çərşənbə günü, 07 oktyabr 2026
     

“Mənzil mübahisəsi salanlar AYB-ni ləkələyir” - AYB-də yeni qalmaqal...

Image


Azərbaycan Yazıçılar Birliyinin (AYB) ev qalmaqalı səngimək əvəzinə, günü-gündən daha da böyüyür, ev alanlarla almayanlar arasında qarşılıqlı ittihamlar davam edir, hətta bəzən istifadə edilən ifadələrdə etik normalar pozulur. Bir-birinə qarğış töküb, söyüş söyənlər də var. 

Bilirik ki, bu günlərdə 21 nəfər AYB-dən mənzil alıb, onlar arasında tanınmış qələm adamları ilə yanaşı qurumun əməkdaşları da var. Ev ala bilməyənlər əsasən o fikri irəli sürürlər ki, bir neçə evi olana, yaxud AYB xətti ilə bir neçə dəfə ev, pul alanlara mənzil verilib. 

AYB xətti ilə ev alan 21 nəfər  bəyanat imzalayıb. Bəyanatda diqqətçəkən bir fikir var. "Mənzil davası edənlər ilk növbədə yazıçı nüfuzuna kölgə salırlar. İctimaiyyət qarşısında nalayiq sözlər işlətmək, insanlara iftira atmaq, dedi-qodu yaymaq, üzvü olduqları təşkilat barədə yanlış təsəvvür yaratmağa çalışmaqla yalnız özlərini gözdən salan səxslərə sözümüz budur ki, davranışınız doğru deyil". Bu fikirlər 21 nəfərin məlum bəyanatında vurğulanıb. 

AYB-dən ev alanların bəzilərini tənqid edənlər həddən artıq çox oldu, hətta siyahıda adı olan müəyyən adamların ədəbiyyata heç bir aidiyyəti olmadığını deyənlər də tapıldı.  

Bu gün AYB-dən ev alan 21 nəfərin yaydığı bəyanat da müzakirə olunur. Biz də bununla bağlı yazarlar arasında sorğu keçirdik.  

Zahid Sarıtorpaq: "Nə Yazıçılar Birliyinə, nə cəmiyyətə böhtan atıram, gördüyümü, bildiyimi deyirəm"

Tanınmış yazıçı-şair-tərcüməçi, AYB üzvü Zahid Sarıtorpaq "Bakı-Xəbər"ə verdiyi açıqlamasında deyir: "Stalinin dövründə Sovet hökuməti Yazıçılar İttifaqını ondan ötrü yaratmışdı ki, şairləri, yazıçıları əlinin altına yığsın. Sonrakı dövrlərdə despotizm bir qədər zəifləmişdi deyə, cürətli qələm adamları gəlmişdi meydana. Düzdür, yaltaq şairlərimiz, yaltaq yazıçılarımız həmişə çox olub. Adbaad sadalamaq istəmirəm, amma indi də var. Hərəsi də özünə görə bir "nüfuz sahibi". Verilən mənzillərin də çoxu onların qismətindədir. 

Mən 1989-cu ildə Yazıçılar Birliyinə qəbul olmuşam. Həmin ildən də ev növbəsinə dayanmışam. Bilənlər bilir, yazdıqlarımda bir kəlmə də olsun yaltaqlıq yoxdur, əksinə, o cəmiyyətin başına oyun açanların iç üzünü açmağa çalışmışam. Bunu mənim romanlarımı oxuyanlar bilir. Şeirlərimdə də eləcə.  Bir misra da olsun o cəmiyyəti tərifləmək, yuxarılara yaltaqlanmaq yoxdur. Mən qatı millətimi sevən birisiyəm. Ev məsələsini də aparıb onunla bağlayırlar ki, guya yazıçılar, şairlər o quruma ev, başqa şeylər almaq üçün üzv olurlar. Bu mənə çatmır, belə şeyləri qəbul edə bilmirəm. Hərənin öz nüfuzu, yazıb ortaya qoyduğu əsər var. buna baxıb kimin kim olduğunu ayrıd etsinlər. Söhbət belədir. 

Deyilənlər boş söhbətdir. Düzdür, ola bilər, yenə də yaltaqlıq etmək istəyənlər var, bu istisna deyil. Amma mən bunu qəbul edə bilmirəm. 

Mən ancaq yaradıcılıqla məşğul oluram. Dediyim budur, nə Yazıçılar Birliyinə, nə cəmiyyətə böhtan atıram, gördüyümü, bildiyimi deyirəm. Ev də mənim halal haqqım idi. Vermədilər. Özləri bilərlər. O siyahıda ədəbiyyata dəxli olmayan adamlar var. Texniki işçiləri demirəm, onların da haqqı var almağa. Layiq olanlar içində can sağlığı ilə yaşasınlar, deyirəm. Heç kimdən umacağım yoxdur. 35 ildir o Birliyin   üzvüyəm. Beş il də İdarə Heyətinin üzvü olmuşam. Gördüyüm işlər müəyyən qədər vikipediyamda da yer alıb. Baxmaq istəyənlər baxsın. Anarın birinci seçimində mən də İdarə Heyətinə üzv edilmişdim. Amma evdən ötrü verdiyim sənədlərin iki dəfə "itirildiyini" bildirdilər... Sonuncu ərizəm yerində olsa da, mənzilalanlar siyahısına salınmadım və məni məyus edən budur. Canları sağ olsun. Haqq durur, hakim durur. Çarə taparıq..."

Sevil Gültən: "Ədalətsizliklə üzləşənləri yazıçı nüfuzuna kölgə salmaqda ittiham edənlərin özləri yazıçı nüfuzuna xələl gətirir" 

Bəyanatda yer alan "Mənzil davası edənlər ilk növbədə yazıçı nüfuzuna kölgə salırlar" fikrinə münasibət bildirən bədii tərcüməçi, 80-dən çox kitabın tərcüməçisi, AYB üzvü Sevil Gültən "Bakı-Xəbər"ə bildirdi ki, uzun illərdir evsizlik və işsizlik problemi ilə üzləşib, övladlarını kirayələrdə saxlayır, tərcümələri ağır şəraitə edir. S.Gültən bildirdi ki, tez-tez kirayə mənzil dəyişdiyindən itkiləri də çox olub. Gecəliklə yeni kirayə mənzilə köçdüyünü deyən müsahibimiz bildirdi ki, kirayələr dolaşmaqdan artıq bezib, enerjisinin bu kimi məsələlərə sərf edildiyindən təəssüflənir. Deyir ki, evi olsaydı vaxtını sırf tərcümələrinə həsr edərdi və Azərbaycan ədəbiyyatını dünyaya, ingilisdilli mühitə daha geniş səviyyədə təqdim edərdi. Çətinliklərə baxmayaraq nəşriyyatlarla işlədiyini deyən S.Gültən qeyd edir ki, AYB mənzil bölgüsündə ədalətsizliyə yol verib. "Sözün düzü, dünən bütün gecəni bir kirayədən başqa kirayəyə keçməklə keçirmişəm, əşyaları daşımışıq. Buna görə də bəyanatdan xəbərim olmayıb. Amma bəzən insanı o həddə çatdırırlar ki, adam sərt danışmalı olur. Yenə də deyirəm, ev alan 21 nəfərin içində ədəbiyyata heç bir xidməti olmayanlar var. Kim yazıçı nüfuzuna kölgə salır, bu nə deməkdir? Yazıçı mənəviyyat sahibi olmalıdır. Əgər yazıçı mənəviyyatsızlıq edirsə, o yazıçı nüfuzuna kölgə salır. Ədalətsizliklə üzləşənləri yazıçı nüfuzuna kölgə salmaqda ittiham edənlərin özləri yazıçı nüfuzuna xələl gətirir...   

Mən bədii tərcümə ilə, yaradıcılıqla, Azərbaycan ədəbiyyatını tərcümə etməklə məşğul olan adamam. Azərbaycan ədəbiyyatından ingilis dilinə tərcümələr etmişəm, Azərbaycan yazıçılarının əsərlərini çevirmişəm, 80 kitabım var. "Qanun" nəşriyyatına 55 kitab tərcümə etmişəm, "Kaspi" qəzetində tərcümələrim çıxıb ki, onları 30 kitaba yerəşdirmək olar. Çoxlu tərcümələrim var, mənim haqqım yox idimi ki, orada mənzil alam? Mən dövlətdən ev istəmərəm, amma başqalarına verlirsə, mən niyə kənarda qalmalı idim? Ev almaq mənim də haqqımdır. Təsəvvür edin ki, elə adamlar var heç bir yaradıcılığı yoxdur, amma AYB üzvüdür, ev alanlar içində də belələri var. Adamlar var ayrı-ayrı vaxtlarda AYB-dən yardımlar alıblar, prezident mükafatı alıblar, amma yaradıcılıqları yoxdur. Heç kəsin paxıllığını çəkmirəm, amma vicdan yaxşı şeydir. O qədər haqsızlıqlar olub ki... Mənim də qızımı işə götürsünlər, niyə qızım Tərcümə Mərkəzində işləməsin, Xəzər Universitetini bitirib..."

S.Gültən əlavə etdi ki, haqsızlıq onu narahat edir və dincliyini əlindən alır. Bədii tərcümə ustası hesab edir ki, AYB-də haqq-ədalət bərpa edilməlidir. 

Cəlil Cavanşir: "AYB-nin ev verdiyi, AYB-dən ev uman heç kəsin ciddi ədəbiyyata, mədəniyyətə dəxli yoxdur"

Yazıçı, ssenarist, tərcüməçi Cəlil Cavanşirin isə mövqeyi belədir: "AYB-nin bəyanatından xəbərsizəm, açığı maraqlı da deyil. Varlığı ölkə ədəbiyyatına, mədəniyyətinə böyük problem yaradan bir qurumun bəyanatını oxumağa vaxt itirmək istəməzdim. Mən sadəcə onu deyə bilərəm ki, yazıçının dövlətdən ev alması, dövlətlə evə görə hansısa bazarlıq eləməsi biabırçılıqdır. AYB adlı qurum ləğv olunmalı, azad yaradıcı təşkilatlara dövlət şərait yaratmalıdır. Yazıçı yaradıcı aspektdə, mədəniyyət müstəvisində dava edər, müzakirə aparar. AYB öz üzvlərini o hala salıb ki, ev üstündə, təqaüd üstündə, yardım üstündə saçyolduya çıxırlar. AYB-nin ev verdiyi, AYB-dən ev uman heç kəsin ciddi ədəbiyyata, mədəniyyətə dəxli yoxdur. Amma bu adamlar yazıçı adına, şair adına iddia etməkdə davam edirlər. Ölkədə yazıçı nüfuzuna, ədəbiyyat adamlarının şəxsiyyətinə kölgə salan AYB və onun rəhbəri sevimlimiz Anar Rzayev, onun maddiyyatçı, mafiyoz komandasıdır". 

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ