şənbə günü, 10 oktyabr 2026
     

Gələn illərin mübarək, Givi...

Image


İllərdir ki, hər ilin eyni bir günündə yaxınlarının, dostlarının xatirində sükutun içindən bir şəxs boy verib boylanar. Bir telefon zəngi olmasaydı, heç zaman unutmadığım günü az qala nədənsə unudacaqdım. O gün 29 yanvar idi... 29 yanvarda tamamlandı dostluğa, yoldaşlığa örnək olası şəxsin, şair dostumuzunn ömür təqviminin, yaş düzümünün əlli beşinci halqası.
Əlli beş ildir ki, bütün tanışlarına məhrəm bir insan görüb - götürdüklərini bir-birinə calaya-calaya günbəgün, aybaay, ilbəil boy atır yaxşılıq etməyə doğru - işığa sarı işıq rənglərindən qata-qata ömrünə, gününə.
Əlli beş illik ömür zəncirinin bu halqalarının bəziləri əzab-əziyyətdən yoğrulsa da, möhkəm iradə sayəsində cilalana-cilalana mətinləşmiş, dözümlə mayalanaraq şumallaşdırıla-şumallaşdırıla hamarlanmışdır. Bu kələ-kötür, ağrılı-acılı halqaların səsi ya həmin sükutun haray-həşiri içində boğulub itbata düşmüş, ya da kəlmə-kəlmə misraya, misra-misra şeirə dönərək əzizlənə-əzizlənə kağızlara köçürülmüşdür. Sükutun gözündən yayınan bu acılı-şirinli hiss və duyğularsa varaqlarda sətir-sətir dil açaraq özünə çoxlu oxucu həmdəm tapmış, neçə-neçə insanın dərdinə şərik olaraq qəlbini ələ almışdır.
Boy verir bir kəs yaddaşımda çox-çox uzaqlardan - məktəb illərindən üzü bəri səmimi yoldaş, yaxın sirdaş, fədakar və sədaqətli dost rəngində. Mənə lap uşaqlıqdan tanış olan bu rəngin çalarlarında həm iti qələm sahibi, kəsərli sözü olan jurnalist, mahir və istedadlı tərcümə ustası, həm də incəqəlbli bir şair rəngi var. Bu əlvan rəng palitrasını ədəbi-bədii nümunələrindən başqa özünün xoş xasiyyəti və həlim davranışı ilə bir az da zənginləşdirən, ona əlavə çalar verən, könlümüzü-gözümüzü oxşayan, yumşaqürəkli, həssasqəlbli, yar-yoldaş yolunda candan keçməyi bacaran bir insan var ki, o da bizim sevimli Gividir. O Givi ki, hələ uşaqlıqdan ağa ağ, qaraya qara deməyi bacarmış, beynəlmiləl olmaqla ətrafındakılardan fərqlənərək bəzi məqamda zamanı qabaqlamış; özünü tanıyandan, pisi yaxşıdan, düzü əyridən seçməyi bacarandan, yalan gerçəklə gerçək yalanı ayıra biləndən bu yana heç özü də bilmədən multikulturalizmin yayıcısına və carçısına çevrilmiş əsl vətəndaş Givi- Giya Paçkataşvili.
Şair və tərcüməçi qardaşımızın yaradıcılıq hesabatı sayılacaq ayrı-ayrı vaxtlarda müxtəlif dillərdə çap olunub, oxucuların ixtiyarına verilmiş kitablarını varaqladıqca yuxarıda deyilənin şahidi oluruq. O, bizim bəzi şair və yazıçılarımızın əsərlərini rus və gürcü dillərinə, yaxud əksinə bu xalqların tanınmış, görkəmli simalarının əsərlərini Azərbaycan dilinə tərcümə etməklə geniş çoxdilli oxucu auditoriyası qazanmışdır ki, onlar da qarşılıqlı olaraq bir-birinin milli adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə etmişlər.
Dilimizin bütün incəliklərini dərindən bilən, ən çox bu dildə yazıb-yaradan gürcü xalqının övladı olan dəyərli dostum Givinin bircə qız balasına dilimizi yetərincə öyrətməsi fikrimizi bir daha təsdiqləyir. Bundan əlavə, bir Gürcü ailəsində Azərbaycan dilinin işlədilməsi, Azəri türkcəsinə məxsus kəlmələrin həmin evin divarlarına, tavanına dəyib cingildəməsi xalqlar və onların mədəniyyətləri arasındakı münasibətləri yaxşılaşdırmağa xidmət etmək multikulturalizmin inkişaf etdirilməsi deyilmi? Nəzərə alaq ki, hər kiçik ailə bir dövlətdir.
Dəyərli dostumuz, sevimli və əziz qardaşımız, Azərbaycan xalqının Gürcü balası bizim Givinin yaş gününün xatırlanmasıyla başlanan bu yazımızda hər bir əziyyətə qatlaşmağı bacaran şəxsin çoxşaxəli və çoxcəhətli yaradıcılığının yalnız bir aspektinə toxunmağımız, yaş gününün əlli beşinci ilinin tamamlanması münasibətilə təbrikimizlə bağlı yazımızın bu səpkidə, bu notlar üzərində qurulması bəlkə hardasa möhtərəm Prezidentimizin 2016-cı ili multikulturalizm ili elan etməsindən qaynaqlandı. Ona bu eniş-yoxuşlu yolda yeni yaradıcılıq uğurlarıyla bərabər, möhkəm can sağlığı, yüksək əhvali-ruhiyyə diləyərək deyirəm: Gələn illərin mübarək, qardaşım!...
Evində, eşiyində.
Tanrı, çətirimi əsirgəmə!
Dərd yağır üstümə dolutək.
Sevincim acıb yaman,
Fətirini əsirgəmə
İnsan ömrü uzun olsun
Allahın yolutək.
30 yanvar 2016.
Famil Hacısoy
Müəllim-şair
Lamara xanım
(Şair dostum Giya Paçkataşvilinin mərhum həyat yoldaşına)
Yatammadı gecələrin bolluğunda,
Ağrıların çoxluğunda
Dərd calandı bir-birinə.
Düşüb sevginin girinə,
Zülmət qaranlığında,
İnamın sağlığında
Çıraq tudu yar ömrünə.
Lənət Tale kəndirinə!
Xərçəngin işığında,
Əzrayılın ağuşunda
Dəyişdi bu dünyasın o dünyaya
Həkim yazıqlığında,
Umud qısırlığında,
Əlacın yoxluğunda
Lamara xanım.
24 iyul 2014
Hər bir ömrün şahı baxtdı, bəndələr lax,
Tapsa öpər ayağından yalaq-yalaq.
Sevinc gəlməz qismət yoxsa qıvraq-qıvraq,
Lo xəbərtək baxar kədər oynayaraq.
16 avqust 2015-ci il.
Tamah zalım, bəndə fağır;
Yaltaqlıq da dizə çıxır.
Hara baxsam, ürək sıxır;
Vicdan dözmür, ölüm ağır.
10 sentyabr 2015-ci il.
Vicdanımız Allahın bir nümayəndəsi,
Tamahımız şeytanın sadiq bəndəsi.
Vicdan həlim, tamah zalım
Qan iyi verir son zamanlar
Ayrılmaz dostumuz ölüm.
19 sentyabr 2015-ci il.
P.S Biz də dostları adından və öz adımızdan əzizimiz Giya Paçxataşvilini 55 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür, səadət dolu günlər arzu edirik!





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ