şənbə günü, 10 oktyabr 2026
     

Borçalıdan gələn qonaq ustad aşıq...

Image


Aşıq Ziyəddin Borçalı: "Mən ustadlarım Xındı Məmməddən və Xan Kamandardan halallıq almışam"

"...Bir neçə gün əvvəl ilk dəfə olaraq Azərbaycan Aşıqlar Birliyinin rəsmi nümayəndəsi Borçalıya gəldi..."

Bu günüm də sənsən, dünənim də sən,
Gələcəkdə məni ananım da sən.
Vaim alovlanıb yananım da sən,
Sinəm üstə yandıranda narı, saz.
Borçalının ustad aşıqlarından olan, Borçalı bülbülü Xındı Məmmədə və Xan Kamandara şəyirdlik edən, ustadı aşıq Kamandar Əfəndiyev vəfat edənə qədər qul kimi onun qulluğunda duran 66 yaşlı aşıq Ziyəddin Borçalı (Keşəli) ilə ünsiyyət bütün sazsevərlər üçün xoşdur və maraqlıdır.
Bu gün ustadlıq mərtəbəsinə çatan və özü də şəyirdlər yetişdirən, 2001-ci ildə Gürcüstan Respulikası Prezidentinin sərəncamı ilə "Şərəf" medalına layiq görülən, bir sıra incəsənət festivallarının laureatı olan, "Qırmızı diplom"la təltif edilən aşıq Ziyəddin Borçalı "Bakı-Xəbər"in qonağı oldu. Yazın qız vədəsində Bakıya Borçalı nəfəsi, ətri gətirən aşıq Ziyəddinə aşıq sənətinin keçmişindən, bu günündən suallar ünvanladıq...
- Aşıq Ziyəddin, Borçalıdan Bakıya xoş gəlmisiniz. "Qırmızı Körpü"nün o tayında nə var, nə yox, camaatın dolanışığı, vəziyyəti necədir? Bəzən oradan ürək açmayan xəbərlər gəlir...
- Bu gün borçalıların vəziyyəti çox yaxşıdır. Allah ulu öndərimizə rəhmət eləsin. Azərbaycanla Gürcüstan arasında elə sarsılmaz körpü qurub ki, bu körpünün uçub dağılması mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ilə, həm də indiki Prezidentlə çox gözəl əlaqələr yaradıb. Bu əlaqələr borçalıların xeyrinədir. İnanın ki, heç bir ayrıseçkiliyə məruz qalmırıq, orada bütün vətəndaşlara eyni gözlə baxılır. Camaat əkin-biçinində, öz işindədir. Şükür Allaha, su sarıdan korluğumuz yoxdur, odur ki, suvarma işində də çətinliklə üzləşmirik. Gürcüstanda heç bir azərbaycanlıya gözün üstə qaşın var deyən yoxdur. Hamı əl-ələ verib yaşayır. Ulu öndərin qurduğu polad körpü, dostluq körpüsü azərbaycanlıların rahatlığına şərait yaratdı.
Mən Gürcüstan dövlətindən də, Azərbaycan dövlətindən də çox razıyam. Bu xoş münasibət biz aşıqları ruhlandırır.
- Ustad, siz Borçalı aşıq mühitinin çox işıqlı nümayəndələrindən birisiniz. Orada aşıqların vəziyyəti necədir? Ustadların miras qoyub getdiyi o saf mühit hələ də qorunurmu?
- Həqiqət acı olur, ancaq demək lazımdır. Təəssüf ki, vəziyyət çox aşağı səviyyədədir. Artıq yaşlı ustadların çoxu dünyasını dəyişib. Ustad aşıq Məhəmməd Sadaxlı da bir neçə gün əvvəl rəhmətə getdi, Allah rəhmət eləsin! Bu gün Borçalıda çox istedadlı, ustadların yolunu davam etdirməyə meyl göstərən gənc aşıqlar var. İnanın ki, onlara qulaq asanda adamın ürəyi açılır. Di gəl ki, bu gənclərə yiyə duran yoxdur. Bu faktdır. Nə üçün onlara təkan verilmir? Aşıq Ramin Qarayevin başçılığı ilə çox gənc aşıqlarımız yetişib və onlar aşıq sənətinin ləyaqətli davamçılarıdır. Mən Ramini görəndə elə bir öz cavanlığımı görürəm. Bizdə aşıq Həvəskar var, ustadlıq dərəcəsinə yetişməkdədir.
-Ustad aşıq Nurəddin Qasımlının oğludur.
- Bəli.
- Son vaxtlar Borçalı aşıqları meydanda çox az görünür. Halbuki, vaxt vardı ki, Borçalı aşıqları meydanda idi, bütün konsert proqramlarında, festivallarda yaxından iştirak edirdilər. Ancaq bu gün bir az gözdən-könüldən iraq düşüblər elə bil...
- Borçalıda aşıq Əfqan, aşıq Elşad, aşıq Şahbaz, aşıq Seymur, aşıq Aman, aşıq Qəzənfər və digər çox istedadlı, aşıq sənətini bilən, ustadların yolunu tutan sənətkarlarımız var, bülbül kimi oxuyurlar. Ola bilsin bəzilərinin adını unutdum. Hazırda aşıq sənətinə böyük axın var. Aşıqlara yiyə duran lazımdır.
- Borçalı Aşıqlar Birliyi fəaliyyət göstərir axı. Bildiyim qədər aşıqlarla bağlı müəyyən işlər görürlər...
- Bu birliyin adı var, özü yoxdur.
- Azərbaycan Aşıqlar Birliyinin sabiq sədri, xalq şairi, ustadımız Zəlimxan Yaqub dünyasını dəyişdi... Hazırda Birliyə əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı rəhbərlik edir. Zəlimxan müəllimin sədrliyi zamanı Borçalı aşıqlarına diqqət ayrılırdı. Bəs indiki sədrdən gözləntiləriniz nədir?
- Allah Zəlimxan Yaquba rəhmət eləsin. O bizim hamımızın başının tacı olub. Onun simasında çox böyük şəxsiyyət itirdik. Zəlimxan müəllimdən çox razı idim. Məhərrəm müəllimin fəaliyyətinə gəlincə, ondan gözləntilərim böyükdür. Həqiqəti deyim ki, Məhərrəm müəllimə çox güvənirəm, ümid bəsləyirəm. İnanıram ki, onun Birliyə rəhbərliyi dövründə aşıq sənətinin inkişafına xüsusi diqqət olacaq. Mən gələcəkdə Azərbaycan Aşıqlar Birliyinin fəaliyyətində uğurlu bir dəyişiklik görürəm, hiss edirəm. Birliyə çox ziyalı professor M.Qasımlı sədr gəlib. M.Qasımlı saz sənətinin ordu komandanıdır, özü də haqq-ədalət tərəfdarıdır. Çox güclü hissiyyatım var-Məhərrəm müəllim çox gözəl insandır. Birinci, inanıram ki, heç nəyi, heç kəsi nəzərindən qaçırmayacaq, digər tərəfdən də onun ürəyində, əməlində haqqın tərəzisi qurulub.
Bilirsiniz ki, bir neçə gün əvvəl ilk dəfə olaraq Azərbaycan Aşıqlar Birliyinin rəsmi nümayəndəsi Borçalıya gəldi və Borçalı aşıqlarını bir araya topladı. Birlik sədrinin müavini Məhəmmədəli müəllimin çıxışından belə anladım ki, Azərbaycan Aşıqlar Birliyi Borçalı aşıqlarını bir yerə yığıb onlar arasında dostluq, əminamanlıq yaratmaq istəyir. Çünki aşıqların çoxu ağzıbir deyil, aşıqların 4-5-i bir-birilə danışmır. Bu vəziyyəti kim yaradır? Aşıqlar Birliyi aşıqlar arasında səmimiyyət, mehribanlıq yaratmalıdır. Aşıqlar mədəniyyət işçiləridir, mədəniyyət işçiləri arasında intriqa olarsa, birlik ola bilməz. Azərbaycan Aşıqlar Birliyini Borçalı aşıqlarının problem və qayğıları ciddi narahat edir. Mən özüm də o yığıncaqda iştirak edirdim. Aşıqların birliyinə, mehribanlığına çox böyük ehtiyac var.
- Bildiyim qədər köhnə aşıqlar çox mehriban idilər. Düzdür, onlar arasında da umu-küsü olurdu, amma onlar onu intriqaya çevirmirdi...
- Mən ustadların çoxunu görmüşəm. Onların ədəb-ərkanı, davranışı, bir-birinə münasibəti çox yaxşı idi. 1965-ci ildən 1968-ci ilə qədər Borçalının çox görkəmli ustad aşığı Xındı Məmmədə qulluq etmişəm. Əvvəllər rayonlarda mədəniyyət evlərinin rəhbərləri aşıqlara başçılıq edirdi, onlar arasındakı münasibətləri tənzimləyirdi. Aşıqlar arasında birlik var idi. Aşıqlarımızın bu birliyi sayəsində neçə-neçə böyük konsertlər keçirilirdi. Borçalı Aşıqlar Birliyinin sədri kim olur-olsun, lap qardaşım olsun, fərqi yoxdur, əgər o, aşıqlara başçılıq edib, onları bir yerə toplayıb, onlar arasında dostluq, mehribanlıq yaratmayacaqsa, o Birlikdən Birlik olmaz.
- İndi Borçalıda ustad aşıqlardan kimlər qalıb?
- Aşıq Qərib, aşıq Məsim, Kövrək Murad, başqaları da var. Mən sizə ustada qulluq edən aşıqlardan danışıram ki, əziyyət çəkib ustada qulluq ediblər. Bu gün də özləri ustad aşıq kimi fəaliyyət göstərir. Gərək gənclər bu aşıqlardan öyrənsin. Mən Həvəskarı, Ramini gələcəyin ustad aşıqları kimi görürəm.
- Gənc aşıqlar sizdən məsləhət alırmı?
- Mən gənc aşıqlarımızdan çox razıyam. Hər zaman hörmətimi saxlayır, mənə "ustad" deyə müraciət edirlər. Sağ olsunlar. Gənc aşıqlar məndən havalar haqqında, dastanlar haqqında soruşurlar, bildiyimdən öyrədirəm. Nə soruşsalar cavab verirəm. Mən özüm Xındı Məmməd kimi nəhəng sənətkarın, Kamandar kimi əzəmətli aşığın şəyirdi olmuşam, onlardan çox şey öyrənmişəm. Havaları, dastanları onlardan əxz etmişəm. Ədəb-ərkanı, oturuş-duruşu, bir sıra keyfiyyətləri Xan Kamandardan öyrənmişəm. Dədə Əmrahın zəhmətini heç zaman unutmaram. Ondan da öyrəndiklərim çox olub. Xoşbəxtəm ki, hər iki ustadım mənə halallıq verib. Xındı Məmməddən də, Xan Kamandardan da halallıq almışam.
- Məni narahat edən məsələlərdən biri klassik saz havalarının düzgün təqdim edilməməsidir. Bu gün bəzi aşıqlar havaları səhv çalır, bu da gənc aşıqları ifaçılıqda yanlış yola yönəldir. Siz necə, bu problemi müşahidə edirsinizmi?
- Bu məni ciddi düşündürür və narahat edir. Elə aşıq var ki, üzdədir, tanınır, amma "Ruhani" və "Zarıncı"nı bir-birinə qatıb, heç bilmirsən nə çalır. Bu adamlar havaların genini dəyişdirmək istəyir. Onu kökündən ayırmaq istəyənlər nə məqsəd güdür anlaya bilmirəm. "Sultanı"nı başqa cür çalırlar. Bu saat "Quba kərəmi"ni düzgün çalmırlar. Saz havalarını kökdən dəyişdirmək istəyirlər, havaların genini dəyişdirməyə cəhd edirlər.
- Ustad, saxlancınızda nə qədər havacat, nə qədər dastan var?
- Ustadlardan öyrəndiyimiz havaların hamısını bilirsiniz ki, ifa edirəm. İyirmiyə yaxın dastan var yaddaşımda. Bizim bütün klassik dastanlar haqqında məlumatım var. Hazırlaşıram ki, bir neçə dastanı lentə aldırım. "Əmrah və Səlbinaz" dastanı lentə alınıb. Nazim İrfan Tanrıqulu evimizə gəldi və aparatı qurub dedi ki, aşıq Ziyəddin, meydan sizindir, nə istəyirsən danışın. "Əmrah Səlbinaz" dastanını başdan-ayağa danışmışam, iki nüsxə idi. Birini Nazim İrfan Tanrıqulu özü ilə apardı, birini mənə verdi. Sonra Onur bəy adlı bir türk gəldi, yanında da ingilis sənətşünası, əliboş qaytarmadım, o biri nüsxəni də ona verdim.
- Əslində o nüsxə itməyəcək, onlar onu daha geniş səviyyədə təbliğ edəcək...
- İradə xanım, bilirsiniz ki, aşıq Qərib dastanı bir neçə variantdadır. Mən bu dastanın "Məsud" variantını hazırlamışam, lentə yazdıracağam. İstəyirəm həm televiziyada, həm də radioda yazdırım. Bu, Hüseyn Saraclının da, Kamandar Əfəndiyevin də "Aşıq Qərib" variantlarından fərqlidir.
- Sizcə hansı variant dəqiqdir?
- Allah ustad Hüseyn Saraclıya da, ustad Kamandar Əfəndiyevə də rəhmət eləsin. Hər ikisinin danışdığı variantı sevirəm. Mənim saxlancımda olan "Aşıq Qərib" "Məsud" adı ilədir. Çünki Qəribin əsl adı Məsud olub. Mən "Məsud" variantını daha kamil variant sayıram. Mənə belə gəlir.
- Siz "Aşıq Qərib"in o variantını hansı aşıqdan götürmüsünüz?
- İlk ustadım Xındı Məmməddən. "Aşıq Qərib"dən başqa "Tahir və Zöhrə" dastanını hazırlamışam. "Salman bəyin dastan"ını bilirəm. "Qurbani", "Abbas və Gülgəz", "Novruz və Qəndab" və digər dastanları bilirəm, istənilən vaxt danışmağa hazıram. Sağlıq olsun, planımda var ki, saxlancımda olan dastanları danışıb meydana çıxarım.
- Keçən il 65 yaşınız tamam oldu...
- Bəli. 2015-ci ildə 65 illik yubileyim idi. Amma məni Borçalı Aşıqlar Birliyi yada salmadı. Heç kəsdən şikayət etmirəm, sadəcə, olanları sizinlə bölüşürəm. Demək olar ki, mənim uzun illər aşıq sənətinə göstərdiyim xidməti Birlik qiymətləndirmədi. Demək olar ki, Borçalı Aşıqlar Birliyi məni tədbirlərə dəvət etmir.
- Toylara gedirsinizmi?
- Dəvət edəndə gedirəm. Sirr deyil ki, bu gün məclislərdə aşıqlar deyil, xanəndələr şahlıq edir. Məclislərə dəvət ediləndə də aşıqlara vaxtı çox məhdud verirlər. Ümumiyyətlə, hər yerdə aşıqlara vaxtı çox görürlər. Harda çıxış edirsən deyirlər ki, vaxt azdır. Bilmirəm bu niyə belədir.
- Xındı Məmmədin yanına şəyird getməyiniz xatirinizdə necə qalıb?
- Çox yaxşı qalıb. Onu deyim ki, atam saz-söz bilicisi idi. Havaları çox gözəl bilir, gözəl bayatılar söyləyirdi. 13-14 yaşımdan atama saz aldırmışam. Saza vurğun idim. Bir dəfə Pərvanə Həsən öz şəyirdləri ilə bizim kəndə toya gəlmişdi. Orda ağsaqqallar dedi ki, bir uşaq var, o da bir hava oxusun, oxudum, xoşuna gəldi. Bir gün Xındı Məmməd bizim kəndə toya gəlmişdi, saza marağımı bilən kənd ağsaqqalları ustaddan xahiş etdilər ki, bu cavan oğlanı özünə şəyird götür. Mənim ifamı dinləyən ustad məni özünə şəyird götürdü.
- Ustad, təbrik edirəm, yeni kitabınız çap olunub.
- Çox sağ olun. "Ustad nəfəsi" sayca üçüncü kitabımdır. Burada olduqca maraqlı şeirlər, yazılar var. Bundan əvvəl "Ruhanim ruha dərmandı", "Telli sazdı yarım mənim" kitablarım çap olunub.
İradə SARIYEVA





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ