şənbə günü, 10 oktyabr 2026
     

Sözün güneyləri çağırır məni

Image


Ömür yolundan səhifələr

Sadıq Elcanlı-60

Sadıq Elcanlı (İbrahimov Sadıq Qurbanqulu oğlu) 1956-cı il yanvarın 12-də Şabran (Dəvəçi) rayonunun Surra kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1992-ci ildə respublikanın əməkdar jurnalisti, 2009-cu ildə Naxçıvan MR Əməkdar İncəsənət xadimi adına layiq görülüb. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
"Sirli səsin sorağı" adlı ilk kitabı (povest və hekayələr) 1985-ci ildə çap olunub. 1992-96-cı illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin rəhbəri - baş redaktoru işləyib. 1997-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziyanın "Ədəbiyyat və publisistika" baş redaksiyasının baş redaktoru olub. 2006-ci ildən AzTV-də "Ədəbi-dram verilişləri" baş redaksiyasının baş redaktorudur. "Bəsdir, ağlama", "Köhnə kədər", "Qisasa qayıdış" bədii televiziya filmlərinin, ümummilli lider Heydər Əliyevə həsr olunan "Xilaskar", "Heydər Əliyev və Azərbaycan dili", "Heydər Əliyev və Naxçıvan", "Böyük ömrün anları", "Tikdim ki, izim qala" filmlərinin, "Üç zirvənin fatehi" (M.C.Paşayev), "Mətbuat fədaisi", (N.İmanquliyev), "Mirzə Cəlil möcüzəsi", "Naxçıvan: Azadlığın addımları", "Şərqdə doğan günəş", "Qarabağ abidələri", "Qədim yurdun baharı", "Mif", "Böyük yolun adamı" (Tofiq Hacıyev), "Əbədiyyət unvanı", "Əbədi zirvə", "Zərif işığın Zərifəsi" (Zərifə Əliyeva), "Ağ işığın möcüzəsi" (Aida İmanquliyeva), "Həmid Araslı həqiqəti", "Tarixin yollarında" (Vəli Əliyev), "Bir ömrün xatirəsi" (Nəsir Məmmədov), "Sirli salnamələr", bütövlükdə əllidən artıq sənədli telefilmin ssenari müəllifidir.
"Sadıq Elcanlı ədəbiyyatımızda yeni bir yol başlayıb. Bu, nəsrdə mifik-fantastik istiqamətdir... Mənə belə gəlir ki, Sadıq Elcanlının, xüsusilə "Qanlı quzğun meydanı", "Yaddaş yarası" romanları gələcəyin əsərləridir. (f.e.d. prof Nizaməddin Şəmsizadənin "Milli yaddaşa qayıdış" məqalə-sindən).
"Sadıq Elcanlı birinci növbədə yazıçıdır, istedadlı yazıçıdır, böyük yazıçıdır, vətəndaş yazıçıdır". (Akademik Tofiq Hacıyev) Sadıq Elcanlı 1977-ci ildən başlayaraq müxtəlif qəzet və jurnallarda bədii, ədəbi tənqidi və publisistik əsərləri çap etdirir, ardıcıl jurnalist fəaliyyəti ilə məşğul olur. "Sirli səsin sorağı" (1985), "Əbədi sevginin xatirələri" (1987), "Yaddaş yarası" (1991), "Qanlı quzğun meydanı" (1994), "Mənim mövqeyim" (1999), "Sükutun sonu" (2003), "Zülmət" (2014) və başqa nəsr, publisistika kitablarının müəllifidir. Milli televiziyanın "Vətən", "Vətəndaş", "Azərbaycan dili", "Molla Nəsrəddin", "Şam işığında", "Araz", "Poeziya", "Sənətkar ömrü", "Klassik irsimizdən" və başqa çoxsaylı daimi verilişlərinin yaradıcısı və ssenari müəllifi olub. Əsərləri ərəb, rus, ingilis, bolqar və s. dillərə tərcümə olunub. Ailəlidir, iki övladı var.
Bir ömrün monoloqu
Hər dəfə kitablarıma, xüsusilə, povest və romanlarıma gəlib çatan yolları düşünəndə uzaq bir məktəb həyətində çiçəkləyən meşmeşi ağacları düşür yadıma...
Bir də qərib durna qatarı kimi nigaran, yorğun bir səs gəlir qulağıma: "A bala, belə zülm olmaz, dur yat, gözlərin tökülər..." Sübh namazına duran anam eyvandakı balaca mizin arxasında hələ də yazı yazdığımdan qeyzlənmişdi, bütün gecəni yazdığım qalaq-qalaq yazılara baxa-baxa demişdi bu sözləri.
Sonra ağappaq işıq selində qapqara gözləri tökülə-tökülə aylar, illər keçib getdi.
Kimya-biologiya təmayüllü məktəbi bitirib Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Ötən əsrin 70-ci illərində "Ədəbiyyat və incəsənət" qəzetində ilk hekayəmin dərc olunduğu günün meşmeşi çiçəkləri kimi ağappaq sevinci qalıb yadımda...
Günlərin bir günü "Yazıçı" nəşriyyatında "Sirli səsin sorağı" adlı ilk kitabım çap olundu. Sonra Azərbaycan Yazıçılar İttifaqının üzvlüyünə qəbul olundum. Sonra qalın jurnallarda hekayələrim, povestlərim, romanlarım işıq üzü gördü. "Bəsdir ağlama" adlı bədii filmim, onlarla sənədli filmim çəkildi. Sonra "Əbədi sevginin xatirələri", "Yaddaş yarası", "Qanlı Quzğun meydanı", "Mənim mövqeyim, "Sükutun sonu", "Zülmət" və başqa kitablarım çap olundu, haqqımda məqalələr, diplom işləri, dissertasiyalar yazıldı...
Uzaq bir məktəb həyətində, meşmeşi ağaclarının ağappaq çiçək işığında ədəbi taleyimin ilk cümləsini yazdığım gündən sənətin sehrinə, tilsiminə düşdüm. Ürəyimdən xəbərsiz heç nə yazmadım. Hərdən mənə elə gəlir ki, bütün romanlarım, povestlərim, hekayələrim qəlbimdə, ruhumun çöllərində məndən xəbərsiz yaşayan qərib xatirələrimdir. Bəzən durna qatarı kimi itgin düşən o qərib xatirələr sirli bir səslə zaman-zaman çağırıb, əzablı yollarla çəkib aparıb məni. Və gedib sözün əbədi sahillərində əbədi bir an xoşbəxt olmuşam. Hər dəfə qəzetlərdə, jurnallarda əsərlərim ürəyimcə çap olunanda, kitablarımın ilk nüsxəsini görəndə sevinmişəm - qızım Günelin, oğlum Qurbanın, nəvələrim Hüseynin, Qalibin dünyaya gəlişinə sevindiyim kimi...
Mən nədən, necə, nə üçün yazıram? Bu mənim üçün dünyanın ən çətin sualıdır. Həmişə kütləvi düşüncə bazarından, kütlə bozluğundan xalqa tərəf qaçmışam. Çünki Ziqmund Freyd demişkən, "Kütlə üzüyola heyvan sürüsünü, çobansız yaşaya bilməyən sürünü xatırladır". Mən həmişə illüziyanın həqiqəti, irreal şüurun real gerçəkliyi sıxışdırdığı kütləyə doğru yox, xalqa, xalqın xilaskar fitri-tarixi gücünə, etnogenetik yaddaş enerjisinə, ümummilli ruhun, insanın və xalqın qələbəsinə doğru getmişəm. Məsələn, Sovet dövründə, adətən, insan, xalq ədəbiyyatı yox, toplum, kütlə ədəbiyyatı yaratmaq mexanizmi işləyirdi, partiya maşınının "təkərciyi" və "vintciyi" hesab olunan ədəbiyyat çox halda xalqın kütləyə, işlək, sərfəli sosial sürüyə döndərilməsinə xidmət edirdi. Və bu yerdə düşünürəm ki, yazıçı qələmi gizli nüvə enerjisi kimidir; o, insanın, xalqın, bütövlükdə bəşəriyyətin xeyrinə də, zərərinə də işləyə bilər. Məncə əsl ədəbiyyat insanda insan, kütlədə xalq, xalqda millət oyatmalıdır.
Əsər yazmaq yayın məhşər istisində ürəyi yanan adamın buz kimi bulaq suyundan içməsinə bənzəyir; bulağı içib qurtarmaq hələ heç kimə nəsib olmayıb...
Ədəbi yolum işığa heyrətdən, o heyrətin yazdırdığı ilk cümlədən başladı: " Yaz elə həvəslə, həsrətlə gəlmişdi ki, ağaclar əcəl yuxusundan oyanıb, heyrətlə ağappaq gözlərini açmışdı". Və əlli yaşımı "Zülmət" adlı mifoloji-fantastik romanla, 60 yaşımı 20-dən artıq əsəri birləşdirən "Yeni hekayələr" silsiləsiylə qarşıladım. Əslində "Zülmət" romanı da işıq haqqındadır, daha doğrusu, işığın ölməsi haqqında; insanlıq adlı uzun yolun əvvəlində başlayan sonuna güzgü tutmuşam..
Ədəbiyyat təsəllidir, əbədi xoşbəxtlik ilğımıdır... dünyanın bütün yolları işıqdan zülmətə doğru gedir...
Bağımda əkdiyim, illər boyu nazını çəkdiyim ağacları ən yaxın dostlarım kimi hiss edirəm. Yazda ilahi bir eşqlə gül açan ağacların sevdalı gülüşlərini, bəzən qəfil qəhqəhələrini dinləməkdən, payızda bar-bəhərə hamilə ağaclarla könül söhbətinə qoşulmaqdan gözəl nə ola bilər!..
Hər ağacın öz səsi, sözü, öz dünyası var... Bu, badam ağacıdır, ən tez açan və ən gec solan çiçəkləri şahanədir; bu, alça ağacıdır, bir az gec, avqustun axırlarında yetişir, dadından doymaq olmur; bu, əzgil ağacıdır, elə bil böyüməkdən qorxur, xəsisliklə boy atır, dəmir kimi möhkəm, iradəlidir; bu qızılgülləri oğlum Qurban əkib, qışda, qar yağanda da cənnət ətirli sehrli, ovsunlu güllər açır...
Bəzi əsərlərim, etiraf edim ki, ağaclardan, onların sirri-xuda dediklərindən başlayıb. Məsələn, 25 il əvvəl "Azərbaycan" jurnalında çap olunan "Yaddaş yarası" romanımın ilk cümləsini Şabranda, dədə kəndim Surranın kəklikotu məskəni olan Daşlı dərəsində tənha bir qərbi ağacı pıçıldayıb mənə. "Susqun səsin soyuğu" adlı hekayəm ömrünün yaz fəslində, cavan çağında quruyan qəm qalası şabalıd ağacının danışdıqlarıdı, kədər kəməndi xatirələridi...
Uzaq dumanlar şəhəri Londondan, yaxın günəş paytaxtı Təbrizdən, əbədi ulduzlar şəhəri İstanbuldan keçdim. Şimal dənizinin sahilində, Norveçin Aberdin şəhərində qədim Qobustandan gələnlərin əbədiyyətə dönən səslərini eşitdim, Dəmir Qapı Dərbənddə, Oğuz, Hun qapılarında 1300 il əvvəlin Dədə Qorqud xatirələriylə əl tutub görüşdüm... Borçalıda, Qarayazı ellərində Aşıq Hüseyn Saraclının, Aşıq Əhməd Sadaxlının səs-söz sehrinə düşdüm. Qarabağda Boyat, Koroğlu, Şahbulaq, Əskəran, Şuşa qalalarının qonağı oldum. Böyük yazılardan, xüsusilə romanlardan yorulanda 1600 yaşlı xatirələr qalası Çıraqqalaya pənah gətirdim; bu qalayla üz-üzə, göz-gözə, ürək-ürəyə ruhum dincəldi... Naxçıvanın ulu tarix yollarında dönə-dönə dolandım; bu müqəddəs məkanın şərəfli dünəni, uğurlu bu günü haqqında çəkilən 16 sənədli filmin ssenari müəllifi oldum. O filmlərin sonuncusu - "Şərqdə doğan günəş" filminin əvvəlində Naxçıvanın - Nuhçıxanın ilahi göndərişli tanrısal tarixinə heyrətləndim...
Əsərlərimi ömrümün zirvə həqiqətləri kimi yaşadım. "Əbədi sevginin xatirələri" romanında Adəm övladının həyat eşqinə, sonsuz sevgisinə sevindim, "Yaddaş yarası" romanında yurd yerinin yaralı yaddaş yollarından keçdim, "Qanlı Quzğun" meydanı romanında Oğuzun tarix meydanlarında dərdlə dola-dola düşündüm, "Zülmət" romanında balaca işığın ölümünə heyrətləndim... Və "Gedər-gəlməz" adlı təzə romanımda qalalı qəlbin quzey qarları üşüdür, Sözün güneyləri çağırır məni...





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ