şənbə günü, 10 oktyabr 2026
     

1 Aprel Gülüş günüdür

Image


Çayçı Səfər çay dəmləməkdə məşhur idi. Bir gün camaata çay paylayanda ona xəbər çatdırırlar ki, bəs, rayonda yaşayan anası ölüb. Səfər kişi təzəcə dəmlədiyi çayı çaynikdə qoyub, tələsik rayona yola düşür. Anasını torpağa tapşırır, qırxını da verib, qayıdır şəhərə.
İşə çıxan kimi bir nəfər çayxanaya gəlir ki, "Səfər kişi, mənə çay ver". Səfər kişi fikirli-fikirli çay süzüb verir müştəriyə. Müştəri çaydan bir qurtum içir, dodağını büzür:
- Bu çay dəm almayıb ki!
Çayçı dillənir:
- A kişi, deyirsən yəni qırx gün bundan əvvəl dəmlənən çay hələ dəm almayıb? Yalan niyə danışırsan, hə?

Tələsik iş

Qasım kişi dərzi idi. Amma sifarişləri həddindən artıq gecikdirdiyi üçün ona "Uzunçu Qasım" deyirdilər. Günlərin bir günü Qurban adlı cavan oğlan Qasım kişiyə parça gətirir ki, ona bir kostyum tiksin. Bir ay gözləyir, iki ay gözləyir, kostyum hazır olmur. Dərzi elə hey deyir "darıxma". Yenə bir-iki ay keçir, dərzidən xəbər çıxmır. Nəhayət, Qurbanı əsgərliyə çağırırlar, gedir. Əsgəri xidməti başa vurub qayıdandan sonra yadına düşür ki, dərzi Qasıma kostyum tikmək üçün parça vermişdi. Odur ki, Qasım kişinin yanına gəlib soruşur:
- A kişi, sənə parça vermişdim kostyum tikəsən, nə oldu?
Dərzi deyir:
- Tikmişəm, a bala! Təkcə ilgəyi ilə düyməsi qalıb. Onları da tikim, gəl, apar.
Qurban bir aydan sonra gəlir ki, nə oldu, a kişi?!
Dərzi Qasım dillənir:
- İlgəyini açmışam, düyməsi qalıb. Bir neçə gündən sonra gəl, kostyumu apar.
Bir neçə gündən sonra Qurban yenə gəlir ki, Qasım kişi nə oldu?
Dərzi deyir:
- Sap çürük olduğundan qırılır, düymələri tikə bilmirəm, qoy sağlam sap tapım, düymələri tikim.
Qurbanın ağlına nə gəlirsə, Qasım kişidən soruşur:
- A kişi, artıq parçanın rəngi də yadımdan çıxıb. Tikdiyin kostyumu bir göstər görüm...
Dərzi parçanı necə almışdısa, eləcə də qəzetə bükülü şəkildə çıxarıb göstərir.
Qurban hirslənir:
- Qasım kişi, hanı bəs kostyum? Aradan üç il keçib...
Qasım kişi parçanı onun qarşısına atıb dillənir:
- Bilirsən nə var? Mənim tələsik işlə aram yoxdur. Apar, Həsən dərzi tiksin...

Kəs səsini

- Qurban müəllim, neçə ildir vəzifədəsiniz?
- A bala, institutu bitirən kimi neftbazanın müdiri oldum. Səkkiz il orada işləyəndən sonra zavod direktoru vəzifəsinə keçdim. Düz beş ildən sonra fabrik direktoru təyin olundum. Dörd ildən sonra çörək sexi açdım, beş il də xalqa çörək verdim. Gördüyün kimi, indiki vəzifəm də nazir kimi bir şeydir...
- Müəllim, incimə ha, adamın kimdir?
- Kəs səsini, cüvəllağı! Bir də elə suallar vermə!

Prinsip

Bir kişi millət vəkilinin yanına şikayətə gəlir:
- Düz on ildir altı qoyunumu oğurlayıblar, teleqram vurmadığım, şikayət etmədiyim yer qalmayıb, oğruları tapa bilmirlər.
Millət vəkili soruşur:
- Haralara yazmısan, a kişi?
- Kremldən tutmuş, xarici ölkələrin səfirliklərinə qədər hər yerə! Budur, bu da yazışmaların surətləri!
Millət vəkili sənədlərə baxıb heyrətlənir:
- A kişi, sən ki, bunlara iyirmi qoyunun pulunu xərcləmisən, elə gedib qoyun alaydın da...
Kişi dillənir:
- Bəs, prinsip? Heç bilirsən "prinsip" nədir, bacıoğlu?..

Əzrayılın yadından çıxıb

Teatrda səksən yeddi yaşında, üzündən nur yağan, qocaman bir aktyor çalışırdı. Cavan sənətkarların hamısı onu sevirdi, o da daim gənclərlə birlikdə olur, söhbət edir, gülüb-danışırdı. Kişi bircə gün məşqə gəlməyəndə hamı narahatlıq keçirirdi ki, görəsən nə olub. Qocaman sənətkar yeri gələndə teatrın bütün aktyorları ilə zarafatlaşırdı, aktyorlar da hərdən ona "sataşırdılar". Hamı onun çox yaşamağının sirrini öyrənmək istəyirdi. Heç demə, qocaman aktyor ağzından qaçırmış imiş ki, otuz yeddinci ildə tutulub, beş il türmədə yatıb. Odur ki, səksən yeddi yaşlı aktyorun uzun yaşamağının sirrini kim soruşsa, sənətçi dostları deyirlər:
- Bilirsiniz, otuz yeddidə tutulanların çoxu türmədə ölüb. Əzrayıl elə bilir ki, bu kişi də ölüb gedib. Sonra türmə dağıdılıb, tutulanların siyahısı itib. Beləliklə, bu kişi Əzrayılın yadından birdəfəlik çıxıb...

Dayoğlunun söhbəti

İki qızım vardı, üçüncüsü də oldu. Sevindiyimdən atılıb-düşürdüm. Fikirləşirdim, üç-dörd yaşı olanda saçına lent bağlayacağıq. Əlindən tutub şəhəri gəzdirəcəyik. Bir-birindən gözəl paltarlar alıb geydirəcəyik. Oxşayacağıq, bağrımıza basacağıq. Axı, qız uşağı qəşəng olur, şeytan olur.
Sevincim çox çəkmədi. Dost-tanışlar qızım olduğunu biləndə yerbəyerdən dilləndilər:
- Nə olar qız olanda, canın sağ olsun...
- Ürəyini sıxma, qız da övladdır...
- Heç olmamaqdansa, qız yaxşıdır...
Hətta belə ifadə də işlətdilər: "Başın sağ olsun"! Sanki faciə baş vermişdi. Daha bu "dost-tanışlar" bilmədilər ki, onlardan fərqli olaraq mənim fikrim başqadır. Oğlan uşağını görməyə gözüm yoxdur. Bilirsiniz niyə? Evdə bir kişi olar!

Nəşriyyatda

Cavan oğlan nəşriyyata gəlib nəsr şöbəsinin müdiri ilə görüşdü. Əyləşəndən sonra sıxıla-sıxıla soruşdu:
- Bağışlayın, sizdə böyük əsərlərin çap vəziyyəti necədir?
- "Böyük əsərlər" deyəndə hansı janrları nəzərdə tutursunuz?
- Məsələn, povest, roman...
- Çətindir! Hər adamın povestini, romanını çap etmirik.
- Bəs şeir, hekayə necə?
- Yaxşı şeir, hekayə olanda qəbul edirik. Amma qəbul etmək hələ çap olunacağına söz vermək demək deyil. Yəqin nə isə yazıb gətirmisiniz?
- Yox, yox!
- Üzr istəyirəm, siz indiyədək bir şey yazmısınız?
- Yaxşı ki, heç nə yazmamışam...

Məhkəmə üçün xasiyyətnamə

"Bizim şöbə müdiri son dərəcə ləyaqətli və təmiz adamdır. İşinin öhdəsindən bacarıqla gəlir. Ona görə də yanına təşrif gətirənlər həmişə ona hörmət-izzət göstərirlər. Kim ki, ona hörmət-izzət göstərir, öz işi də düzəlir, başqalarının işini də düzəldir.
Çatışmayan bircə cəhəti var: yanına gələnlərdən nəsə bir hədiyyə istəyir. Dili belə öyrəşib. İndi neynək, allah hərəyə bir xasiyyət verib...
Onun rüşvət almasına qətiyyən inanmayın. Şöbə müdirini verin kollektivin ixtiyarına, kimdən nə alıbsa, qaytaraq sahibinə. Daha o cür gözəl insanı tutub salmayın dama. Dünyanın malı dünyada qalacaq. Hər şeyə görə adamı tutmazlar"...

Yaltağın deyimlərindən

Allah sizi başımızın üstündən əskik eləməsin, rəis!
Siz kəsən başa sorğu-sual olmamalıdır...
Ayağınızın tozu ola bilmərəm...
Balalarımın başını kəssəniz, "of" demərəm!
Həmişə ağsaqqalımsınız...
Başımı hansı səmtə kəssəniz, qanı o səmtə axacaq...
Və sair və ilaxir.
Yaltaqlar yeni deyimlər axtarırlar...
Bu yaxınlarda bir filmə baxdım. Filmdə personajlardan biri o birinə deyir:
- Bəsdir it kimi yaltaqlandın!
O biri cavab verir:
- Mən it deyiləm!
- Səndə itlərdə olan bütün xüsusiyyətlər var, sədaqətdən başqa...

Kim necə danışırdı?
Zəlimxan Yaqub:
(Şair)
"Enli kürəkli, hündür boylu, lopabığlı, çatmaqaş, lay divar, ağır oturan, batman gələn, yerişindən yer titrəyən, nəfəsi göyləri qarsılayan, şax yerişli, şux duruşlu, sərrast addımlı, aydın fikirli, dolu xəzinəli, qaynar sinəli, incə qafiyəli, kövrək deyimli, həssas düşüncəli bir yazıçıydı Süleyman Rəhimov"!
"Təbiət insanın müəllimi və ustadıdır. Çiçəyə baxırsan, açılırsan. Gülə baxırsan, gözəlləşirsən. Qayaya baxırsan, sərtləşirsən. Palıda baxırsan, güclənirsən. Dərəyə baxırsan, dərinləşirsən. Dağlara baxırsan, ucalırsan. Göylərə baxırsan, genişlənirsən. Çeşməyə baxırsan, durulursan. Dənizə baxırsan, dalğalanırsan. Çaya baxırsan, ləngərlənirsən..."

Zeynəb Xanlarova:
(Müğənni)

"Mən bəziləri kimi döyüləm eyyy! Qapıdan bura gələnə kimi yarım saat keçir. Biriynən salamlaşıram, biriynən qucaqlaşıb öpüşürəm, biriynən görüşürəm. Mən hamını sevirəm, hamı da məni sevir. Adım-sanım var. Adamıq də... Yoxsa onun kimi? Özünü elə çəkir, elə bil alçaq dağları bu yaradıb! Adama deyərlər, bapbalaca vəzifən var də... Kişi onu oradan qovsaydı, nə olardı! Canımı qurban edərdim o kişiyə! Eləmir də... Eləmir!!! Nə tikan çıxardı ürəyimizdən"!

Bəxtiyar Vahabzadə:
(Şair)

"İlahi, bu fikri necə də gözəl deyib, sözü necə oynadıb? Bundan gözəl necə demək olar, mən inana bilmirəm. Bu insanın dili deyil, bu artıq, Allahın dilidir! Şair Allahın dili ilə danışır!
Mən onun şeirlərini oxudum, dəhşətə gəldim. Əllərimnən başımı tutdum. İnsanda nə qədər güc olarmış pərvərdigarə"!

Mirmahmud Fəttayev:
(Sabiq millət vəkili)
"Hörmətli sədr! Mən sizi heç vaxt dəstəkləməmişəm. Heç seçiləndə də dəstək verməmişəm. Amma bu gün bircə düz söz danışdınız, ona görə sizi dəstəkləyirəm. Gələcəkdə dəstəkləyəcəyimə söz vermirəm".
Xeyrəddin QOCA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ