şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Xatirələrə sayğı ilə
Tarix: 12.01.2016 / 01:51
Bölmə: Mədəniyyət
Bakı Dövlət Universitetinin həyatında bir ilkə imza atmışdım. Bir mən bunun fərqindəydim, bir də diplom müdafiəsində iştirak edən müəllimlər. Əslində, elmimizə, ədəbiyyatımıza töhfə verən yeniliyin müəllifi deyildim. Sadəcə, saz çiynimdə universitetə daxil olanda tələbələrin, elə bəzi müəllimlərin də üzündəki ifadədən hiss etdim ki, onlar belə qəribəlik görməyiblər.
Bəlkə də çoxu ürəyində: "İncəsənət universiteti ilə buranı səhv salıb", - deyirdi...
Mən isə qərarımda israrlıydım. Diplomumu sazla müdafiə edəcəkdim. Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri Cəlal Abdullayevə (ruhu şad olsun) bu barədə deyəndə gülümsədi. Çünki götürdüyüm mövzu və haqqında yazacağım şairin ömür yolu, yaradıcılığı, ən azından, bunu tələb edirdi. Sözün düzü, müəllimlərə növbəti sürprizi etmək fikrim vardı. Yaradıcılığından sevə-sevə bəhs etdiyim şairi də müdafiəmə dəvət edəcəkdim. Ancaq bəzi səbəblərdən alınmadı...
Müdafiə komissiyasının üzvü olan müəllimlərin bir neçəsi hələ gəlməmişdi. Bunu nəzərə alan Cəlal Abdullayev dedi ki, belə olan halda, beş-on dəqiqə gözləməli olacağıq. Elə bil kimsə mənə "Sazı köynəyindən çıxart və zilini-zil, bəmini-bəm elə", - dedi. Sazın səsini eşidənlər kafedranın qapısını kəsdirmişdilər.
Maraqlı mənzərəydi. "Baş sarıtel"dən "Dilqəmi"yə keçəndə kiminsə içini çəkdiyini duydum. Gülhüseyn Hüseynoğlu (ruhu şad olsun) idi. Onu bu yaşda kövrəltdiyimçün, düzü, peşmançılıq hissi keçirdim. Ətrafa boylananda Cəlal Abdullayevin, Tofiq Hacıyevin (ruhu şad olsun), Cəlil Nağıyevin, Pənah Xəlilovun və Firuzə Əhmədovanın yaşarmış gözlərini görəndə, sanki ürəyimin başında ocaq qaladılar...
Yarım saatdan sonra komissiyanın digər üzvləri də gəldi.
Tələbələr onlara verilən mövzunu həvəslə danışır, istifadə etdikləri ədəbi mənbələrdən sitatlar gətirir, sanki hakim qarşısında dayanmış müttəhim kimi günahsız olduğunu sübut etmək istəyirdilər.
Növbə mənə çatdı. Sazı götürdüm və çıxışıma yaradıcılığına müraciət etdiyim şairin "Ustadnamə"si ilə başlayanda zala ani bir sükut çökdü. Sonra saz susdu. Danışdıqca hiss edirdim ki, müəllimlərin də, tələbələrin də diqqəti sazda qalıb. Yenə saz dilləndi. Elə bil otağa haradansa təmiz dağ havası üfürdülər...
Dəyərli alimimiz Pənah Xəlilovun yaşarmış gözlərini silə-silə: "Aşıq bala, bir "Kərəmi" çal deməsi, sözün düzü, məni də kövrəltdi.
"Baş üstə, müəllim", - deyib "Kərəmi" odlara qaladım...
Mənə diplom "müdafiəsi"ndən əla yazdılar. Sonra universitetdə kim məni görürdü: "Bu oğlanın diplomunu saz müdafiə etdi", - deyirdilər, zarafatla.
Əziz oxucular, diplom işimin mövzusu dünən dünyasını dəyişmiş xalq şairi, ömrü boyu bir əli torpaqda, bir əli haqda olan Borçalı dünyalı, Borçalı nisgilli, Borçalı laylalı Zəlimxan Yaqubun yaradıcılığıydı.
Zəlimxan Yaqubu Azərbaycanda hamı tanıyır. Onunla şəxsən 9-cu sinifdə oxuyanda tanış oldum. Məktəbimizə gəlmişdi. Elə danışırdı ki, elə bil danışdıqları yerə-göyə, daşa-divara yazılmışdı. Şeirlərini vərəqdən deyil, ürəkdən oxuyurdu.
Birdən şairin "Mənə kimin sözü var", - deyib sual ünvanlaması bizə çox qəribə gəldi. Onun yanında nə danışacaqdıq ki???
Əlimi qaldırıb "Mən şeir demək istəyirəm", - dedim. Gülümsədi. "Kimin şeirini deyəcəksən", -dedi. "Sizin şeirinizi", - dedim. Onun "Gəldim" şeirini deyəndə hiss etdim ki, şair gəldiyi ilkinliyə, yol elədiyi ilk çığıra qayıdıb xəyalən. Şeir bitəndən sonra öz yazdığım şeiri demək istədiyimi bildirdim. "Buyur", - dedi. Şeirlərimi yazdığım dəftərçəmə "Xoşbəxt şair olasan", - yazdı.
Aradan illər keçdi. Zəlimxan Yaqubu daha yaxından tanıdım, şeirlərini əzbərlədim.
Zəlimxan Yaqubun şeirləri, açığını desəm, aşıqların çörək ağacıydı. Elə bir məclis olmazdı ki, ondan oxunmasın, onun yaradıcılığına müraciət edilməsin.
Yenə yazımın əvvəlinə qayıtmaq istəyirəm. Diplom işimlə bağlı 2009-cu ildə şairlə görüşmək üçün dostları, tanışları soraqladım. Axır ki, telefon nömrəsini tapıb zəng etdim. Dəstəyi özü götürdü. Özümü təqdim etdikdən sonra məqsədimi, onunla görüşmək istədiyimi bildirdim. Dedi ki, sabah gəl, səni gözləyirəm. Soruşa-soruşa şairin evini tapdım. Qapını qardaşı açdı. İçəri dəvət etdi və dedi ki, şair indi gəlir.
Zəlimxan Yaqub məni doğması kimi qucaqlayıb bağrına basdı. Sözün düzü, gözləmirdim. Süfrəyə çay-çörək gəldi. Şairlə çörək kəsdim. Sonra kitabxanasına, səfərlərini, gənclik illərini əks etdirən şəkillərinə baxdım. "Bir az yorğunluğumuzu çıxardaq", - deyib sazı sinəsinə basdı. Utancaqlıq hissi məni tərk eləmişdi. Şairlə baş-başa verib şeir deyib, saz çalıb, aşıq mahnısı oxudum.
Yenə də aradan illər keçdi. Şeirlərinin sorağı gələn şairdən xəstəlik xəbərləri gəldi. Dedilər ki, böyrəkləri şairə vəfasızlıq edir.
Tədbirlərin birində onu görəndə gözlərimə inanmadım. Dağ Zəlimxan qəlpə-qəlpə ərimişdi elə bil. Göz yaşlarımı saxlaya bilmədim. Dağ çayı kimi kükrəyən şair sanki danışmırdı, pıçıldayırdı.
Və dünənki qara xəbər. Zəlimxan Yaqub həyatdan köçdü dedilər. Qulaqlarıma inanmadım.
Bilirəm ki, hər bir azərbaycanlı bu böyük itkiyə heyfsilənəcək, bu acını-ağrını hamı yaşayacaq və biri-biri ilə bölüşəcək. Onun səsi, avazı, şirin danışığı üçün çox darıxacağıq. Ancaq onunçün ən çox darıxan şirinli-acılı günlərinin şahidi qara sapılca, bir də sağlığında ruhuna layla dediyi imran dilli, gümüş telli qara saz olacaq.
Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.
Şairə, onun əziz xatirəsinə böyük sevgi və sayğıyla Hafiz Hacxalıl
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
Tarix: 29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
- FOTO
Tarix: 26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı
- 133 dollar...
09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNdİ
09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
- FOTO
09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər
09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı
09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq -
ABŞ-də…
08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...
08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..
08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı
08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb
08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub?
- Tramp inanmır, ancaq…
08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
- FOTO
08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış
- öncə oğul, saatlar sonra isə ata minaya düşdü...
08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...
08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər
08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...
08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir
- Rusiyadan xəbərdarlıq…
08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü
08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir
- İllərdir belədir...
08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ