şənbə günü, 10 oktyabr 2026
     

Əskişəhər, Kazan, Marı, ardınca Şəki...

Image


"Türksoy"un mətbuat mükafatına layiq görülənlərdən biri də Aydın Quliyev olub...

Elxan Məmmədli: "İndiyə qədər seçilən mədəniyyət paytaxtları sırasında Şəki obyektiv seçimlərdən biridir"

Qiymət Məhərrəmli: "Hesab edirəm ki, Şəki türk dünyasının layiqli şəhəri kimi bütün dünyada təbliğ ediləcək"

Azərbaycanın qədim şəhərlərindən olan Şəkinin adı gələndə ilk yadımıza ipəkçilik sənəti, tarixə qovuşmaq təhlükəsinin bir neçə addımlığında olan baramaçılıq gəlir. Şəki ipəyi bütün dünyada məşhur olub. Şəkili sənətkarların əl işləri, hazırladığı ipəkçilik nümunələri - kəlağayılar, ustadların bişirdiyi ləziz yeməklər, burada toxunan xalçalar indinin özündə də mədəniyyətimizin əsas elementlərindən birini təşkil edir.
Mədəniyyətimizə zəngin sərvət bəxş edən Şəki "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib və aprelin 28-də bununla bağlı təntənəli açılış mərasimi keçirilib. Məlumata görə, Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, qədim qala divarlarının arasında "Türk dünyasının mədəniyyət paytaxtı - 2016"nın təntənəli açılışı yaddaqalan olub.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, "Türksoy"un baş katibi Düsen Kaseinov, türkdilli ölkələrdən təmsilçilər, çoxsaylı qonaqlar, ictimaiyyət nümayəndələri iştirak edib.
Verilən məlumata görə, tədbir çərçivəsində qoruq ərazisində Şərq bazarı, sərgilər, satış yarmarkaları təşkil olunub, folklor və musiqi kollektivləri, el sənətkarları çıxış edib, iştirakçılar ləziz Şəki mətbəxi nümunələrinin dadına baxıb. Yuxarı Karvansaraya gələn qonaqlara tarixi tikili haqqında məlumat verilib. Onlar burada Şəki sənətkarlarının hazırladığı müxtəlif məmulatlara, əl işlərinə tamaşa edib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkəmizin bu qədim şəhərinə "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsində yer verilməsini yüksək qiymətləndirib. O bildirib ki, son illər Şəkidə aparılan tikinti-quruculuq işləri nəticəsində şəhərin siması dəyişib. İcra başçısı "Mədəniyyət paytaxtı" ili ərzində bir sıra mədəniyyət tədbirlərinin keçiriləcəyini diqqətə çatdırıb.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Türksoy" tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb, təşkilatın təşəbbüsü ilə ölkəmizdə gerçəkləşən tədbirlərin ümumi mədəni irsimizin, incəsənətimizin qorunması, öyrənilməsi, türk xalqlarının yaxınlaşması, mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb: "Bugünkü açılış mərasimi ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlə eyni vaxta təsadüf edir. Aprelin 27-də Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə yekun vurub. Şəkidə keçirilən bu tədbirin iştirakçıları arasında Qlobal Forumun bir sıra fəxri qonaqlarını da görməkdən məmnunuq. "Türksoy" həm türk xalqları arasında, həm də beynəlxalq arenada türkdilli xalqların mədəniyyətinin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Sevindirici haldır ki, "Türksoy" artıq bütün mötəbər beynəlxalq tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur və onun beynəlxalq təşkilat kimi fəaliyyəti dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən alqışlanır".
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli ölkələrdə iştirak etdiyi bütün tədbirlərdə "Türksoy"u xalqlarımızın mədəniyyətinin təbliğində ən vacib qurum kimi qiymətləndirib: "Türksoy" son dövrlərdə mədəni irsimizin nümunələrinin geniş məkanda təbliği üçün çox mühüm layihələr həyata keçirir. Qurumun dəstəyi ilə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun "Koroğlu" operası türkdilli ölkələrin incəsənət xadimlərinin iştirakı ilə təşkilata üzv olan ölkələrdə səhnələşdirilib, türkdilli ölkələrin teatr xadimlərinin görüşləri, rəssamların birgə sərgiləri təşkil olunur. BMT, UNESCO, Avropa Şurası və digər beynəlxalq qurumların qərargahlarında Novruz bayramının birgə qeyd edilməsi, film festivalları, türk dünyasının dahi şəxslərinin yubiley illərinin, xüsusi medal və mükafatların təsis edilməsi və digər onlarla belə uğurlu layihələr həyata keçirilir".
Məlumata görə, 2010-cu ildən Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı təşkil olunur, 2014-cü ildə burada I Beynəlxalq Teatr Festivalı keçirilib. Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq ümummilli liderin xatirəsinə həsr olunmuş Atüstü Milli Oyunlar Festivalı və "Prezident kuboku" uğrunda çövkən yarışları keçirilir.
Nazirliyin saytında qeyd edilir ki, Əbülfəs Qarayev 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkiyə həsr olunmasının bizi olduqca fərəhləndirdiyini deyib. O qeyd edib ki, Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan şəhərlərimizdən biridir. Azərbaycan memarlığının ən gözəl nümunələri bu şəhərdə də yerləşir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb, müasir istirahət mərkəzləri, yeni hotellər istifadəyə verilib. Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib.
"Türk dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində tədbirlərin təşkili Şəkiyə turistlərin marağını daha da artıracaq.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir çıxış edərək Şəki şəhərinin qədim mədəniyyətə malik olduğunu vurğulayıb. Sivilizasiyalar Alyansının Qlobal Forumunun yüksək səviyyədə keçirildiyini deyən qonaq bildirib ki, Azərbaycanın hər guşəsində onun tolerant bir ölkə olduğunu görmək mümkündür.
"Türksoy"un baş katibi Düsen Kaseinov çıxışında Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsinin heç də təsadüf olmadığını vurğulayıb. Qeyd edib ki, Şəki şəhəri öz qədim mədəniyyəti, adət-ənənəsi, mətbəxi, tarixi irsi ilə buna sahib olub.
Nazirlik saytında gedən məlumata görə, tədbirdə "Türksoy"a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib. Təşkilatın mükafatları Azərbaycandan İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədova və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğluna təqdim olunub. Xatırladaq ki, üç mükafatçıdan biri də "Bakı-Xəbər"in baş redaktoru Aydın Quliyevdir. Lakin baş redaktorumuz üzürlü səbəbə görə tədbirdə iştirak etmədiyi üçün mükafat ona yerindəcə təqdim olunmayıb.
Qazaxıstandan "Kazakstankaya pravda" qəzetinin baş redaktoru Aleksandr Tarakov, "Aykın" qəzetinin baş redaktoru Nurtöre Jusip, "Ahızka" qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu, Qırğızıstandan "Jetigen" qəzetinin baş redaktoru Abdilamit Jumaşev, müstəqil jurnalist Munduzbek Tentimişev, Türkiyədən "Yeni düşüncə" jurnalının təsisçisi Yalçın Topçu və "Hüriyyet" qəzetinin redaktoru Oğuz Dəmir də təltif olunub. Həmçinin Türkmənistan Dövlət Televiziya, Radio və Kinematoqrafiya Komitəsinin redaktoru Aşirbek Baymuradov və Özbəkistandan "CA-News" agentliyinin Mərkəzi Asiya müxbiri Umida Maniyazova, Moldovadan Qaqauz Yeri Sədrliyinin protokol və mətbuat xidmətinin rəhbəri Georgi Yalancı və Makedoniyadan "Yeni Balkan" qəzetinin müxbiri Bünyamin Liman da mükafatlandırılıb.
Tədbirdə "Türksoy" ölkələrinin folklor qrupları, ölkəmizin tanınmış incəsənət xadimləri çıxış edib.
Qeyd edək ki, "Türksoy"un "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il Qazaxıstanın Astana, 2013-cü ildə Türkiyənin Əskişəhər, 2014-cü ildə Tatarıstanın Kazan şəhəri, ötən il isə Türkmənistanın Marı şəhəri "paytaxt" elan olunub. Bu estafeti Şəki şəhərinin qəbul etməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və "Türksoy"un birgə tədbirlər planı hazırlanıb. İl ərzində Şəkidə müxtəlif festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, "Türksoy"un seçimi olduqca obyektivdir. E.Məmmədlinin fikrincə, Şəki bütün göstəricilərinə görə mədəniyyət paytaxtı statusuna layiqdir: "Şəki tarixi şəhərdir. Onun tarixi, mədəniyyəti, relyefi, mətbəxi və digər göstəriciləri Şəkinin dünyada tanıdılmasını aktual edir. Təkcə Xan Sarayının dünyaya təqdim edilməsi Şəki haqqında təsəvvürü daha da zənginləşdirir. İndiyə qədər seçilən mədəniyyət paytaxtları sırasında Şəki obyektiv seçimlərdən biridir. Şəki gözəlliklər diyarıdır və türk dünyasının diqqət mərkəzində olması olduqca əlamətdardır".
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi, şair-publisist, əslən Şəkidən olan Qiymət Məhərrəmli də bizimlə söhbətində "Türksoy"un seçimini təqdir etdiyini vurğuladı: "Şəki türk dünyasının elə bir guşəsidir ki, hər bir cəhəti ilə maraq doğurur. Qədim mədəniyyətimizi, arxitekturamızı, mətbəx mədəniyyətimizi, ipəkçilik ənənəsini özündə yaşadan, qənnadı məhsullarının hazırlanması sahəsində özünəməxsus yeri olan Şəki həqiqətən də maraqlı məkandır. Şəki folkloru, Şəki təbiəti, Şəkinin tikililəri, bulaqları, istirahət yerləri olduqca gözəldir. Burada həm də dövlətçiliyimizin izləri qorunur. Hesab edirəm ki, Şəki türk dünyasının layiqli şəhəri kimi bütün dünyada təbliğ ediləcək. Əslində, buna böyük ehtiyac var. Onu da düşünürəm ki, "Mədəniyyət paytaxtı" layihəsi çərçivəsində burada gözəl tədbirlər, sərgilər, konsertlər, elmi-kütləvi tədbirlər keçiriləcək".
İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ