Osman Kuçkar tərəfindən özbək dilinə tərcümə olunmuş "Şah arvadı və cadugər" romanı Daşkənddə geniş rezonans doğurub.
Baki-xeber.com olaylar.az-a istinadən bildirir ki, bu səbəbdən də Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi kitabın geniş təqdimatını keçirməyi qərara alıb. Təqdimat noyabrın 13-də Özbəkistan Dövlət Milli Kitabxanasında baş tutacaq. Eyni zamanda oxuculara bu kitabın özbək versiyası ilə yanaşı, rus dilində də təqdimatı gözlənilir. Təqdimatda müəllif, yazıçı-dramaturq, publisist Yunus Oğuz da iştirak edəcək.