Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndərilib. Trend-in məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin bu gün keçirilən kollegiya iclasında bildirib.
Nazir R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edərək onun vəzifəsini müvəqqəti olaraq muzeyin işçisi Mira Məmmədxanovanın icra edəcəyini bildirib.
Ə.Qarayev qeyd edib: "Röya Tağıyevanın artıq 71 yaşı var. O, təcrübəli muzey işçisidir. Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. O, hörmət-izzətlə təqaüdə göndəriləcək".