən kasıb gün qismətim,
Bir qapıya getməmişəm yardıma..."
Göründüyü kimi, son anında da yardıma ehtiyacı olmayıb və öz gözünü öz əlləri ilə qapaması ilə sübut edib ki, o heç də sıradan bir insan deyil. Daha bir dəhşətli məqam bilirsinizmi nədir? Şairin ayaqlarında təzəcə qanqrena başlayanda, onu çox aşağıdan kəsməklə şairin ömrünü hələ bir necə il uzatmaq olardı. Ancaq o, Azərbaycanın ən qədim tarixi dövrünü əhatə edən və ömrünün 21 ilini həsr etdiyi 70 min misradan ibarət olan "Ata" poema-eposunu bitirmədiyindən buna razı olmurdu. Deyirdi ki, ayaqlarım kəsilsə, yaza bilməyəcəyəm və "Ata" yarımçıq qalacaq. "Ata"nı tamamlayanda isə artıq qanqrena öz işini görmüşdü və ayaqlarının dizdən yuxarı kəsilməsi də onu xilas etmədi.
Yəni şair öz ömrünü əsərinə qurban verdi. O əsər ki, bizim kökümüz, tariximizdir. Şair bu yolda ömrünü belə əsirgəmədi.
Bəli, göründüyü kimi, Söhrab Tahirin adi yox, dahi bir insan olduğunu hələ çox uzun illər sonra dərk edəcəyik və onda kimi itirdiyimizin fərqində olacağıq. Ancaq o zaman bu, nəyisə dəyişəcəkmi?
Allah sənə qəni-qəni rəhmət eləsin, Söhrab Tahir!
Sonda şairin adını çəkdiyim "Öləndə" şeirini təqdim edirəm:
Harda ölsəm, məni orda basdırın,
Başdaşına, döşdaşına lüzum yox,
Şöhrət gəlsə, onu çöldə azdırın,
Təntənədə, rəsmiyyətdə gözüm yox.
Əgər varsa, qəlbisınıq bir ana,
Qəbrim üstə "qərib" deyib, ağlasın.
Ağ buludlar gəlib dursun yan-yana,
İlıq yağış səpələyib çağlasın.
Gecə vaxtı məni xəlvət götürün,
Xalq duymasın qərib tabut kədəri.
Gecə ikən son evimə yatırın,
Qoy olmasın dostlarımın xəbəri.
Gör nə qədər mən borcluyam vətənə,
Borca görə utanıram mən ondan.
Bu borc ilə tutmaz ad-san, təntənə,
Utancağam öz qəlbimdən hər zaman.
Öz xalqıma var kədərli hörmətim,
Bu taleyi özü yazdı alnıma.
Ən ağır iş, ən kasıb gün qismətim,
Bir qapıya getməmişəm yardıma.
Həm qocayam, həm kasıbam, həm qərib,
Mən dustağam bu əlçatmaz üçlüyə.
Bir az küsüb, heyrətlənib, kövrəlib,
Qovuşaram son evimdə dincliyə.
Harda ölsəm, ora mənə vətəndir,
Kaş ki, elə vətənimdə öləydim.
Qardaşımda bu ögeylik nədəndir?
Kaş ki, öləndən sonra bunu biləydim.
Bir də Tanrım, haqq ver boylanım,
Min il sonra öz qəbrimə baxım mən.
Ağ bulud tək hörüm-hörüm sallanıb,
Son evimə yağış kimi yağım mən.
Tanrım mənə ömür verə neçə il,
"Ata"-nı mən çatdıraydım axıra.
Bu dünyaya daha bir cüt göz deyil,
Əsərimin zirvəsindən baxıram.
Elçin MƏMMƏDLİ
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
Tarix: 29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
- FOTO
Tarix: 26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı
- 133 dollar...
09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNdİ
09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
- FOTO
09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər
09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı
09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq -
ABŞ-də…
08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...
08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..
08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı
08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb
08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub?
- Tramp inanmır, ancaq…
08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
- FOTO
08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış
- öncə oğul, saatlar sonra isə ata minaya düşdü...
08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...
08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər
08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...
08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir
- Rusiyadan xəbərdarlıq…
08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü
08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir
- İllərdir belədir...
08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ