Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Sultan Alparslan” kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
"OLAYLAR”-ın xəbərinə görə, kitab Türkiyənin məşhur "Bilgeoğuz” yayınları tərəfindən çap edilib. Kitabın redaktoru Çengiz Zengin, yayın üzrə koordinatoru isə Ümmühan Cengizdir. Kitabda Sultan Alparslanın həyatı, onun sərkərdəlik məharəti, Dandanakan, Malazgirt savaşları barədə oxuculara geniş məlumat verilir. Həmçinin oxucular kitabda Türküstanın fəthi, Sultan Alparslanın qurultay çağırması, eləcə də ona qarşı edilən sui-qəsd cəhdi barədə də materiallarla da tanış olmaq mümkündür.