şənbə günü, 10 oktyabr 2026
     

Firəngiz Mütəllimova: “Teatr son vaxtlar bazara çevrildi, kim istəyirsə, gəlib tamaşa hazırlayır”

Image


Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovanın APA-ya müsahibəsi

- Firəngiz xanım, sənət adamının qalmaqalla gündəmə gəlməyi necə hissdir?

- Çox pis. Mən belə şeyləri heç vaxt sevməmişəm. Beş il susdum, danışmadım, amma iş o yerə gəlib çatdı ki, ölkə başçısına müraciət etdik. Nə özümə, nə də heç kimə bu şəkildə gündəmə gəlməyi arzulamazdım.

- Yəni belə şeylər sizi mənən incidir...

- Əlbəttə. Vicdan əzabı çəkirəm. Xalq artistiyəm, 35 il səhnədə olmuşam. Mən sənətimlə gündəmə gəlmək istərdim, nəinki qalmaqalla bağlı saytlara danışmaq, açıqlama verməklə.

- Sizin adınız belə məsələlərdə hallanmayıb. Səbəb nə oldu ki, müraciətə qol çəkdiniz?

- Teatra gedəndə eşitdim ki, iki aktyorumuz dava edib, onları polis bölməsinə aparıblar. Bunu eşidəndə özümə gələ bilmədim. Üstəlik, gördüm ki, başqa teatrların aktyorları bizim teatrın foyesində özlərindən razı gəzirlər, biz qalmışıq qıraqda. Getdim bizim uşaqlar yığışan yerə, dedim, birləşmək vaxtıdır.

- Başqa teatr deyəndə "Yuğ”u nəzərdə tutursunuz?

- Vallah, mən onların çoxunu tanımıram. Vidadi Həsənovu, Məmməd Səfanı tanıyıram, zəngləşib danışırıq. Heç bir aktyorla problemim yoxdur. Sadəcə, iki teatrı bir-biri ilə üz-üzə qoyurlar. Aktyorun adı direktordan da şərəflidir. Teatra aktyora görə gəlirlər. Aktyoru sevmək, ona qayğı göstərmək lazımdır. Biz elə bir məvaciblə məzuniyyətə çıxmışıq ki, onunla Azərbaycanın bir rayonuna gedə bilmərəm. Halbuki, həkimə getməliyəm, hələ qalmışam belə...

- Firəngiz xanım, az məvaciblə məzuniyyətə çıxmağın günahkarı İsrafil İsrafilovdur?

- Bəli, odur.

- Məvacibi direktor təyin etmir...

- Onda direktor təyin ediləndə deməzdi ki, sizin maaşınızı artırıb 2000 manat edəcəyəm. İndi deyir, işıq pulu verməyə imkan yoxdur. Onda soruşuram: pul yoxdursa, bir belə adamı teatra niyə gətirmisən? Qoy öz kollektivimiz işləsin, ən çox əziyyət çəkən adamlara üç adamın maaşını ver. Başqa teatrlar aktyorları necə yaşadırlarsa, sən də bizi elə yaşat. Heç olmasa, o biri direktorların vaxtında Ramazan bayramında, 8 Martda əlavə əlli manat alırdıq. Mən İsrafil müəllimlə düşmən deyiləm. Ondan deyə-gülə ayrılmışam. Amma belə məsələlərdə kollektivin yanında olacağam. Çünki İsrafil müəllim mənim beşinci direktorumdur. Nurəddinlə, İlhamla, Rafaellə, Ramiz Məliklə isə bir yerdə böyümüşəm. Onları qoyub teatrın direktorunu necə müdafiə edə bilərəm?

- Deyirlər, təşkilatçı Nurəddin Mehdixanlı olub...

- Yalandır. O müraciəti hər kəs oxuyub, qol çəkib. Mən necə xalq artistiyəm ki, beş il ərzində bir dənə dövlət sifarişi ilə olan tamaşada oynamamışam. Teatrda razı olanlar var. Çünki onlara hər cür şərait yaradılıb. Prezident mənə ev verib, onu da satıb küçədə yaşayım? Bu qədər tamaşalara pul xərclənir, iki dəfə oynayıb qoyurlar qırağa. Kimə lazımdır bu qədər tamaşa? O qədər pullar xərclənir, bizə çatanda pul olmur. Cənab prezident sağ olsun ki, bizə mükafat verir. Başqa direktor olsaydı, mənim kimi xəstə adamı çoxdan təqaüdə keçirtdirərdi. Amma o istəyir, özü təqaüd alsın. Bizə heç nə etmir. Aldığım aylıq, 500 manat mükafat ancaq dərman pullarıma çatır. Deyirlər, niyə seriala çəkilirsən? Yaxşı, seriala çəkilməyib necə yaşayım? Serialdakı uşaqların mənə etdiyi hörməti İsrafil İsrafilov etmir.

- Müraciətə qol çəkib peşman olan yoxdur ki?

- Bilmirəm. Amma qulağıma çatır ki, cavanlardan bəzilərinə deyirlər, nahaq qol çəkmisən, sənin adını qara siyahıya salıblar. Teatra gedəndə bu məsələni də araşdıracam. Yeddi xalq artisti siyahıya qol çəkib. Rəsmi olaraq kim çağırıb bizdən nə soruşdu? Soruşulmayana qədər bu davam edəcək. Öz adıma deyirəm: mən susmayacağam. Nə haqsızlıq gördümsə, danışacağam. Allah şükür, prezidentimiz özü deyib ki, saytlar var, yazın, deyin, mənim siqnallara ehtiyacım var.

- Mədəniyyət və Turizm Nazirliyi açıqlama verib ki, nazirliyin qərarına hörmətlə yanaşmağı tövsiyə edirik…

- Mən hörmətlə yanaşıram. Amma İsrafil İsrafilovun direktor qalmağı məni çox narahat edir. Sabah teatrda pis şeylər olacaq. Görün, vəziyyət nə yerdədirsə, biz bir dəfə iclas edə bilmirik. Bağçaya direktor təyin olunanda da kollektivi yığırlar, tədbir edirlər. Bizdə isə əksinə oldu. Heç kimin xəbəri olmayıb ki, belə bir təqdimat olub. İsrafil müəllimin elmi işlərinə mənim heç bir sözüm yoxdur. Amma son vaxtlarda teatr bazara çevrildi. Kim istəyirsə, gəlib tamaşa hazırlayır. Tanımadığım rejissorlar, uşaq-muşaq tamaşa qoyur.

- Direktordan 25 yaşlı qız rolunda oynamağı siz xahiş etmisiniz?

- Yox, mən heç vaxt elə söz demərəm. Mən elə şeyi dilə gətirsəm, bəs cavan uşaqlar hansı rolda oynayar? Əksinə, elə aktrisalara gülmüşəm ki, bunların başı çatmır.

- Eşitdiyimə görə, narazılıqlara səbəb həm də Fəxrəddin Manafov və Mehriban Zəkinin teatra cəlb olunmağıdır…

- Belə şey olmayıb. Çünki Fəxrəddin hələ gəlməyib. Fəxrəddinlə ilk dəfə mən oynamışam. "Səhra yuxuları” və "Gülüstanda qətl” tamaşalarında tərəf müqabili olmuşuq. Əksinə, Fəxrəddin mənim fəxrimdir. Aeroportda onu görəndə qucaqlayıb ağladım. Deyirəm, İsrafil müəllim, demisiniz ki, çoxdandır teatrda olmayan Fəxrəddin Manafov və Mehriban Zəki teatra qayıdıblar. Soruşdum, nə olardı, mənim də adımı çəkərdiniz ki, Firəngiz Mütəllimova da qayıdıb. Yaxşı, yalandan deyərdin, könlüm xoş olardı. Mən də uzun müddətdir yox idim, özü də teatrda zəng edib soruşurlar. İctimai Televiziya zəng edib deyib ki, Firəngiz və Sənubərlə efirə çıxmıram. Bir intervüsündə mənim adımı çəkməyib. Məsələn, ona Zemfira Nərimanbəyova haqqında sual verirlər, sual qalır havada, deyir, mən Şükufə xanımı çox istəyirəm, onun əlindən tutub, səhnəyə çıxaram. Çox istəyirdinsə, Şükufə xanım "Şöhrət” ordeni alanda təbrik edərdin də. Şükufə xanıma zəng vurmuşdum, dedi, səndən başqa mənə heç kim zəng vurmayıb.

- İsrafil İsrafilovdan "Avropa Oyunlarında biz niyə məşəl daşımadıq?” narazılığını kim edib?

- Mən demişdim ki, Avropa Oyunlarına qürur hissi ilə baxmışıq, sevinmişik, amma bizim teatrdan bir nəfər məşəl aparmadı. Deməli, teatrın direktoruna hörmət yoxdur ki, bu belə olub. Başqa teatrlardan məşəl daşıyan adamlar var idi. Məsələn, Rafael və Coşqun olub, Şəfiqə Məmmədova, Amaliya Pənahova iştirak edib, bizdən heç kim olmayıb. Yenə onlara görə sevindim ki, biz olmasaq da, başqa aktrisalar iştirak edib. Bundan başqa, gənclər var, heç bir fəxri adları yoxdur. Görən deyir, bəyəm teatr işləyir? Biz heç yerdə yoxuq. Allah qəni-qəni rəhmət eləsin, Heydər Əliyev bizə mükafat verdi, indi də o pulu alıram. İndiki prezidentimizə müraciət etdim, mənə ev verdi. Nazirlik və direktorumuz bir dəfə prezidentimizi dəvət etməyib ki, tamaşaya gəlib baxsın. Çünki sanballı tamaşamız yoxdur. Yaxşı tamaşa olsa, dəvət edərlər. Deməli, yoxdur ki, dəvət etmirlər.

- Son vaxtlar baxdığınız və təəssüfləndiyiniz hansı tamaşalar olub?

- Üç ildir heç bir tamaşaya getməmişəm. Son baxdığım "Napoleon” tamaşasıdır ki, orda da Napoleonun adı var, özü yoxdur. Sumqayıtdan bir oğlan çağırmışdılar, onun da səsi çatmadı, oynaya bilmədi.

- Firəngiz xanım, üç ildir tamaşalara baxmırsınızsa, yaxşı tamaşanın olmadığını necə bilirsiniz? Yaxud, aktrisanın öz teatrının tamaşalarına baxmamasını necə izah etmək olar?

- Ona görə getmirəm ki, əsəb keçirirəm, mənə olmaz. Həm də əməliyyata görə, xəstəliyim üzündən gedə bilmirdim. Bilirəm ki, eyni tipli tamaşalardır. O teatrın tamaşaları mənə maraqlı deyil.

- Səhhətiniz səhnəyə çıxmağa tam imkan verir?

- Bəli. Həkim çoxdan deyir. Sadəcə, mən tanımadığım rejissorun tamaşasında oynamaq istəmirəm.

- Siz beyin əməliyyatı keçirmisiniz. Səhnədə qışqıranda, həyəcanlananda, ağlayanda, özünüzü yıxanda problem olmayacaq ki?

- Mən səhnədə özümü niyə yıxım? Otuz beş il yıxılmışam da, çığırmışam da! Mənim özümə aid xanım-xatın rollar var. Silvester Stallone filmin sonunda bir dəfə "kapşon”u atır, axırda yazırlar, çox sağ olun, Stallone. Biz artıq o səviyyəyə çatmışıq. Mənim indi səhnədə oturan vaxtımdır. Necə olur, mən gedib universitetdə dərs deyə bilirəm, seriallara çəkilirəm, amma teatrda oynaya bilmirəm? İsrafil müəllim hamıya deyir, xəstədir, havayı maaş verirəm. Hamı yaxşı bilir o teatrda havayı maaşı yeyənlər kimlərdir. Çox dərinə getmək istəmirəm.

- Maaşınızın məbləğini demək istəyirsiniz?

- 480 manat maaşımızdır, 300 manatdan çox alırıq. Gedib Həmkarlar İttifaqından çıxacağam. Hər ay 9 manatım ora gedir, mənə heç nə etməyiblər. Həmkarlar ittifaqı 35 ildə mənə heç nə etməyib. O pulu il ərzində yığıb özümə fransız ətri alaram. Bütün mühasibatlıq yığışıb gedir Nabranda istirahət edir, kef çəkir, mən də pul ödəyirəm. Aktyorun haqqını yemək böyük günahdır. Azərbaycan teatrını bu günə qoyanları Allaha tapşırıram.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ