Mart ayının 10-da Qırğızıstanda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun qırğız dilindә işıq üzü görmüş "Tamerlan" tarixi romanının tәqdimat mərasimi keçiriləcək.
"OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu yayıb. Bildirilib ki, eyni tarixdə Eqemberdi Ermatovun türk dilində işıq üzü görmüş "Mәhәmmәd Peyğәmbәr" adlı kitabının da təqdimatı keçiriləcək. Qırğızıstan Respublikası Prezidenti yanındakı dövlәt dili komissiyasının, Türkiyәnin Qırğızıstan Respublikasındakı sәfirliyinin, Türkdilli Dövlәtlәrin Siyasәtinә Dәstәk Fondunun vә Qırğızıstandakı türk icmasının tәşkilatçılığı ilә baş tutan tədbir Qırğızıstan Respublikası Prezidentinin 1 nömrəli iqamәtgahında keçiriləcək. Qeyd edәk ki, hәr iki kitab Türkdilli Dövlәtlәrin Siyasәtinә Dәstәk Fondunun sifarişi vә maliyә dәstәyi ilә tәrcümә olunaraq nәşr edilib. Kitablar pulsuz yayılacaq.