şənbə günü, 10 oktyabr 2026
     

Atatürk Liseyində yazıçı Yunus Oğuzla görüş keçirildi

Image


Təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də müxtəlif dillərdə əsərləri işıq üzü görən yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələri arasında böyük maraq hiss olunur. Məhz bu marağın göstəricisidir ki, müntəzəm olaraq yazıçı ilə oxucularının görüşü keçirilir. Yunus Oğuzla belə görüşlərdən biri Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində baş tutub. Əvvəlcə görüş iştirakçıları aprel əməliyyatları zamanı şəhid olmuş həmvətənlərimizi bir dəqiqəlik sükutla yad ediblər. Liseyin müəllim və şagird heyətinin iştirak etdiyi görüşü giriş sözü ilə açan təhsil müəssisəsinin müdiri Ali Devrim bildirib ki, təhsil ocağında araşdırmaçılar, yazar və elm adamları ilə görüş keçirmək barədə təşəbbüslər olsa da, indiyə qədər belə bir görüş keçirmək imkanı əldə edilməyib. Yunus Oğuzla keçirilən görüşün təhsil müəssisəsində yazıçı və araşdırmaçılarla keçirilən ilk görüş olduğunu diqqətə çatdıran Ali Devrim dəvəti qəbul etdiyinə görə, ona təşəkkürünü ifadə edib. O, daha sonra Yunus Oğuzun həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib. Yunus Oğuzun bir çox tarixi romanlar müəllifi olduğunu diqqətə çatdıran liseyin müdiri bildirib ki, yazıçının qələmə aldığı tarixi romanlar gənc nəslin milli mənlik şüurunda tərbiyəsi, maarifləndirilməsi, türk tarixinin onlara çatdırılması baxımından əhəmiyyətlidir.


Yunus Oğuz ümumtürk tarixinə yeni bir baxış ortaya qoyur

Liseyin tarix müəllimi Elmar Həsənli də Yunus Oğuzun qələmə aldığı tarixi romanların gerçək tariximiizin üzə çıxarılması, onun cəmiyyətə, xüsusilə gənc nəslə çatdırılması baxımından dəyərli vasitə olduğunu söyləyib. O, bildirib ki, Yunus Oğuz tarixi romanları tarixi konsepsiya əsasında qələmə alır: "Yunus Oğuzun digər bir mühüm və müsbət cəhəti ondan ibarətdir ki, yazıçı təkcə Azərbaycan deyil, ümumtürk dünyasının tarixi şəxsiyyətləri barədə romanlar yazır. Bir növ Yunus Oğuz ümumtürk tarixinə yeni bir baxış ortaya qoyur. Yunus Oğuzun əsərləri, tarixi romanlarının müxtəlif dillərə tərcümə edilməsi də yazıçının əsərlərinə olan marağın göstəricisidir”.

Daha sonra söz yazıçıya verilib. Əvvəlcə öz həyatı, yaradıcılığa başladığı ilk illər barədə oxuculara məlumat verən Yunus Oğuz bu günə qədər qət etdiyi yolun heç də rəvan olmadığını, bu yolda bir sıra çətinliklər, məhdudiyyətlər, qadağalarla üzləşdiyini söyləyib. Bildirib ki, həyatının 31 ili Sovetlər Birliyində keçib: "Özü də o illər çox ağır keçib. Siz bu gün fəxr edə bilərsiniz ki, müstəqil dövlətdə yaşayırsınız, müstəqil fikriniz var. Lakin o zaman yalnız rus ideologiyası vardı. Bu ideologiyaya qarşı çıxsan, ona yad olsan, mütləq səni aradan götürər, yaxud digər yollarla uzaqlaşdırardılar. Bu mənada sizlərə həsəd aparıram ki, müstəqil dövlətdə doğulmusunuz və həmin acıları görməmisiniz. Əminəm ki, gələcəkdə ailədən tutmuş dövlətə qədər bütün idarəetmə sistemlərində iştirak edəcəksiniz. Sizin bu gün əldə etdiyiniz bilik elmə çevriləcək. Elm də öz növbəsində dövlətə, millətə, ailənizə xidmət etməyə yönələcək”.


Ortaq tariximizə, dilimizə dönməyimiz lazımdır

Yunus Oğuz tarixi araşdırmaçılığa olan marağından da danışıb. Bildirib ki, fəlsəfə fakultəsində təhsil alarkən marksizmdən uzaq olmaq üçün tarixi fəlsəfəyə üstünlük verib: "O vaxt mən Kommunist Partiyasının üzvü olmadığım üçün bizləri KQB-nin arxivlərinə buraxmırdılar. Həmin dövrdə fəlsəfə tarixinin ən böyük arxivləri KQB-nin arxivləri idi. Kommunist Partiyasının üzvü olan başqa bir tələbə yoldaşımı həmin arxivlərə göndərir, onun vasitəsilə həmin arxivlərdən müəyyən materialları əldə edə bilirdim. Artıq öz tariximizi oxumağa başlamışdım. Ona qədər heç bir tarixi oxumağa qoymurdular. Sovet tarixi nə yazırdısa, yalnız onu oxuya bilərdik”. Təhsilini başa vurduqdan sonra Vətənə qayıtdığını deyən yazıçı vurğulayıb: Çoxları məni müəllim görmək istəyirdi, ancaq mən müəllim olmaq istəmirdim. Bilirdim ki, yaradıcı adamam. Müəllimin yaratdığı əsər isə onun şagirdləri və tələbələridir. Mən isə arxivlərdə oturmaq, tarximizi bilmək istəyirdim. Ona görə də dünya arxivlərində oturdum. Eyni vaxtda gizli şəkildə qəzetlər buraxırdım”. Yunus Oğuz arxivlərdə aparılan uzun illərin araşdırması nəticəsində tarixi romanların işıq üzü gördüyünü deyib. Yazıçı onu da bildirib ki, türk tarixi, şəxsiyyətləri barədə romanlar yazarkən ortaq türk tarixi barədə düşündüyünü də diqqətə çatdırıb: "Bizim onsuz da ortaq tariximiz, dilimiz olub. Amma zaman keçdikcə biri bir, digəri o biri tərəfdə qalıb. Əgər 50-100 il keçsə idi Azərbaycanla Türkiyə də yadlaşardı. Amma bizim ortaq tariximizə, dilimizə dönməyimiz lazımdır. Bu olmasa türk tarixini yaza bilməzsən.

Türkiyə uzun illərdir ki, Avropa Birliyinə can atır. Nə üçün? Avropada nə var? Bunun əvəzinə türk dövlətləri birliyini gücləndirmək lazımdır. İnsan potensialı, iqtisadi ehtiyat, dil birliyi, ortaq tarix, ortaq mədəniyyət, hamısı buradadır. Nə üçün Avropa Birliyinə qarşı Türk Birliyini yaratmayaq?” Yunus Oğuz tarixi bədii ədəbiyyata keçməsinin səbəbləri barədə də oxuculara məlumat verib. Bildirib ki, elmlərdə qaynaqlar, mənbələr mütləq olmalıdır. Qaynaqların arxasından isə bədii ədəbiyat başlayır: "Elmlə bədii təfəkkürü birləşdirmək lazımdır. Məlumat üçün qeyd edim ki, mənim 4 romanım Təhsil Nazirliyi tərəfindən sinifdənxaric oxu kimi məktəblərə verilib. Millətin, onun təfəkkürünün formalaşması məhz orta məktəblərdən başlayır. Çünki orta məktəblərdə şagirdlərin beyni ağ dəftərdir. Ora nə yazsan elə də hərəkət edəcək. Bədii ədəbiyyata ona görə keçdim ki, uşaqlar böyüdükcə milli kimliyini, dövlətini, millətini tanıya bilsin. Bunları bilmədikdə isə olursan kosmopolit. Yəni Vətənini, dövlətini, ailəsini düşünməyən biri”. Yazıçı bir qayda olaraq millətin formalaşmasında misilsiz xidmətləri olan sultanlar, hökmdarlar barədə tarixi romanlar yazdığını, onları cəmiyyətə tanıtdığını qeyd edib. Bildirib ki, bunlar sırasında Təhmasib şahın da öz yeri var: "Təhmasib şah bütöv Azərbaycan bəylərbəyliyi yaratdı. O, 54 il hakimiyyətdə olsa da, sovetlərin zamanında bir dəfə Təhmasib şahın adı çəkilmirdi. Şah İsmayıl Xətaidən sonra birbaşa Şah Abbasa keçilirdi. Bəs ortadakı tarix harada qalırdı? Niyə Təhmasib şah Sultan Süleymanla döyüşmək istəməyib?. Bu tarix nə üçün bizdən gizlədilib? Yaxud nəyə görə Nadir şahı qaniçən adlandırırdılar?. Xəzər hövzəsi hunların əsas bazası olduğu halda Attilanı bizə yad, düşmən ediblər. Əmir Teymuru həmişə topal deyərək lağa qoymuşuq, ələ salmışıq. Halbuki dünyanın bütün gəmiləri onun bayrağı altında üzürdü. Biz ondan niyə imtina etməliyik? Əmir Teymur getdiyi yolu Nadir şah təkrar etdi. Əmir Teymur hansı əraziləri tutmuşdusa, Nadir şah da həmin əraziləri tutub geri qayıtdı. Yaxud Şah İsmayılın zamanında dünyanın mədəniyyət mərkəzi Təbriz olub. Rəsmi yazışmalar da məhz türkcə aparılıb.


Tariximizlə fəxr etməliyik

Yəni tarix təkrar olunur və biz bu tariximizlə fəxr etməliyik”. Yazıçı deyib ki, IX əsrdən başlayaraq 1926-cı ilə qədər, tam 1200 il Anadoludan tutmuş Orta Asiyaya, Hindistana qədər böyük bir əraziyə türk sülalələri rəhbərlik edib: "Ona görə də biz öz tariximizi, keçmişimizi bilməsək, gələcəyimiz də olmayacaq”.

Daha sonra oxucuların suallarını cavablandıran yazıçı qələmə aldığı tarixi əsərlər zamanı hansı tarixi mənbələrə istinad etdiyinə aydınlıq gətirib. O, tarixi romanları yazarkən müxtəlif tarixi mənbələrə istinad etdiyini, bir faktı dəqiqləşdirmək, oxucuya tam obyektiv şəkildə çatdırmaq üçün bir neçə tarixi mənbəni qarşılaşdırıb

son nəticəni əldə etdiyini söyləyib. Əsərlərinin axıcı, anlaşılan dildə yazılmasına gəlincə Yunus Oğuz deyib ki, tarixi gerçəklikləri gənc nəslə çatdırmaq üçün elmi dildən uzaq, lakin tarixi mənbələrə, qaynaqlara əsaslanan təhkiyyə janrından istifadə edir. Yunus Oğuz Məmməd Səid Ordubadinin də məhz təhkiyyə janrından istifadə etdiyini deyib: "Yəni nağılvari bir dildə yazmalısan ki, sənin əsərlərin oxunaqlı olsun. Bu sistem oxucunu yormur, axıra qədər əsəri oxumaq istəyir. Daim də oxucuya düşündürən impulslar, suallar verilir. Ən əsası təhkiyyə sistemində oxucu istəmədən hadisələrin iştirakçısı olur. Yəni istər-istəməz 500 il əvvələ gedərək sanki hadisələri öz gözü ilə görür. Əsas odur ki, hadisələri görə biləsən və tarixin qatlarına düşəsən. Ancaq bütün kitablarda o sistem keçmir”. "Nadir şah” romanı barədə danışan yazıçı qeyd edib ki, sovetlərin məqsədyönlü təbliğatı nəticəsində Azərbaycanda Nadir şaha qarşı böyük nifrət hissi olub: "1902-ci ildə Nəriman Nərimanov Nadir şah haqqında yazarkən deyirdi ki, mən Nadir şahı məhv etdim. Ancaq 100 ildən sonra mən Nadir şahı reablitasiya etdim. Artıq dövlət səviyyəsində də bu istiqamətdə işlər görülür”. Sonda yazıçı ilə xatirə şəkli çəkilib və Yunus Oğuz müəllifi olduğu kitabları imzalayaraq oxucularına təqdim edib.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ