şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Yerdən göyə bir baxış...
Tarix: 23.10.2015 / 02:42
Bölmə: Mədəniyyət
Ümumtürk poeziyamızın sönməz ulduzu Bəxtiyar Vahabzadənin əziz xatirəsinə
Bəxtiyardan söz düşəndə dəfələrlə təkrar-təkrar oxuduğum şeirlərinin bütün sətirləri gözlərim önündən keçir. Bu keçid o qədər sürətli, o qədər uzun və o qədər dərindir ki, leysan yağışından sonra nərilti ilə üzü aşağı çağlayan bol və gur sulu dağ çayını xatırladır. Bu axının içində dəyəri heç bir meyarla ölçülə bilməyən o qədər qiymətli incilər var ki, onları seçib ayırmaq və ən başlıcası, onların dəyərini bir yazıda ifadə etmək bir ümmanı bir gölə sığışdırmaq qədər çətin görünür. Buna baxmayaraq, Bəxtiyar Vahabzadə haqqında yazmamaq da mümkün deyil.
O hələ sağlığında ikən hər bir oxucunun qəlbində öz heykəlini yaratmış bənzərsiz bir söz sənətkarıdır. Vətənini sevən hər bir azərbaycanlının ürəyində bir Bəxtiyar dünyası var. Milyonların qəlbində özünə yuva qurmuş bu "dünyaların" vəhdətindən mütəfəkkir şairin, böyük söz ustadının, vicdanlı bir müəllimin, əxlaqlı bir vətəndaşın, mübariz bir ziyalının, üsyankar bir dissidentin müdrik və kamil obrazı doğulur. Hər birimizin qəlbindəki Bəxtiyar Vahabzadə bu obrazın monumental surətini yaradaraq, onu bütöv Azərbaycanın Bəxtiyar Vahabzadə abidəsi timsalında canlandırır. O, qranitdən deyil. Dünənədək bizimlə birlikdə nəfəs alan, nəfəslərimizi birləşdirib gurlandıran, iradəmizi toplayıb milli iradəyə çevirən canlı bir ruhdur: Azərbaycan torpağının şair obrazında zühur edən ruhu. Dünyasını dəyişməsindən qısa zaman keçsə də, sanki Nizami ilə yaşıddır və elə Nizami qədər də əbədidir. İllər ötdükcə də yaratdığı sənətinə nə qədər ehtiyacımız olduğunu daha aydın dərk edirik. Həm də bir həqiqəti dərk edirik ki, zaman-zaman belə böyük şəxsiyyətləri yetişdirən Azərbaycan öz yenilməzliyini hər bir tarixi dövrdə daha qətiyyətlə təsdiq etmək qüdrətindədir.
Bəxtiyar Vahabzadə yaradıcılığının mahiyyətinə vardıqca, şairin poeziya dünyasının incəliklərini aradıqca, bu ulu sənətkarı yetişdirən milli təməlin nə qədər qüdrətli olduğunu da görürük. Görürük ki, milli mədəniyyətimizin sanki bütün dalğaları gəlib Bəxtiyar Vahabzadə yaradıcılığında birləşir, burada okeanlaşaraq və külçələşərək, xalqın milli mənəviyyatına və yaddaşına tamamilə yeni poetik biçimdə, yeni məzmun qapsamında, yeni ideya tutumunda, yeni bədii-estetik dəyərdə qayıdır. Bəxtiyar Vahabzadə dünyasında milli varlığımızın bu dərəcədə harmonik əks-səda verməsi - milli ədəbiyyatımızın öz zənginliyini saxlaya-saxlaya daim yeniləşə bilməsi deməkdir. Belə bir cəhəti zəmanəmizin görkəmli yazıçısı, türk dünyasının böyük oğlu Çingiz Aytmatov dəqiqliklə göstərib: "Bəxtiyar Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqın canlı dil memarlığına öz töhfəni verə biləsən". Bəxtiyar Vahabzadə isə öz yaradıcılığı ilə təkcə ana dilimizin memarlığına deyil, həm də vətən sevgisindən, millət qayğısından, Azadlıq, İstiqlal amallarından yoğrulmuş müasir milli düşüncə memarlığımıza əvəzsiz töhfələr verdi.
XIX əsr milli mədəniyyət düşüncəmizə Mirzə Fətəli Axundzadənin verdiyi təkandan sonra davam edən hərəkat XX əsrin ikinci yarısında Bəxtiyar Vahabzadə ilə özünün ən güclü "poetik rezonansını" yaradır. Təsadüfi deyil ki, altmış-səksəninci illərdə Mirzə Fətəli Axundzadəyə həsr etdiyi iki şeirində Bəxtiyar Vahabzadə məhz ictimai-milli şüur oyanışını diqqət mərkəzinə gətirir, "sarayların zülmətinə daxmasından nur saçan", "Şərqi cəhalət yuxusundan oyadan" Mirzə Fətəlinin mübarizə yolunu özünə örnək seçir.
Milli mədəniyyət, milli əxlaq və milli mənəviyyatımıza bu dərəcədə sadiq qalaraq, onların irəliyə doğru hərəkətində daha dərin ictimailəşdirici xüsusiyyətləri, müasirləşdirici tendensiyaları tapıb qabartmaq Bəxtiyar Vahabzadə sözünün başlıca missiyasıdır. Buna görə də Bəxtiyar Vahabzadənin arxasında dayanan milli klassika sanki "zamanlara səpələnmiş" ayrı-ayrı fraqmentlər deyil, bütün enerjisini bir nöqtəyə toplayan gur işıqdır. Bu işıq Dədə Qorquddan zəmanəmizə qədər saçılaraq, bütün mədəniyyət tariximizin yaradıcı gücünü səfərbər edir və məhz Bəxtiyar Vahabzadə yaradıcılığında özünün ən yüksək parlaqlığına çatır. Bəxtiyar Vahabzadə bir mütəfəkkir sənətkar olaraq, öz arxasında belə bir möhtəşəm irsin qüdrətini bütün varlığı ilə, qələminin gücü ilə hiss etdiyindəndir ki, onun poetik sözü bu qədər sərrast, qətiyyətli, özünə inamlı və həqiqətə sadiqdir. Belə bir sarsılmaz təməl üzərində yüksəldiyindəndir ki, Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətinin yaradıcılarına, Azərbaycan tarixinin həlledici hadisələrinə, milli varlığımızın təlatümlərinə bu qədər doğma, həssas, ərkyana, həm də yeri gəldikcə tənqidi münasibətini bildirən əsərlər yazır.
Bəxtiyar Vahabzadə müdrikliyində Dədə Qorquda, monumental epik təsvirlərində Nizamiyə, incə, hüznlü lirikasında Füzuliyə, dünyanın ilahi mahiyyətinə varmasında, müqəddəs hissləri dilləndirməsində Nəsimiyə, sözü fatehlik qüdrətinə çatdırmasında Şah İsmayıl Xətaiyə, varlığımızı didən cəhalətə, idraksızlığa qarşı üsyan etməsində Mirzə Fətəli Axundzadəyə, Mirzə Ələkbər Sabirə, Cəlil Məmmədquluzadəyə, romantik duyğuların qanadlandırılmasında Hüseyn Cavidə, Məhəmməd Hadiyə, milli ideologiyanın poetik-fəlsəfi laylarını açmasında Əli bəy Hüseynzadəyə, Məhəmməd Əmin Rəsulzadəyə, mənəviyyatımızı musiqi ladlarında duymasında və publisistik kəsərində Üzeyir bəy Hacıbəyliyə, Vətən torpağının ülviyyətini real cizgilərlə canlandırmasında Səməd Vurğuna bənzəyir. Amma əlbəttə ki, bütün bunlarla yanaşı, Bəxtiyar Vahabzadə hər yerdə özüdür və öz Sözünün Ustadıdır.
Bəxtiyar Vahabzadə Azərbaycanı onun dünəni, bu günü və sabahının bütövlüyündə görür. Keçmişimizdən gələcəyimizə uzanan yolda milli-ictimai ideallarımızın varisliyinə ehtiramı vətəndaş əxlaqının ən yüksək örnəyi sanır. Hamıdan öncə o özünü - Vətəninin şair oğlunu bu əxlaqın daşıyıcısı missiyasında təqdim edir. "Şair kimdir" - sualına da ustadın cavabı belədir:
Şair - fikirlərin çırpınan seli,
Şair - həqiqətin müğənnisidir.
Şair - təbiətin danışan dili,
Şair - cəmiyyətin üsyan səsidir.
Şair - zəmanənin, əsrin vicdanı,
Şair - tarixlərin şərəfi, şanı.
Şair - bu dünyada zamanın sözü,
Şair - həqiqətin, haqqın güzgüsü!
Məhz belə bir həqiqətsevərlik mövqeyinin getdikcə dərinləşməsi Bəxtiyar Vahabzadə yaradıcılığında fəlsəfi poeziya janrını ön plana çıxarır. Azərbaycan poeziyasının elə bir janrı yoxdur ki, Bəxtiyar Vahabzadə həmin janrda yazmasın və o janrı öz dəst-xətti ilə təzələməsin. Bəxtiyarın sənət dünyasında söz də, fikir də, janr da, bədii formanın bütün komponentləri də yeni və orijinaldır. Əlbəttə, mahiyyətcə bu poeziya - ən kiçik janrlarından ən böyük janrlarına qədər ideyalı poeziyadır. Milli-ideoloji başlanğıcı həmişə qüvvətli olmuş Bəxtiyar Vahabzadə yaradıcılığı yüksək poetik sənətkarlıq keyfiyyətlərinə malik olmaqla yanaşı, həm də ideya-məzmun dərinliyi ilə seçilir. Bəxtiyar yaradıcılığına məxsus seçkin poetik xüsusiyyətlərdən başlıcası isə budur: əsərin əvvəlindən sonuna doğru ideya "hərəkət edir", bu ideyanın sözbəsöz, sətirbəsətir inkişafı son bənddə tam dolğunluğunda, həm də çox zaman paradoksal poetik nəticə ilə başa çatır. Buludlar arasından şəfəqləri süzülən günəşin birdən bütün parlaqlığı və əzəməti ilə görünməsi kimi! Oxucunu ehtizaza gətirən də elə budur. Əsərin son akkordunun novellaya xas gözlənilməz və cazibədar şəkildə bitməsi güclü poetik effekt yaradır və onun ideya-tapıntısı oxucu yaddaşında özünə əbədi "psixoloji yuva" qurur. Məsələn, ustadın böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr etdiyi, romantik duyğuların selində yaradılmış "Şəbi-hicran" poemasının "hərəkət edən" ideyası günəş parlaqlığında yalnız son bənddə belə açılır:
"...Gələndə Məhəmməd gəldin cahana,
Gedəndə: Füzuli getdi - dedilər".
Bəxtiyar Vahabzadə yaradıcılığında orijinallığı yaradan digər xüsusiyyət - poetik təzadlardan bir sənətkar məharəti ilə istifadə edilməsidir (Müəllifin "Təzadlar" adlı ayrıca poeması da var). Şair sanki zidd dünyaları "toqquşdurur" ki, bu toqquşmadan qopan "qığılcımları" - "ideya toxumlarını" yığıb-toplaya bilsin. Ona görə də Bəxtiyar poeziyasının ümumi arxitektonikasına gərilmiş bir ruh - dramatizm ruhu hakimdir. Bu dramatizm onun süjetli lirik şeirlərində də, epik-monumental poemalarında da kifayət qədər qabarıqdır. "Əbədi heykəl", "İztirabın sonu", "Gülüstan", "Etiraf", "Ağlar güləyən", "Həyat - Ölüm", "Qəm içində sevinc", "Dörd yüz on altı", ""Vətən mənəm, mən Vətənəm", "Muğam", "Atılmışlar", "Ləyaqət", "İki qorxu", "İstiqlal", "Şəhidlər" kimi əsərləri bu dramatizmi bütün ağırlığı ilə oxucuya çox uğurlu bir şəkildə təlqin edə bilir. Ancaq ümumiyyətlə, şairin yaradıcılığında lirizmdən dramatizmə, dramatizmdən lirizmə keçid də çox ahəngdar və yumşaqdır. Ustadın lirik poeziyasında dil o qədər axıcı, üslub o qədər bənzərsiz, duyğu o qədər əlvandır ki, bu biçimdə olan əsərlərə zaman-zaman musiqi bəstələnməsi də Azərbaycan incəsənətinə yeni ifadə tərzi, yeni ifaçılıq maneraları gətirə bilmişdir. Bu gün artıq Azərbaycan musiqisini Bəxtiyar lirikası, Bəxtiyar qəzəlləri olmadan təsəvvür etmək mümkün deyil. Şair elə "Muğam" poemasını da sadəcə Azərbaycan klassik musiqi mədəniyyətinin dəyərlərinə ehtiram bəsləməyin gərək olduğunu göstərmək üçün qələmə almamış, həm də muğam sənətini dünya mədəniyyətinin zirvə qatına yüksəltmək məramı ilə yazmışdır. Ümumiyyətlə, Azərbaycanın tarixinin və mədəniyyətinin elə bir mühüm hadisəsi yoxdur ki, Bəxtiyar Vahabzadə ona öz münasibətini orijinal bir refleksiyada bildirməsin.
Azərbaycanın böyük ictimai xadimi Bəxtiyar Vahabzadə xalqımızın ən dar günlərində onun varlığını qoruyan bir mücahid olduğu üçün, qələmindən çıxanlarla dilindən çıxanlar üst-üstə düşdüyü üçün, ədəbi şəxsiyyəti əməli fəaliyyətindən ayrılmaz olduğu üçün ən kiçik şeirləri belə həqiqət saçır, dolğun bir poetik ideyanın təcəssümü olur.
Bəxtiyar Vahabzadənin son dövr yaradıcılığı bir filosof-sənətkar olaraq, zəmanəsinin hadisələrinə onun daha miqyaslı vətəndaş münasibətini əks etdirən mükəmməl və cilalı əsərlər yazması ilə səciyyələnir. Bütün yaradıcılığının əvvəli ilə sonunu birləşdirən bir sönməz amal isə hər zaman Azərbaycan və onun istiqlalı olaraq qalır. Bəxtiyarın özündən sonrakı dövrlərə baxışlarında da Vətənin İstiqlalı başlıca qayə kimi görünür. Babaların milli müstəqilliyə qovuşan yolunu nəvələr - istiqlal çağında doğulan və doğulacaq yeni-yeni nəsillər davam etdirir:
Nəvəm beşiyində mışhamış yatır,
Yatır çəkdiyimiz dərddən bixəbər.
Birimiz əvvəlik, birimiz axır,
Mən batan günəşəm, o, doğan səhər.
Nəvəm yavaş-yavaş böyüyür hələ.
Bizim istiqlalın həmyaşıdır o.
Bizim ay-ulduzlu bayrağımızla
Mənim nəzərimdə yanaşıdır o...
...Oğullar, nəvələr qoruyar yəqin,
Babalar qazanan bu istiqlalı.
Bu bayraq altında böyüyənlərin
Ruhu da özü tək azad olmalı!
Azərbaycanın müstəqillik dövrünün "poetik tarixini" yaradan Bəxtiyar Vahabzadənin poeziyası bu mərhələdə yetərincə müdrikləşir, həm də əzəl mahiyyətinin yeni görsənişləri kimi, daha da inqilabiləşir, misraları qığılcım saçır... Çünki Azərbaycan torpağının Qarabağ ürəyi düşmənin caynağındadır!.. Ona görə də ölkəmizin müstəqilləşməsi ilə Qarabağın işğal edilməsi - bir-birini inkar edən iki tarixi fakt kimi Bəxtiyar poeziyasında Azərbaycanın tarixi taleyinin ən böyük təzadı olaraq təqdim edilir. Bu dramatik situasiyanı şair ürək yanğısı ilə təsvir edir. Vətən torpağının bir parçasını itirmiş azərbaycanlının ürəyində, yaddaşında tufan qoparır! Onu bu fikrin həqiqətinə inandırır ki, müstəqillik ideallarının tam qələbəsi yalnız Qarabağın azad edilməsi ilə, ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi ilə öz təntənəsinə çatır.
Bəxtiyar Vahabzadənin təqribən 60 ili əhatə edən zəngin yaradıcılığı Azərbaycanda və xaricdə, xüsusilə Türkiyədə çox geniş şəkildə öyrənilib, haqqında yüzlərlə dəyərli tədqiqat əsəri yazılıb. Müasir Azərbaycan mədəniyyətinin öncül yaradıcılarından, demək olar, bir kimsə yoxdur ki, Bəxtiyar Vahabzadə haqqında söz deməsin. Bəxtiyar Vahabzadənin poeziyası, dramaturgiyası, ədəbi-siyasi publisistikası, ədəbiyyat tariximiz haqqında tədqiqatları müasir Azərbaycan mədəniyyətinin daim öyrənilməyə layiq olan zəngin irsidir. Onun hər bir əsəri bu möhtəşəm irsin ulduzlar kimi çox uzaqlardan belə görünən çox kiçik, lakin elə o ulduzlar qədər də parlaq zərrələridir. İnsanlığın beşiyi olan Yerdən dayanıb göy üzünün dərinliklərində sayrışan ulduzları seyr etdikcə onların əlçatmaz olduğunu anlayırsan. Bəxtiyar Vahabzadə ulduzunun müstəsnalığı isə ondadır ki, nə qədər əlçatmaz görünsə də, onun parlaq zərrələri hər bir oxucunun qəlbinə asanlıqla yol tapıb onun Vətən və millət sevgisini, milli və bəşəri dəyərlərə sayğı hisslərini alovlandırmağa qadirdir.
Milli-mədəni irsimizə və bu irsin yaradıcılarına dərin ehtiram hissi ilə.
Cavanşir Feyziyev
Millət vəkili,
fəlsəfə doktoru
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
Tarix: 29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
- FOTO
Tarix: 26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı
- 133 dollar...
09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNdİ
09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
- FOTO
09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər
09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı
09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq -
ABŞ-də…
08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...
08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..
08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı
08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb
08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub?
- Tramp inanmır, ancaq…
08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
- FOTO
08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış
- öncə oğul, saatlar sonra isə ata minaya düşdü...
08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...
08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər
08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...
08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir
- Rusiyadan xəbərdarlıq…
08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü
08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir
- İllərdir belədir...
08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ