Martın 10-da Qırğızıstanda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun qırğız dilində işıq üzü görən "Temirlan” və Eqemberdi Ermatovun "Məhəmməd Peyğəmbər” kitablarının təqdimat mərasimi keçirilib. Bu barədə məlumatı "OLAYLAR”-a Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov verib. Bildirib ki, yüksək səviyyəli təqdimat mərasimində Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov, bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmiləri, millət vəkilləri, ziyali və alimlər iştirak edib: "Təqdimat mərasimində çıxış edənlər hər iki kitabın əhəmiyyətindən danışıblar. Çıxışlardan sonra Yunus Oğuza Qırğızıstan Prezidenti yanında Dövlət Dili Komissiyasının fərxri fərmanı təqdim olunub”.