Yazıçı-publisist, türkoloq, tarixi romanlar müəllifi Yunus Oğuzun böyük türk sərkərdəsi, fateh Əmir Teymurdan bəhs edən tarixi romanları Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub.
Baki-xeber.com-un məlumatına görə, fondun prezidenti Nüsrət Məmmədov bildirib ki, qırğız dilində işıq üzü görən "Temirlan” adlı kitab 544 səhifədən ibarət olmaqla, Y.Oğuzun Əmir Teymur haqqında hək iki romanının kompakt formasını təşkil edir. Kitab fond tərəfindən pulsuz paylanacaq.